II Şuşa Qlobal Media Forumu dünya mətbuatının diqqətində
24.07.2024 [10:34]
N.BAYRAMLI
Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlər, dünyanın müxtəlif ölkələrində jurnalistlərin, beynəlxalq ekspert və politoloqların suallarına verdiyi ətraflı cavablar dünya mediasının diqqət mərkəzində olub.
Dünyanın nüfuzlu nəşrlərindən olan “Reuters” və “Politico” Prezident İlham
Əliyevin Forumdakı çıxışında Fransanın müstəmləkə altında saxladığı ərazilərlə bağlı fikirlərinə geniş yer verib. Xəbərlərdə vurğulanıb ki, Prezident İlham Əliyev kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcəyini, Qəmər adaları, Mayot adası kimi ərazilərin hələ də kolonial idarəçilik altında olduqlarını deyib. Yazılarda dövlətimizin başçısının “Azərbaycan bu ölkələrə kömək etmək istəyir ki, onlar keçmişin bu iyrənc qalığından özlərini azad edə bilsinlər”, fikri də oxuculara çatdırılıb.
Dövlətimizin başçısının fikirləri Türkiyənin aparıcı media orqanları tərəfindən də geniş işıqlandırılıb. “TRT Haber”, “Akit”, “Star”, “Aydınlık” portalları yazıb ki, Prezident İlham Əliyev Ersin Tatarın Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Şuşa Zirvə görüşündə iştirakının Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınmasına doğru atılan önəmli bir addım olduğunu bildirib. Deyib ki, biz hər zaman kiprli qardaşlarımızla birlikdə olacağıq. “Anadolu Agentliyi”, “Haberler” saytı isə Azərbaycan Prezidentinin İsrail-Fələstin münaqişəsi ilə bağlı fikirlərinə diqqət çəkib. Qeyd olunub ki, Azərbaycanın dövlət başçısı Yaxın Şərqdə sülhün təmin edilməsi baxımından iki dövlətli həll yolunun yeganə çıxış yolu olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, Fələstin dövlət qurmalı və Şərqi Qüds onun paytaxtı olmalıdır.
“Akşam” portalı, “TRT Avaz” kanalının saytı isə dövlətimizin başçısının “Türk Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzinə çevirməliyik” fikrini oxucuların diqqətinə çatdırıb. Qardaş ölkənin digər mətbuat orqanları da Azərbaycan Prezidentinin fikirlərini geniş oxucu kütləsinə təqdim edib.
Almaniyanın “Berliner-zeitung” nəşrində yayımlanan məqalədə Prezident İlham
Əliyevin Forumun açılışında COP29-da Azərbaycanın prioritetləri barədə qısa məlumat verdikdən sonra ştirakçıların suallarını cavablandırdığı qeyd olunub. Bildirilib ki, Azərbaycanın COP29 təşkilatçılarının diqqəti formatın səmərəliliyini artırmağa yönəlib. Pakistanın “Associated Press” nəşri isə yazır ki, Forumdakı çıxışında Azərbaycan Prezidenti İlham Əliyev Pakistan mediasının daha geniş əməkdaşlığa kömək etmək və dezinformasiyaya qarşı mübarizə aparmaq üçün birgə media təşəbbüsünə zəmin hazırlayan dəstəyini yüksək qiymətləndirib.
İtaliyanın media orqanları da Azərbaycan Prezidentinin Şuşa Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlərə geniş yer ayırıb. Ölkənin “Color News”, “Agenzia Nova”, “Avia-pro”, “MarketScreener” kimi xəbər portallarında yayımlanan materiallarda Azərbaycan Prezidentinin müxtəlif ölkələrdən jurnalistlərin, beynəlxalq ekspert və politoloqların suallarına verdiyi ətraflı cavablar diqqət mərkəzində saxlanılıb. Yazılarda Azərbaycanla Ermənistan arasında sülh prosesinə dair Prezident
İlham Əliyevin səsləndirdiyi fikirlərdən sitatlar da gətirilib. Bundan başqa, materiallarda Azərbaycan Prezidentinin ölkəmizin Fransa müstəmləkə ərazilərinə öz müstəqilliyini təmin etməyə kömək edəcəyini bildirdiyi qeyd olunub.
Rusiya mediası da Azərbaycan Prezidentinin Forumdakı fikirlərini diqqət mərkəzində saxlayıb. TASS, “İnterfax” agentlikləri, “Vestikavkaza”, “Aif”, “Ren.tv”, “News.ru” və digər mətbu orqanlarında dərc olunan informasiyalarda dövlətimizin başçısının müxtəlif mövzularla bağlı fikirləri təqdim olunub. TASS agentliyi dövlətimizin başçısının Rusiya Prezidenti ilə görüşləri, həmçinin ABŞ-da keçiriləcək prezident seçkilərinə dair fikirlərini də oxucularına çatdırıb.
