Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Mətbuat prospektində hərəkət müvəqqəti məhdudlaşdırılacaq

Mətbuat prospektində hərəkət müvəqqəti məhdudlaşdırılacaq

16.07.2024 [17:39]

Aparılan təmir işləri ilə əlaqədar iyulun 17-də saat 00:00-dan etibarən Bakı şəhəri, Mətbuat prospektində (Ə.Haqverdiyev küçəsindən A.Sultanova küçəsi istiqamətində) mərhələli şəkildə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılaraq əks istiqamətə yönləndiriləcək.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Qeyd edilib ki, 1-ci mərhələdə - A.Sultanova küçəsindən M.Rəhim küçəsinədək, 2-ci mərhələdə - M.Rəhim küçəsindən B.Vahabzadə küçəsinədək və 3-cü mərhələdə - B.Vahabzadə küçəsindən Ə.Haqverdiyev küçəsinədək nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir müddətində sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmalarını, təmir ərazilərində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edir

Paylaş:
Baxılıb: 426 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30