Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Cahit Bağçı: Türkiyə Azərbaycanın səylərini sona qədər dəstəkləyir

Cahit Bağçı: Türkiyə Azərbaycanın səylərini sona qədər dəstəkləyir

31.08.2023 [13:24]

Üç ildir davam edən sülh prosesi var. Sülh danışıqları zamanı humanitar böhran yaratmaq səyləri sülhə kömək etməyəcək, əksinə, bu prosesi dayandıracaq. Əgər məsələ ərzaqdırsa, o zaman bunun Azərbaycanın təklif etdiyi ərazi daxilində həll yolu var.

AZƏRTAC xəbər verir ki, bunu diplomatik korpus nümayəndələri ilə Ağdam-Xankəndi yoluna səfər etmiş Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

“Söhbət humanitar böhrandan gedirsə, Xankəndi ilə aramızdakı yol ən qısa məsafədir. Əgər hansısa ehtiyac varsa, bununla bağlı Azərbaycan Qızıl Aypara Cəmiyyəti humanitar addım atıb, yük maşınları ilə un gətirib. Bunun qəbul edilməsi lazımdır”, - deyə o əlavə edib.

Cahit Bağçı bildirib ki, Türkiyə Azərbaycanın bu istiqamətdəki səylərini sona qədər dəstəkləyir.

Paylaş:
Baxılıb: 450 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31