“İnterfax” isə yazır ki, Prezident İlham Əliyev Rusiya ilə münasibətlərə dair fikirlərini belə ifadə edib: “İkitərəfli münasibətlərdə həll oluna bilməyən məsələ mövcud deyil və uzun müddətdir ki, belədir. Düşünürəm ki, hətta müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədən əvvəl də belə idi. Prinsip etibarilə biz bütün məsələləri qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və xalqlarımızın münasibətlərinin çoxəsrlik tarixi nəzərə alınmaqla nizamlamışıq”.
“News.ru” portalı isə yazır ki, Azərbaycanın dövlət başçısı Ermənistanın baş naziri Nikol Paşinyanın Britaniyada Cənubi Qafqazda böhranın həlli üzrə danışıqlardan imtina etməsinin sülh sazişinin imzalanmasının mümkünlüyünə zərbə vurduğunu bildirib.
Ukraynanın “RBK-Ukrayna”, UNIAN, “Yevropeyskaya Pravda”, “UKR.net”, “ZN.ua”, “Uanews.ua” və digər informasiya agentlikləri, xəbər portallarında dərc olunan məqalələrdə dövlətimizin başçısının Azərbaycanın Avropanın enerji, təbii qaz təchizatındakı rolu, kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləyəcəyinə dair fikirləri yer alıb.
Ərəb mətbuatı da Şuşa Forumu barədə məlumatları geniş işıqlandırıb. Misirin “Mena” xəbər agentliyinin, “akhbarelyom”, “amanataljouf” portallarının yaydıqları materiallarda Prezident İlham Əliyev iqlim dəyişikliyi nəticəsində yaranan fəsadlara qarşı mübarizə yolları ilə bağlı məsələlərdə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin mövqelərində etimad boşluğunu azaltmaq üçün ölkəsinin səylərini diqqətə çatdırdığı vurğulanıb.
Birləşmiş Ərəb Əmirliklərinin “WAM” agentliyi də Şuşa Forumuna yer ayırıb. Qeyd olunub ki, forumda inkişafa və qlobal sabitliyə ən mühüm təhlükələrdən biri olan yalan məlumatların müasir informasiya mühitində sürətlə yayılması araşdırılır, müxtəlif media orqanlarında texnologiyanın təqdim etdiyi çoxsaylı imkanlar, davamlı artım nəzərdən keçirilir, informasiya kanallarında və düzgün ictimai məlumat üçün sistemlərin formalaşdırılması ilə bağlı yeni yanaşmalara, alətlərə və mexanizmlərə ehtiyacla bağlı müzakirələr aparılıb.
Qırğızıstanın “turktoday.info” informasiya agentliyi də Qlobal Media Forumundan yazıb. Agentlik Azərbaycanın dövlət başçısının Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatarın bu yaxınlarda Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakı ilə bağlı fikirlərinə xüsusi diqqət çəkib. Azərbaycan Prezidentinin Kipr türklərinə dəstək bəyanatının Türkiyə Silahlı Qüvvələrinin Kiprdə sülhün təmin edilməsi üzrə əməliyyatının başlanmasının 50-ci ildönümündə səsləndirildiyi vurğulanıb.
Şuşa Forumu Gürcüstan portalları tərəfindən də geniş işıqlandırılıb. Bu ölkənin “interpress.ge”, “aktual.ge”, “realnews.ge” informasiya portalları, “1tv.ge” televiziya kanalı Azərbaycan Prezidentinin dünyanın müxtəlif ölkələrindən gəlmiş jurnalistlərin suallarını cavablandırdığını qeyd edib. Xəbərlərdə dövlətimizin başçısının xüsusilə Cənubi Qafqaz regionunun inkişafı, sülh prosesi, Azərbaycanla bağlı həqiqətlərin düzgün, qərəzsiz işıqlandırılmasının vacibliyi barədə fikirləri əksini tapıb.
Rumıniyanın “Gandul”, Bolqarıstanın “Episentr”, “Seqa” və digər nəşrləri də Prezident İlham Əliyevin Azərbaycanın Qlobal Şimal ilə Qlobal Cənub arasında körpülər qurmasını, Qoşulmama Hərəkatına sədrliyini, eyni zamanda, ölkəmizin ABŞ-la münasibətlərinə dair fikirlərini geniş oxucu kütləsinə təqdim ediblər. Yazılarda Azərbaycan-Fransa münasibətləri də təhlil olunub.
