Böyük yayım şirkətlərinin Azərbaycanda təmsilçiləri olmalıdır
12.10.2023 [16:33]
“Bu gün Azərbaycana qarşı genişmiqyaslı informasiya müharibəsi aparılır və bu işin başında da Fransa dayanır. Həm rəsmi səviyyədə, həm də cəmiyyət səviyyəsində erməni diasporu və lobbisi tərəfindən bu işlər aparılır. Avropanın başqa ölkələrində də, təəssüf ki, informasiyar birinci mənbədən yox, daha çox başqa qaynaqlardan, xüsusən erməni mənbələrindən alınır, onun əsasında Azərbaycana qarşı informasiya müharibəsi aparılır”.
Bu fikirləri yeniazerbaycan.com-a açıqlamasında media eksperti, professor Qulu Məhərrəmli deyib.
Q.Məhərrəmli bildirib ki, bunların hamısından güclü olan həqiqətdir: “O həqiqəti yaymaq üçün hesab edirəm ki, Azərbaycan özünün texnoloji kontentini və metodlarını birləşdirən bir mexanizm hazırlamalıdır, müxtəlif vasitələrdən istifadə etməlidir. O cümlədən birbaşa kütləvi informasiya mənbələrinə, cəmiyyətlərə müraciət formaları ünvanlamaq olar. Azərbaycan cəmiyyətinin dünyada tanınan ayrı-ayrı xadimləri vasitəsilə, bu informasiyanı yaymağın effektli yollarından istifadə etmək lazım gəlir. Əlbəttə ki, birinci növbədə dünyanın aparıcı KİV-ləri ilə yəni böyük yayım imkanları olan, böyük auditoriyası olan media qurumları ilə birbaşa əlaqələri gücləndirməyə ehtiyac var. Yəni bunu kampaniyadan kampaniyaya yox, ümumiyyətlə, mütəmadi şəkildə davam etdirmək lazımdır.
İkinci çox ciddi məsələ böyük yayım şirkətlərinin Azərbaycanda qurulmasıdır. Yəni biz ona nail olmalıyıq ki, böyük yayım şirkətlərinin Azərbaycanda təmsilçiləri olsun ki, onlar məlumatları birbaşa o mənbələrdən ala bilsinlər. Məsələn, uzun illər Ermənistanın işğalından əziyyət çəkən Azərbaycan haqqında çox az yazılar gedirdi. Amma bu gün Qarabağı tərk edən ermənilər haqqında dünya mətbuatı çox böyük sevgi ilə danışır. Amma soruşan yoxdur ki, bəs 30 il əvvəlki faciələr haqqında niyə məlumat yox idi? Bu mənada dünya həmin ikili standartların üzərindədir və onları da aradan qaldırmaq üçün mütləq çox effektli mexanizmlərdən istifadə olunmalıdır”.
Günel Abbas
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

