Müsavatda bolşevizm, despotizm, yoxsa faşizm?
08.09.2022 [10:36]
Mübariz ABDULLAYEV
Ötən əsrin doxsanıncı illərinin əvvəllərində ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi və bir milyondan çox soydaşımızın doğma ev-eşiklərini tərk etmək məcburiyyətində qalması Azərbaycan üçün çox ağrılı bir problemə çevrildi. Ötən üç onillik ərzində ölkənin ərazi bütövlüyünün bərpası daim Azərbaycanın gündəliyinin mərkəzində dayandı. Yalnız 30 ildən sonra -2020-ci ildə 44 günlük Vətən müharibəsində Ordumuzun qazandığı Zəfər sayəsində Azərbaycan özünün ərazi bütövlüyünü bərpa etməyə nail oldu. Azərbaycan dövləti təxminən 30 il ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan soydaşlarımızın tarixi yurd yerlərinə Böyük Qayıdışını layiqli və təhlükəsiz şəkildə həyata keçirmək əzmindədir. Bunu reallaşdırmağa respublikamızın kifayət qədər gücü var. Təsadüfi deyildir ki, müharibənin başa çatmasından dərhal sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işlərinə başlanıldı. Artıq işğaldan azad olunmuş ərazilərdə-Zəngilan rayonunda “Ağıllı kənd” konsepti ilə inşa olunan ilk yaşayış məntəqəsinə soydaşlarımızın köçürülməsinə də start verilib. Avqustun 26-da isə üçtərəfli Bəyanata uyğun olaraq Ordumuz Laçın şəhərində, Zabux və Sus kəndlərində yerləşdi. Beləliklə, Azərbaycanın ərazi bütövlüyünün hərbi-siyasi yolla təmin edilməsi prosesi başa çatdı. Bütün bunlar qürur doğuran, bizi fərəhləndirən hadisələrdir. Bu gün Azərbaycan cəmiyyətində “Son illərin ən önəmli olayları hansılardır” sualı ilə sorğu aparılsa, hər kəsin cavabı birmənalı olacaq: Torpaqlarımızın işğaldan azad edilməsi, Şuşamızın geri qaytarılması və son olaraq Ordumuzun Laçında yerləşməsi, burada üçrəngli bayrağımızın dalğalanması! Vətənini sevən, xalqına bağlı olan azərbaycanlılardan bundan özgə bir cavab almağı təsəvvürə gətirmək belə mümkün deyil. Başqa cür necə ola bilər? Axı ölkədə ağlı kəsən hər kəs-gənclər də, yaşlı insanlar da, ziyalılar da, sıravi vətəndaşlar da onilliklər boyunca qəlblərində məhz doğma yurd yerlərinə geri dönmək arzusunu yaşatmışlar. İndi həmin arzular çin olub!
Buna görə bütün Azərbaycan xalqına, xüsusilə də Qələbəmizin baş memarı-Prezident, Ali Baş Komandan İlham Əliyevə təbriklər ünvanlanması təbiidir. Müharibə başa çatandan və Ordumuz Laçın şəhərinə yerləşəndən sonra dövlət başçısının ünvanına ölkə vətəndaşlarından, dünya azərbaycanlılarından çoxsaylı təbrik məktubları gəlməkdədir. Prezident, Ali Baş Komandan İlham Əliyev bu təbrikləri sözün bütün mənalarında haqq edib. Bizi böyük Zəfərə aparan planları məhz O düşünüb-daşınıb. İş əvvəlcə siyasi müstəvidə, danışıqlar masası ətrafında aparılıb. Paralel şəkildə, iqtisadiyyat gücləndirilib, ordu quruculuğu diqqət mərkəzində saxlanılıb. Və nəhayət, Ermənistanın intensivləşən təxribatlarına cavab verilməsi-müharibə mərhələsi çatıb. Prezident İlham Əliyevin zərgər dəqiqliyi ilə işlənən planları, fəaliyyəti ölkəmizi Böyük Zəfərə daşıyıb.
