Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bakıda küçədə kişi arvadını və özünü güllələyərək öldürüb

Bakıda küçədə kişi arvadını və özünü güllələyərək öldürüb

06.04.2022 [13:49]

Bakıda küçədə kişi arvadını və özünü güllələyərək öldürüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, paytaxt sakini, Rasim Xəlilov özünə məxsus qanuni ov tüfəngi ilə küçədə əvvəl həyat yoldaşı Misri Xəlilovanı güllələyərək qətlə yetirib. Daha sonra o, həmin silahla özünü vuraraq öldürüb.

"Ailədə indiyə qədər münaqişə olması ilə bağlı polisə məlumat daxil olmayıb", - DİN-dən bildirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Paylaş:
Baxılıb: 516 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30