Qaradağlıda müharibə cinayətləri törətmiş 12 şəxs beynəlxalq axtarışa verilib
17.02.2022 [21:29]
Qaradağlıda müharibə cinayətləri törətmiş 12 şəxs beynəlxalq axtarışa verilib.
"Report" xəbər verir ki, bunu Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejiminin silahlı hərbi birləşmələri və Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş sülh və insanlıq əleyhinə, habelə müharibə və digər cinayətlərin araşdırılması məqsədilə istintaq-əməliyyat qrupu yaradılıb: "Cinayət işi üzrə Qaradağlı epizodu ilə bağlı bu günədək sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətlərini törətmiş 12 şəxs Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə beynəlxalq axtarışa verilib. Hazırda Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq tədbirləri davam edir".
Qeyd edək ki, erməni silahlı birləşmələri Xocavənd rayonunun Qaradağlı kəndində yaşayan 200-dən artıq azərbaycanlı ailəsini məcburi hərəkətlərlə didərgin salmaq məqsədilə 1988-ci ilin fevralından başlayaraq 1992-ci il fevralın 14-dək müxtəlif vaxtlarda yaşayış yerlərinə və həyətyanı sahələrinə mütəmadi olaraq basqınlar edərək evlərini yandırıb qarət edib, nəticədə kəndin azərbaycanlı milliyyətindən olan 1008 nəfər əhalisindən 941-ni beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan doğma yerlərindən didərgin salıblar.
Erməni silahlı birləşmələrinin üzvləri 1992-ci il fevralın 14-17-də Xocavənd rayonunun Qaradağlı kənd sakinlərindən 9-u azyaşlı, 10-u qadın, 14-ü 60 yaşdan yuxarı, 34-ü kişi cinsindən olan cavanlar olmaqla 67 nəfəri öldürüb, 2 nəfərə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirib, 49 nəfəri girov götürüblər. Eyni zamanda, yaşayış binaları və dövlət obyektləri qarət edilərək yandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46

