Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib
15.04.2022 [11:15]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvilini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-Gürcüstan əlaqələrinin geniş gündəliyə malik olduğunu qeyd edərək həm ikitərəfli, həm də çoxtərəfli formatda əldə olunmuş razılıqların uğurla həyata keçirildiyini bildirdi və bu baxımdan, ilk növbədə, ölkələrimizin icra etdiyi birgə nəqliyyat və enerji layihələrinin önəmini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanla Gürcüstan arasında yükdaşımalarının həcminin, mövcud infrastrukturun buraxılış qabiliyyətinin artırılmasının zəruriliyini qeyd etdi və bunun üçün yaxşı əsasın yaradıldığını bildirdi. Dövlətimizin başçısı, eyni zamanda, ticarət dövriyyəsinin artımından məmnunluğunu ifadə edərək onun həcminin daha da çoxaldılması perspektivlərinin müəyyənləşdirilməsinin vacibliyini qeyd etdi.
Ölkələrimiz arasında sıx əlaqələrin mövcudluğunu vurğulayan Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili bütün sahələrdə, o cümlədən iqtisadi sferada əlaqələrin uğurla inkişaf etdiyini bildirdi, ölkələrimiz arasında həyata keçirilən enerji və nəqliyyat layihələrinin həm regional, həm də qlobal əhəmiyyətini qeyd etdi. Qonaq, eyni zamanda, ticarət dövriyyəsinin artırılması üçün də böyük potensialın mövcud olduğunu bildirdi.
Görüşdə kənd təsərrüfatında və iqtisadiyyatın digər sahələrində birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti, Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığının hər iki ölkənin iqtisadi inkişafında vacib rolu qeyd edildi.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20

