Millət vəkili: "Azərbaycan iqtisadiyyatı xarici təsirlərdən asılı deyil"
03.05.2024 [09:44]
Azərbaycan dünyanın bir parçasıdır və qlobal birliyə dərin inteqrasiya etmiş, region ölkələri sıx siyasi-iqtisadi və ticari münasibətləri genişləndirən ölkədir. Ölkəmiz dünyanın 180-dən çox dövləti ilə ticari münasibətlıər qurub, həm neft və qaz, həm qeyri-neft məhsulları, eləcə də enerji vasitələri ixrac edir, qlobal tranzit-nəqliyyat logistikalarına sıx bağlıdır. Regionda baş verən geosiyasi proseslərin bu baxımdan Azərbaycana müəyyən təsirləri istisna deyil. Təəssüf ki, bölgədə yaşanan münaqişələr beynəlxalq nəqliyyat-logistika zəncirinin pozulmasına səbəb olur.
"Ötən 2 ildə qlobal bazarda qiymətlərin bahalaşmasına da bu amillər təsir etdi, ona görə də bir çox ölkələr kimi Azərbaycan da xaricdən idxal olunan malların bahalaşmasına məruz qalır". Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü A.Hüseynov "Yeni Azərbaycan" a açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, ancaq bütün bunlara baxmayaraq, regionda baş verən proseslərin Azərbaycan iqtisadiyyatına, iqtisadi artım tempinə və dayanıqlı inkişaf kursuna böyük təsir edə bilməz: "Ölkəmizin möhkəm iqtisadi sabitliyi var, iqtisadi artım dayanıqlıdır, manatın məzənnəsi sabitdir, ixracımızda müsbət saldo mövcuddur. Eləcə də Azərbaycanın ixracında müsbət tendensiya davam edir, tədiyyə balansı möhkəmlənir".
A.Hüseynov onu da bildirib ki, hazırda Azərbaycan iqtisadiyyatının inkişafı qeyri-neft sektoru üzərində qurulub və qeyri-neft mənbələri hesabına ölkəmiz özünü zəruri mallarla təmin edir: "Xüsusilə də regionlarda sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılması, yeni müəssisələrin və iş yerlərinin açılması, irimiqyaslı infrastruktur layihələrinin icrası milli istehsalın artmasına səbəb olub. Bunun nəticəsidir ki, ötən dövrdə ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması üçün bitkiçilik və heyvandarlıq sahələri inkişaf etdirilib, ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi daha da yaxşılaşıb. Ötən müddət ərzində iri fermer təsərrüfatları, aqroparklar, intensiv bağçılıq təsərrüfatları, müasir istixanalar, logistik mərkəzlər yaradılıb, kənd təsərrüfatı məhsulları istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazası möhkəmləndirilib. Bunlar Azərbaycanın idxaldan asılılığının azalmasında mühüm rol oynayır. Hazırda azad edilmiş ərazilərdə mövcud olan potensialın hərəkətə gətirilməsi üçün təşviqedici addımlar atılır və bu ərazilərdə istehsal olunan məhsullar idxaldan asılılığın daha da azalmasında əsaslı rol oynayacaq".
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59

