Heydər Əliyevin Anım gününə həsr olunmuş silsilə tədbirlər keçirilib
12.12.2023 [21:37]
“Böyük Qayıdış” Gənclər Təşkilatı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirib.
Silsilə tədbirlər çərçivəsində təşkilat nümayəndələrinin, Vətən müharibəsi qazilərinin və üzv gənclərin iştirakı ilə Fəxri Xiyabanda Ulu Öndərin xatirəsi böyük ehtiramla yad edilib, Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub, “Heydər Əliyev Xatirələrdə” və “Heydər Əliyevin 100 anı” adlı görüşlər həyata keçirilib.
Tədbirlər müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin irsinin dərindən mənimsənilməsi, şərəfli və mənalı ömür yolunun, zəngin dövlətçilik təcrübəsinin və misilsiz xidmətlərinin öyrənilməsi məqsədilə təşkil edilib.
Heydər Əliyev Mərkəzinə ekskursiya zamanı gənclər ümummilli lider Heydər Əliyevin həyatı, şəxsi əşyaları, həm Sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının virtual formada təqdim edilən müxtəlif aspektləri ilə, müxtəlif illərdə layiq görüldüyü orden və medallarla, zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla, həmçinin siyasi irsini təbliğ edən video və fotoarxiv sənədlərlə tanış olublar.
Tədbirlər planına uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) tarixçi alim, diplomat, Azərbaycan Respublikasının ilk Baş naziri Həsən Həsənovla “Heydər Əliyev Xatirələrdə” adı görüş təşkil edilib. Görüşdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov iştirak ediblər. Tədbirin məruzəçisi Həsən Həsənov Ulu Öndərin Respublikamıza rəhbərliyi dövründə milli şüurun oyanışı və Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi istiqamətində həyata keçirilən tədbirlərin mütərəqqiliyindən söz açıb. Bildirib ki, milli düşüncənin formalaşması, ölkədə ilk ali hərbi məktəbin əsasının qoyulması, Azərbaycanın beynəlxalq aləmdə tanıdılması istiqamətində Heydər Əliyevin misilsiz xidmətləri var. Ulu Öndərin hər bir məsələni real hadisələrdə görmək kimi fitri istedada malik olduğunu deyən Həsən Həsənov Heydər Əliyevin təşəbbüsü ilə sovet dövründə 10 cildlik “Azərbaycan tarixi” kitabının yazılmasının, Azərbaycan əsgəri haqqında musiqinin yaradılmasının, gənclər siyasətinin ilk addımlarının atılmasının, eləcə də ölkəmiz üçün önəmli olan digər fövqəladə hadisələrin tarixindən danışıb. Ulu öndər Heydər Əliyevlə bağlı maraqlı və zəngin xatirələrini bölüşən Həsən Həsənov sonda gənclərin suallarını cavablandırıb.
Silsilə tədbirlər çərçivəsində Ümumilli Liderin şəxsi fotoqrafı Rafiq Bağırovla “Heydər Əliyevin 100 anı” adlı görüş həyata keçirilib. Görüşdə Rafiq Bağırov 10 il müddətində Heydər Əliyevin şəxsi fotoqrafı kimi fəaliyyətə başlamasının tarixçəsindən bəhs edib. Bildirib ki, Heydər Əliyev çox güclü və fenomen şəxsiyyət olub. R.Bağırov Heydər Əliyevin fotoqrafı işlədiyi illər ərzində mərhum prezidentin səliqəli, mədəni, elit, xeyirxah şəxsiyyət olduğundan da söz açıb.
Dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, onun müəyyənləşdirdiyi, ölkənin gələcəyinə, inkişafına hesablanmış siyasəti biz gənclərin yoluna həmişə işıq tutacaqdır!
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

