Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Xaricdə təhsil alan gənclər geri qayıtsa…

Xaricdə təhsil alan gənclər geri qayıtsa…

09.09.2022 [12:08]

Hazırda 168 azərbaycanlı doktorant xaricdə təhsil alır. Həmin şəxslər 22 ölkədə təhsilini davam etdirir. Xaricdə doktorantura təhsili almaq üçün daha çox üz tutulan ölkələr Türkiyə, Birləşmiş Krallıq, Almaniya, ABŞ və Fransadır. Ən çox müraciət olunan ixtisaslar isə mühəndislik, iqtisadiyyat, maliyyə, informasiya, təhsil sahələridir.

Bu barədə “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupunun rəhbəri Turan Topalova “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

Bu il xaricdə təhsilini başa vuracaq doktorantların işlə təminatı məsələsinə aydınlıq gətirilib. Bildirilib ki, bu il 12 doktorantın ölkəyə geri qayıdacağı gözlənilir. Onlardan 4-ü Azərbaycan Tibb Universitetində fəaliyyətini davam etdirəcək: “Digər məzunlardan 3 nəfəri ADA Universitetində, 3-ü Xəzər Universitetində, digərləri isə Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində işləyəcək”.

Xaricdə təhsil almağa gedən şəxsin hansı halda proqramdan kənarlaşdırıldığı da açıqlanıb. Belə ki, Turan Topalova bildirib ki, proqram boyunca tələbənin təhsilə necə yanaşması ilə bağlı illik monitorinq həyata keçirilir.

T.Topalova qeyd edib ki, monitorinq elmi rəhbərin rəyi əsasında yekunlaşır: "Əgər, rəy müsbət deyilsə, tələbə proqramdan uzaqlaşdırılmır, lakin bir illik ödənişi dayandırılır. Belə hal ikinci dəfə təkrar olarsa, həmin şəxs proqramdan kənarlaşdırılır. Lakin sevindirici hal odur ki, bu vaxta qədər belə bir təcrübə yaşanmayıb".

Qeyd olunub ki, "2019-2023 Dövlət Proqramı" çərçivəsində 2 bakalavriat, 2 magistratura İkili diplom proqramı olmaqla, 4 beynəlxalq ikili diplom proqramı həyata keçirilir. 5-ci proqramın icrası isə hazırlıq mərhələsindədir. Hazırda 558 tələbə ikili diplom proqramı üzrə təhsil alır. Artıq 42 məzun proqramı tamamlayaraq məzun olub və işlə təmin olunub. 

Müşfiqə

Paylaş:
Baxılıb: 562 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31