Separatçı rejim “çıxış yolu” axtarır...
24.08.2023 [12:36]
S.İSMAYILZADƏ
Ermənistanın və havadarlarının BMT Təhlükəsizlik Şurasında irəli sürdüyü qərəzli iddialar nəticə vermədi. Baş verənlər Xankəndidəki qondarma rejimi də təşvişə salıb.
Qarabağda qalan ermənilər öz aralarında qruplara bölünüblər. Türkiyə KİV-ində yer alan işğaldan azad edilmiş ərazilərdən reportajlarda deyilir ki, Qarabağ erməniləri barışıq tərəfdarı olan və aqressiv olmaqla iki hissəyə bölünüblər. Birinci “qrupa” daxil olan ermənilər açıq şəkildə bildirirlər ki, ötən 30 il ərzində separatçı rejim, Ermənistanın siyasi hakimiyyəti, o cümlədən silahlı birliklərin rəhbərləri yerli əhaliyə zülm edib, onları səfalət və ehtiyac içində yaşamağa məcbur edib. Həmin insanlar istər Rusiya, istərsə də digər xarici KİV-lərə müsahibələrində bildirirlər ki, Azərbaycanın qanunları çərçivəsində yaşamağa hazırdırlar. Hətta bu fikri dəstəkləyən insanlar çoxluq təşkil edir - sadəcə olaraq separatçı rejimin, hərbi xuntanın qorxusu onları bu reallığı dilə gətirmələrinə imkan vermir. Son olaraq BMT TŞ-da olan müzakirələr isə separatçı rejimi də “tərksilah” edib. Artıq onlar da dərk edirlər ki, boşuna səs-küy salmaq, yalandan haray qoparmaq heç bir nəticə verməyəcək.
2020-ci il Vətən müharibəsinin ortaya çıxardığı ən mühüm reallıqlardan biri də Qarabağdakı erməni vətəndaşlarımızla təmasların formalaşdırılmasıdır. Ermənistanla aparılan sülh danışıqlarının sürətləndirilməsi fonunda bu ilin əvvəlində Qarabağdakı erməni vətəndaşlarımızla təmaslar aktuallaşmışdı. Hətta bununla bağlı müvafiq addımlar belə atılmışdı. Sadəcə olaraq, bəzi separatçı elementlərin bu prosesə mane olması inteqrasiyanı gücləndirəcək bu kimi təmasların reallaşmasını ləngitdi. Belə ki, Azərbaycanın irəli sürdüyü təkliflərə “cavabın” Qarabağın erməni ictimaiyyətindən deyil, separatçı rejimdən gəlməsi özü hər şeyi ortaya qoyurdu və bunun altında bəzi gizli və çirkin maraqlar yatması şübhəsiz idi. Ötən 30 illik işğal dövründə də, eyni zamanda II Qarabağ Müharibəsi dövründə də Azərbaycanın mövqeyi birmənalı və qəti olub - Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Qarabağda yaşayan ermənilər isə bizim vətəndaşlarımızdır və onların Azərbaycan qanunları çərçivəsində reinteqrasiyası prosesi aparılmalıdır. Dövlətimiz özünün humanizmini ortaya qoyub. Bu humanist davranışa layiqincə qiymət verməyənlərlə danışıq aparmaq əbəs şeydir.
Bu gün isə yeni situasiya yaranıb - artıq hər kəs dərk edir ki, proses Azərbaycanın diqtəsi ilə inkişaf edir. Dünənə qədər Azərbaycanın görüş keçirməklə bağlı təklifini dəyərləndirməyənlər anlamırlar ki, dövlətimiz hər zaman problemlərin danışıq və ya sülh yolu ilə həll edilməsinin tərəfdarı olub. Bu kimi təmaslar isə Azərbaycandan məcburən kənar düşmüş vətəndaşların reinteqrasiyasının daha da güclənməsini şərtləndirən amilə çevrilə bilərdi. Eyni zamanda, bu, həm də qarşılıqlı etimadın yüksəlməsində əsaslı rol oynayacaqdı. Qarabağda yaşayan erməni vətəndaşlarımız ötən dövr ərzində Azərbaycanın əldə etdiyi uğurlu inkişafın, əsaslı yeniliklərin şahidi ola bilərdi. Eyni zamanda, qarşılıqlı etimadın möhkəmlənməsi üçün əsas şərt sayılan tolerantlığın, multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu bir daha görmək imkanı qazanacaqdı. Prosesin uğurla davam etməsi ölkəmizin gələcək inkişafı üçün də yeni mərhələ formalaşdıracaqdı. Amma Qarabağ erməniləri bu təklifi lazımi şəkildə dəyərləndirə bilmədilər. İndi isə daxili arenada bir-birinə düşmən kəsilmiş separatçı rejim üzvləri çıxış yolu axtarırlar - onlar yolun sonuna gəldiklərinin fərqindədirlər....
Xəbər lenti
Hamısına baxDünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54

