13-cü görüş...
02.10.2023 [13:39]
Beynəlxalq Astronavtika Federasiyasının nazirlər və parlament üzvlərinin beynəlxalq toplantısı keçirilib
Günel ABBAS
Oktyabrın 1-də Bakıda Milli Məclisin inzibati binasında Beynəlxalq Astronavtika Federasiyasının (BAF) nazirlər və parlament üzvləri üçün 13-cü beynəlxalq toplantı keçirilib.
Sayca 13-cü olan toplantı oktyabrın 2-dən 6-dək ölkəmizin ev sahibliyi edəcəyi 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi ərəfəsində baş tutub. Toplantıya BAF prezidentinin müşaviri Dominik Tilmans moderatorluq edib.
Tədbiri açan BAF-ın prezidenti Kley Mouri görüş iştirakçılarını salamlayaraq, 1950-ci ildən etibarən keçirilən Beynəlxalq Astronavtika Konqresinin əhəmiyyətindən danışıb. O, kosmos fəaliyyətinin yeni texnologiyaların inkişafına, insanların həyat şəraitinin yaxşılaşmasına, iqtisadiyyatın, elmin və təhsilin tərəqqisinə təsiri barədə fikirlərini bölüşüb, tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.
Ölkəmiz beynəlxalq tədbirə ev sahibliyi edir
Sonra tədbirdə çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, 50 il bundan əvvəl - 1973-cü ildə Bakıda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 24-cü Konqres keçirilmişdi. Bu il biz Ulu Öndərin 100 illik yubileyini qeyd edir və onun xatirəsini ehtiramla yad edirik. İndi ölkəmiz böyük və önəmli tarixə - 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edir. Bu, o deməkdir ki, Beynəlxalq Astronavtika Konqresi yarım əsrdən sonra bölgəmizə qayıdır. Həm məzmununa, həm də iştirakçıların sayına görə bu konqresdə əvvəlkilərdən daha çox nümayəndə təmsil olunur.
Tahir Mirkişili diqqətə çatdırıb ki, Azərbaycanda astronomiya elminə olan maraq hələ qədim zamanlardan mövcuddur. Bölgəmizdəki ən böyük rəsədxanalardan biri Azərbaycandadır. 13-cü əsrin ortalarında Nəsirəddin Tusi tərəfindən inşa edilən bu astronomik rəsədxana dünya astronomiya elminin inkişafında özünəməxsus yer tutur.
Tahir Mirkişili qeyd edib ki, indi 30 illik işğal başa çatdıqdan və Ermənistan tərəfindən Azərbaycan torpaqlarında separatizmə son qoyulduqdan sonra regionumuzda sülh naminə innovasiyaların, texnologiyaların tətbiqi üçün ən münasib vaxtdır. Bu gün Azərbaycan siyasi və iqtisadi cəhətdən sabit ölkədir. Biz ölkəmizi regionun enerji, nəqliyyat və kommunikasiya mərkəzinə çevirə bildik. Hələ qədim İpək Yolu müasir Azərbaycandan keçərək ölkənin tarixini, mədəniyyətini və tolerant dünyagörüşünü formalaşdırmışdır.
Komitə sədri bildirib ki, kosmos böyük bir resursdur, peyk sənayesi elm və texnologiyanın, eləcə də rabitə zəncirinin ayrılmaz hissəsidir. Azərbaycan ilk peykinin buraxılmasından sonra 2013-cü ildən dünya kosmik klubunun fəal üzvü olub. Bir ölkə olaraq, sürətlə inkişaf edən qlobal kosmik ekosistemin bir hissəsi olmaqdan və bu sektorun bütün dünyanın xeyrinə inkişafına töhfə verməkdən məmnunuq.
Sonra tədbirdə çıxış edən İtaliyanın ölkəmizdəki səfiri Klaudio Taffuri bu tədbiri kosmos sahəsində çox önəmli görüş kimi qiymətləndirib. O, İtaliyada kosmos sahəsinin inkişafı üçün görülən işlər, avadanlıqların istehsalı, bu istiqamətdə həyata keçirilən layihələrdə iştirakı barədə məlumat verib.
Kosmos strategiyasının müəyyənləşdirilməsi önəmlidir
Daha sonra tədbirin moderatoru, BAF prezidentinin müşaviri Dominik Tilmans kosmos fəaliyyətinin insanların rifahının təmin edilməsində, iqlim sahəsində risklərin idarə edilməsidə, yeni iş yerlərinin açılmasında, ölkələrin təhlükəsizliyinin təmin edilməsində rolu, peyklərlə bağlı həllərin yerinə yetirilməsi barədə fikirlərini bölüşüb.
O, ölkələrin kosmos sahəsindəki strategiyalarının müəyyən olunması baxımından bu görüşün əhəmiyyətini vurğulayıb.
Sonra tədbir iştirakçıları 3 panel mövzuda müzakirələr aparıblar. Birinci panel “Dövlət xidmətlərinin keyfiyyətini yaxşılaşdıran kosmik həllər”, ikinci panel “Fəlakətlərin aradan qaldırılması və risklərin idarə edilməsi üçün kosmik həllər”, üçüncü panel isə “Resursların idarə edilməsində kosmik həllər” mövzularına həsr olunmuşdu.
Müzakirələr zamanı BAF-ın sabiq prezidenti Jan-İv Le Qal, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Salim Almalik, BAF-ın Slovakiya ofisinin direktoru Mişel Briçta, “Azərkosmos”un İdarə heyəti sədrinin müavini Fuad Aslanov, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev, Türkiyənin sənaye və texnologiya nazirinin müavini Ahmet Yozqatlıgil, Türkiyə Böyük Millət Məclisinin üzvü Zeynep Yıldız, Milli Məclisin komitə sədri Tahir Mirkişili, deputat Vüqar Bayramov, Rumıniya Senatının komitə sədri Marius Humelniçu, Almaniya parlamentinin deputatı Malte Kaufman, Polşa parlamentinin nümayəndəsi Boquslav Uontor, Avstraliya Senatının üzvü və nazir Kris Şaçt və başqaları çıxış edərək, kosmos fəaliyyətinin əhəmiyyəti, dövlət xidmətlərinin kosmos həlləri, bu sahədə həyata keçirilən layihələr, yeni kosmos dövrü və digər məsələlər barədə fikirlərini bölüşüblər.
İclasa yekun vuran Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və BAF prezidentinin müşaviri Dominik Tilmans bu cür görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıblar, aparılan müzakirələrin faydalı olduğunu diqqətə çatdırıblar.
Tədbirdən sonra yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirilib. Mətbuat konfransında jurnalistləri maraqlandıran suallara ətraflı cavab verilib.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

