Parlamentin növbədənkənar plenar iclasında16 qanun layihəsi qəbul edildi
18.06.2022 [11:01]
Günel ABBAS
İyunun 17-də Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası keçirilib. Toplantının gündəliyinə 16 məsələ daxil edilib. İclas Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.
Əvvəlcə cari məsələlərin müzakirəsində çıxış edən deputat Siyavuş Novruzov Beynəlxalq təşkilatları Ermənistana ciddi xəbərdarlıq etməyə çağırıb. Onun sözlərinə görə, indiyədək heç bir addım atmayan təşkilatlar Ermənistana ərköyün övlad kimi davranıblar. Ancaq indi Ermənistan konkret addımlar atmalı, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. S.Novruzov Vətən müharibəsi iştirakçıları, şəhid ailəsi üzvləri və qazilərin bəzi narazılıqlarının həllinə də çıxış yolu təklif edib. Bildirib ki, aidiyyəti dövlət qurumlarında onların şikayətlərini dinləmək üçün komissiya yaradılmalıdır, narazı şəxslər həmin komissiyaya dəvət edilməli, sənədləri araşdırılmalıdır. O qeyd edib ki, qazilər hər zaman diqqət mərkəzindədirlər və onlara Prezidentin qayğısını hiss etdirmək lazımdır.
Naqif Həmzəyev isə məhbuslarla görüşə gələn ailə üzvləri və vəkillər üçün PCR testi tələbinin ləğv olunmasını təklif edib. Həmin şəxslər üçün bu testin əlavə xərc olduğunu diqqətə çatdırıb.
Deputat Vahid Əhmədov isə sosial problemlərin müzakirəsi ilə bağlı komissiya yaradılmasını təklif edib. Parlamentin vitse-spikeri Əli Hüseynli deputatın təklifinə münasibət bildirərkən qeyd edib ki, sosial problemlər o səviyyədə deyil ki, xüsusi komissiya yaradılsın, müzakirə olunsun: “Biz həmişə məsələ qaldırırdıq ki, hökumət qənaətli olsun. Hökumət də qənaət edib. Dəfələrlə müvafiq komitələrin daxilində müzakirələr aparıldı. Mənə görə heç bir yeni məsələ yoxdur və komissiyanın yaradılmasına ehtiyac yoxdur”.
Sonra “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” qərarda dəyişiklik edilməsi barədə qərar layihəsi müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən Azərbaycan-Paraqvay parlamentlərarası işçi qrupuna yeni sədr seçilib. Həmin vəzifəyə deputat Hikmət Məmmədovun namizədliyi irəli sürülüb. Müzakirələrdən sonra qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Ardınca “Elektroenergetika haqqında” Qanunda dəyişiklik edilməsi barədə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri üçüncü oxunuşda təsdiqlənib.
Daha sonra “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilk oxunuşda, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında”, “Ələt azad iqtisadi zonası haqqında” Qanunda dəyişiklik edilməsi barədə, “İnvestisiya fəaliyyəti haqqında”, İnzibati Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, Cinayət Məcəlləsində və “Vətəndaşların müraciətləri haqqında” Qanunda dəyişiklik edilməsi barədə, Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Milli arxiv fondu haqqında” Qanunda dəyişiklik edilməsi barədə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə, Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ikinci oxunuşda səsverməyə qoyularaq qəbul edilib.
Beləliklə, Parlamentin növbədənkənar sessiyasının ilk plenar iclası başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15