Özbəkistanın milli xəbər agentliyində (UZA) dərc olunan “Dünya mediası Azərbaycanda dezinformasiyaya qarşı mübarizə məsələlərini müzakirə edir” sərlövhəli materialda Şuşada keçirilən 2-ci Qlobal Media Forumunda 50-dən çox ölkədən media nümayəndələrinin iştirak etdikləri bildirilib.
“Bəzən biz təəccüblənirik ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur - yəni faktların manipulyasiyası, yanlış narrativlər. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, əlbəttə ki, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər”. Dövlətimizin başçısının bu fikirləri isə Qazaxıstanın “Kazinform” agentliyində Şuşa Forumu ilə bağlı dərc olunan məqalədə yer alıb. Yazıda Prezident İlham Əliyevin Azərbaycanın Qlobal Şimal ilə Qlobal Cənub arasında körpülər qurması, Qoşulmama Hərəkatına sədrliyi, eyni zamanda, ölkəmizin ABŞ-la münasibətlərinə dair fikirlər geniş oxucu kütləsinə təqdim olunub.
Bundan əlavə, Avstriyanın “ORF”, Səudiyyə Ərəbistanının “Argaam”, Yunanıstanın “Power Game”, Makedoniyanın “MİA”, Polşanın “GEOPOLITYKA.ORG” informasiya portalları Azərbaycan Prezidentinin Rusiya Qazının Ukrayna ərazisi ilə Avropaya çatdırılması imkanlarına dair fikirlərinə xüsusi diqqət ayırıb.
Azərbaycan Prezidenti İlham Əliyevin “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumundakı çıxışı zamanı səsləndirdiyi fikirlər, beynəlxalq ekspert və jurnalistlərin sualları ilə bağlı şərhləri ABŞ mediasında da işıqlandırılıb. Ölkənin nüfuzlu “Bloomberg” nəşri ölkə başçısının Rusiyanın Ukrayna ərazisindən Avropaya qaz nəqlini 2025-ci ildə dayandıracağı və Azərbaycan qazının Avropaya çatdırılması ilə bağlı fikirləri barədə yazıb. Yazıda da qeyd olunduğu kimi, Prezident İlham Əliyev bildirib ki, Ukrayna və Avropa İttifaqı bu müqavilənin uzadılmasında yardımçı olmaq üçün Azərbaycana müraciət edib. Dövlət başçısının sözlərinə görə, hər iki tərəf bunda maraqlıdır. Çünki Ukraynanın özünün bu qaza ehtiyacı var. Materialda dövlət başçısının bu mövzuda fikirlərinə geniş yer verilib.
Həmçinin Prezident İlham Əliyevin Fransanın müstəmləkə altında saxladığı ərazilərlə bağlı fikirləri də ABŞ mediasında geniş dərc olunub. “Voice of America”, “Gazette”, “US News”, “Denver Gazette” kimi nəşrlərdə dərc olunmuş yazılarda Prezident İlham Əliyevin Fransanın Azərbaycanın daxili işlərinə, Ermənistanla münasibətlərinə müdaxilə etməkdə ittiham etməsi vurğulanıb. Sözügedən saytlarda həmçinin Prezident İlham Əliyevin Fransanın hələ də müstəmləkə altında saxladığı ərazilər və Azərbaycanın keçmişin bu iyrənc qalığından özlərini azad edə bilmələri üçün onlara kömək edəcəyinə dair fikirləri yer alıb.
Xəbər lenti
Hamısına baxDünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00
YAP xəbərləri
19 Yanvar 13:54
Siyasət
19 Yanvar 13:47
YAP xəbərləri
19 Yanvar 13:27
Sosial
19 Yanvar 12:34
Dünya
19 Yanvar 12:33
Dünya
19 Yanvar 12:26
Sosial
19 Yanvar 12:21
YAP xəbərləri
19 Yanvar 12:01
İqtisadiyyat
19 Yanvar 12:00
İqtisadiyyat
19 Yanvar 11:59
Hadisə
19 Yanvar 11:59
Dünya
19 Yanvar 11:45
Dünya
19 Yanvar 11:19
Sosial
19 Yanvar 11:14
Dünya
19 Yanvar 10:54
Dünya
19 Yanvar 10:20
Dünya
19 Yanvar 10:09
Dünya
19 Yanvar 09:41
Sosial
19 Yanvar 09:18
Sosial
19 Yanvar 08:56
Dünya
19 Yanvar 08:22
Dünya
19 Yanvar 08:10
Sosial
19 Yanvar 08:03
Dünya
19 Yanvar 07:45
Elm
18 Yanvar 23:32
Hadisə
18 Yanvar 22:15

