Ayxan Hacızadə: Niderland hökumətinin açıqlaması qəbuledilməzdir
14.12.2023 [20:23]
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Niderland Krallığı hökumətinin Azərbaycanla bağlı açıqlamasını qəbuledilməz adlandırıb.
O, deyib ki, Niderland 30 il ərzində Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün işğalçı və təcavüzkar Ermənistan tərəfindən pozulması, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yürütməsi, 1 milyondan çox azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi faktlarını heç zaman diqqətə almayıb.
"Azərbaycanın dəfələrlə ərazilərimizdə qanunsuz mövcudluğunu davam etdirən erməni silahlı qüvvələrinin bölgədə təhlükə mənbəyi olduğunu bildirməsinə və beynəlxalq hüquqa uyğun olaraq onların dərhal çıxarılmasına dair çoxsaylı çağırışlar etməsinə baxmayaraq, Niderland tərəfinin Azərbaycanın öz ərazilərində həyata keçirdiyi antiterror tədbirlərini tənqid etməsi qərəzli yanaşmanın bariz nümunəsidir.
44 günlük Vətən müharibəsinin, habelə 2023-cü ilin sentyabr ayında həyata keçirilən 24 saatlıq antiterror tədbirlərinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın suveren ərazilərində həyata keçirildiyini və ölkəmizin legitim üsullarla öz suverenliyini bərpa etdiyini bir daha xatırladırıq", - A.Hacızadə bildirib.
O qeyd edib ki, Azərbaycan heç vaxt erməni sakinləri Qarabağdan çıxarmayıb və regionu tərk etməmək barədə Azərbaycanın çağırışlarına baxmayaraq, Ermənistana və digər ölkələrə miqrasiya etmək onların qərarı olub: "Birləşmiş Millətlər Təşkilatının bölgəyə missiyaları Azərbaycan tərəfinin mülki əhalini hədəf almadığını təsdiq edib və Niderland Krallığında yerləşən Beynəlxalq Ədalət Məhkəməsi də bu istiqamətdə Ermənistanın son iddialarını rədd edib.
Niderland tərəfinin bölgənin beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneçilik törədən bu kimi bəyanatlara son qoyması faydalı olardı".
Qeyd edək ki, Niderland Krallığının hökuməti Ermənistana yardım ayrılması barədə verdiyi 13 dekabr tarixli açıqlamada guya “etnik erməni anklavına qarşı Azərbaycanın hücumu nəticəsində 100000 erməninin öz evlərindən güclə qovulduqlarını” iddia edib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

