22 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı YAP Samux rayon təşkilatının Yenikənd, Qaraağaclı və Köbər Ərazi Partiya Təşkilatlarında partiya üzvləri ilə görüşlər keçirilib.
Görüşlərdə çıxış edən YAP Samux rayon təşkilatının sədr müavini Sevinc Xəlilova Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqində qarşıya qoyulan vəzifələrin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu hədəflərin həyata keçirilməsi ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsini, təşkilati işlərin müasir tələblərə uyğun qurulmasını və partiya üzvləri ilə işin səmərəliliyinin artırılmasını zəruri edir. O, dövlət siyasətinin əsas prioritetlərinin təşviqi, partiya üzvlərinin fəallığının artırılması və ideoloji işin gücləndirilməsinin qarşıda duran mühüm vəzifələrdən olduğunu qeyd edib.
Görüşlərdə çıxış edən ərazi partiya təşkilatı sədrləri və digər partiya fəalları tərəfindən Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolu, partiya üzvlərinin qarşısında duran vəzifələr və qurultayda müəyyənləşdirilən hədəflərin həyata keçirilməsində ərazi partiya təşkilatlarının üzərinə düşən məsuliyyət vurğulanıb.
Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın davamlı inkişafı naminə qarşıya qoyulan məqsədlərin reallaşdırılmasında YAP üzvlərinin fəal iştirakının vacibliyi qeyd edilib.