Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Stepan Mesiç: BMT-də islahatların aparılmasına ehtiyac var

Stepan Mesiç: BMT-də islahatların aparılmasına ehtiyac var

17.06.2022 [15:54]

Digər forumlar kimi, bu forum da ilin nəticələrinə əsaslanır və baş verən hadisələrə dünya ictimaiyyətinin münasibətini formalaşdırmağa xidmət edir. Forumun ildən-ilə inkişafı onun nə dərəcədə əhəmiyyətli olmasını göstərir.

Bu sözləri IX Qlobal Bakı Forumunda Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç AZƏRTAC-a verdiyi açıqlamasında deyib.

“BMT yerli institutlara təsir edərək bölgədə sülhün yaradılmasına təkan verir. İkinci Dünya Müharibəsindən sonra yaradılan bu təşkilatın məqsədi də dünyada sülhün qorunmasına yönəlib. Ancaq indi BMT-də islahatların aparılmasına ehtiyac var. Təşkilat dövlətlər arasında yaranan münaqişələri elə həll etməlidir ki, müharibəyə vəsilə olmasın”, - deyə Stepan Mesiç bildirib.

Paylaş:
Baxılıb: 632 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31