Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ukraynanı tərk edən Azərbaycan vətəndaşlarının təxliyəsi üçün iki çarter reysinin təşkili nəzərdə tutulub

Ukraynanı tərk edən Azərbaycan vətəndaşlarının təxliyəsi üçün iki çarter reysinin təşkili nəzərdə tutulub

27.02.2022 [16:39]

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Ukraynanı tərk edərək qonşu dövlətlərə daxil olan Azərbaycan vətəndaşlarının təxliyyə olunması ilə bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat xidməti idarəsindən daxil olan məlumata görə, Ukraynadakı vəziyyətlə əlaqədar, ölkəni tərk edərək qonşu dövlətlərə daxil olan Azərbaycan vətəndaşlarının təxliyəsini həyata keçirmək üçün bu ilin 28 fevral tarixində Azərbaycan dövləti tərəfindən iki çarter reysinin təşkil edilməsi nəzərdə tutulub.

Rumıniya ərazisindən reallaşdırılacaq çarter reyslərindən birincisi, Türkiyənin Tailwind şirkəti vasitəsilə 168 Azərbaycan vətəndaşının, Azərbaycan hava yolları ilə həyata keçiriləcək növbəti çarter reysi ilə isə 174 vətəndaşımızın Azərbaycana gətirilməsi planlaşdırılır.

Paylaş:
Baxılıb: 517 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30