Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Ölümsüzlük bitkisi”

“Ölümsüzlük bitkisi”

15.09.2023 [14:27]

Xalq təbabəti

Şahanə

Aloe Vera faydalarına görə min illərdir istifadə edilən olduqca məhşur və şəfalı bir bitkidir. Hətta bu bitkini möcüzə də adlandıranlar var. Son illərdə kosmetologiya sahəsində daha çox istifadə edilən bitkilər sırasında öndə gedir. Araşdırmalar nəticəsində məlum olub ki, aloenin tərkibində 200-dən artıq bioloji aktiv maddələr var - vitaminlər, mikroelementlər, aminturşular, fitonsidlər, fermentlər və s.

Aloe vera faydaları olan şirəli bitkidir. Alternativ təbabətdə bir çox vəziyyəti müalicə etmək üçün istifadə edilib. Aloe vera isti, quru iqlimlərdə böyüyən kaktusa bənzər bir bitkidir, əsas aktiv maddəsi aloe gelidir.

Aloe veranın istifadəsi təxminən 6000 il əvvəl Misirə gedib çıxır. “Ölümsüzlük bitkisi” adlandırılan aloe vera bir dəfə fironların dəfn mərasimlərində hədiyyə olaraq verilirdi. Misirdən başqa, aloe vera digər ölkələrdə də sağlamlıq faydaları üçün istifadə edilmişdir.

Bəs faydaları nələrdir?

-İltihablara qarşı mübarizə aparır

-Bədəni qüvvətləndirir

- Yanıqları və yanıq izlərini tez sağaldır. Həmçinin, birinci və ikinci dərəcəli yanıqların daha tez sağalmasını təmin edir

- Çox yaxşı təmizləyici olduğu üçün ölü hüceyrələri yox edir və dəridəki məsamələri təmizləyir

-Dəridəki toksin və artıq çirkləri yox edərkən tərkibində olan minerallar və amin turşuları ilə dərini qidalandırır və yeni hüceyrələrin yaranmasını təmin edir

-Antivirus təsirə malik olduğu üçün uçuq yaralarını tezliklə sağaldır

-Dəridə yaranan ekzema xəstəliyini aradan qaldırır

-Sızanaq və qara nöqtələrlə mübarizədə güclü təsiri vardır

-Aloe şirəsi həmçinin dəriyə cavanlaşdırıcı təsir edir, dərinin "karkası" olan kollaqen liflərinin bərpasına kömək edir. Bu səbəbdən aloe şirəsi bir çox anti-age (yaş əleyhinə) vasitələrin tərkibinə daxil edilir

Aloe şirəsinin güclü işlədici təsiri var. Qəbizlikdən əziyyət çəkən insanlar aloe şirəsini müalicəvi vasitə kimi istifadə edə bilərlər.

Paylaş:
Baxılıb: 491 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31