Di gəl ki... Di gəl ki, bu təbriklərdən xofa düşənlər də tapıla bilərmiş! Özünü marginal radikal düşərgənin öndəgedənlərindən biri kimi təqdim edən Müsavat Partiyasının rəhbərliyində təmsil olunanlar kimi. İkrah doğuran qısqanclıq və yaxud dözümsüzlük barədə konkret təsəvvür yaransın deyə olayın təfsilatına varmaq istərdik. Deməli, Müsavat Partiyasının başqan müavini Osman Kazımov Ordumuzun Laçın şəhərində yerləşməsi münasibətilə Prezident, Ali Baş Komandan İlham Əliyevə təbrik ünvanlamaq qərarına gəlir və bunu edir. Əslində, dövlət başçısına belə bir təbrik bütövlükdə Müsavat Patiyasının adından da ünvanlanmalı idi. Axı nə fərqi var ki, Müsavat radikal düşərgədə təmsil olunur? Söhbət Vətənimizin bir parçasının geri qaytarılmasından, yad əllərdən xilas edilməsindən gedir. Bu elə bir xoşbəxtlik anıdır ki, hər kəs siyasi mövqeyinin, baxışlarının fövqündə dayanmalıdır və xoş niyyət nümayiş etdirməlidir. Müsavat Partiyasının başda başqan Arif Hacılı olmaqla rəhbərliyi bu cəsarəti özündə tapmayıb. Osman Kazımov dövlət başçısını fərdi qaydada təbrik etmək qərarı verib. Bu qərardan sonra isə partiyanın ayrı-ayrı təmsilçiləri ona qarşı bir növ səlib yürüşünə çıxıblar və onu ağ yuyub qara sərməyə başlayıblar. Hətta Müsavatın bəzi üzvləri dözümsüzlükdə daha qabağa gedərək Osman Kazımovun partiya sıralarından kənarlaşdırılması təklifini də sərt şəkildə irəli sürüblər. Bunu necə adlandıraq - bolşevizm, despotizm, yoxsa faşizm? Bəlkə də, Müsavatın təmsilçilərinin bəhs olunan təbrikə görə nümayiş etdirdikləri radikalizm hər üç ada layiqdir. Belə görünür ki, zamanında seçkiləri saxta yolla udan Arif Hacılı başqan kreslosunda əyləşdikdən sonra partiyada “dediyimiz dedikdir”, “bizim kimi düşünməyən, bizdən deyil” ab-havası yaradıb. Bir vaxtlar keçmiş ittifaqda bolşeviklər, Hitler Almaniyasında faşistlər özgəfikirliliyə belə dözümsüz yanaşma sərgiləyirdilər. Həmin rejimlərdə müstəqil qərarlar qəbul edənlərin, fərqli fikir irəli sürənlərin aqibəti çox kədərli olurdu-onları, bir qayda olaraq, təqiblər, repressiyalar, cəza lagerləri gözləyirdi.
Yeri gəlmişkən, Müsavatda özgəfikirliliyə münasibətdə qəti dözümsüzlük ilk dəfə deyil ki, təzahür edir. Bir vaxtlar Müsavatın digər bir üzvü-Tapdıq Abbas da çiyindaşlarının oxşar aqressiyası ilə üzləşmişdi. Əslində, o da qınaq obyekti olacaq hansısa bir iş tutmamışdı. Milli mətbuatımızın 135 illik yubileyi münasibətilə Mətbuat Şurası adından Ulu Öndərin Fəxri Xiyabandakı abidəsi önünə əklil qoyulması mərasiminə qatılmışdı. Burada da xalqımızın milli-mənəvi dəyərlərinə uyğun olan bir addım Müsavat funksionerlərinin təpkiləri ilə qarşılanmışdı. Onlar bolşeviklərsayağı Tapdıq Abbasa partiya cəzası verilməsini istəyirdilər. Yəqin, bu kimi səbəblərdəndir ki, sonradan Tapdıq Abbas Müsavatda şiddətli hal alan despotizmdən yaxa qurtarmağın çarəsini partiya ilə yollarını ayırmaqda tapdı.
Bir vaxtlar başqanlığa namizədliyini irəli sürən Yadigar Sadıqlı partiyadakı ab-havanı dəyərləndirərək Arif Hacılının ünvanına onun partiya vəzifələrinə təyinatlar zamanı şəxsi münasibətlərindən istifadə etməsi ilə bağlı ittihamlar səsləndirmişdi. Digər müsavatçılar isə Arif Hacılının Almaniyada “mühacir biznesini”, partiya daxilində təkhakimiyyətlilik yaratmasını xatırladırlar. Bütün bunlara görə də Müsavatda tez-tez yarpaq tökümü baş verir, qopmaların, istefaların sayı getdikcə artır. Partiyada dərk olunur ki, başqan Arif Hacılının Osman Kazımovun “Laçın təbrikini” belə sinirə bilməyən ətrafından, yaxın çevrədən ibarət komandasından ən betərini gözləmək tam realdır. Buna görə də, necə deyərlər, üzü sulu ikən Müsavatdan uzaqlaşmaq lazımdır.
Xəbər lenti
Hamısına baxSosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35

