Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ARDNF-in Müşahidə Şurasının iclası keçirilib

ARDNF-in Müşahidə Şurasının iclası keçirilib

10.06.2022 [20:08]

İyunun 10-da Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə Şuranın iclası keçirilib. 

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasın gündəliyində Dövlət Neft Fondunun 2021-ci ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, Fondun 2021-ci il büdcəsinin icrası və digər məsələlər müzakirə edilib.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci ildə fəaliyyəti haqqında illik hesabatın, auditin nəticələrinin və 2021-ci il üçün büdcəsinin icrasının Azərbaycan Respublikası Prezidentinə təqdim edilməsi barədə müvafiq qərarlar qəbul olunub. 

Paylaş:
Baxılıb: 689 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

Siyasət

Ədəbiyyat

Elm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30