Təxribat oyunları: “kirli” siyasi texnologiyalar artıq işə düşür TƏHLİL
16.12.2023 [10:32]
Siyasətdən uzaq olan sıravi sosial şəbəkə istifadəçisi demək olar ki, seçkilərin tarixi elan olunan gündən etibarən “boykot” sözü ilə rastlaşır. Günlər keçdikcə bu söz tədricən “ön plan”a keçir və hətta bəzi məqalələrin “başlıq” statusuna da müvəffəq olur. Qərb “ssenaristləri” bu klassik texnoloji metoddan müxtəlif ölkələrdə uzun illərdir öz maraqlarına uyğun istifadə edib və etməkdədirlər. Sadə şəkildə ifadə etməli olsaq, hər hansı bir seçkinin ətrafında boykotun elan olunması təxribat xarakterli ssenarilərin məhz birinci mərhələsidir. Görünən odur ki, mürəkkəb nəzəriyyələrdən uzaq duraraq, onun məkrli niyyətlərə xidmət edən “kirli” siyasi texnologiyaların, sadəcə, bir növü olmasının geniş şəkildə anlaşılmasına ehtiyac var. Çünki hər kəsə aydın olmalıdır ki, “boykot” prinsipial mövqeyin nümayişi deyil, o, bilavasitə təxribatlara yol açan siyasi hiylədir.
Bu fikirlər politoloq A.Adilin “Təxribat oyunları: “kirli” siyasi texnologiyalar artıq işə düşür” sərlövhəli məqaləsində yer alıb. AZƏRTACməqaləni təqdim edir.
Obyektiv həqiqətdir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu gün hətta nəzəri şəkildə belə alternativi yoxdur. Bu həqiqəti ölkəmizin hətta ən “böyük dostları” belə etiraf etmək məcburiyyətindədirlər. Ancaq təəssüflə qeyd etməliyik ki, hələ də beynəlxalq münasibətlər sistemində tüğyan edən tendensiyalar və kimlərinsə sonu bilinməyən geosiyasi “iştahalarının” mövcudluğu səbəbindən hər bir ölkə üçün daxili siyasi sabitliyin pozulması ilə əlaqədar potensial təhdid yaşana bilər. Əlbəttə ki, ölkəmizə və bütövlüklə regionumuza müdaxilə etmək imkanlarını getdikcə daha artıq itirmək qorxusunu yaşayan güclər məkrli niyyətlərindən rahatlıqla əl çəkməyəcəklər. Elə bu səbəbdən də onlar seçki prosesinə təxribatlar üçün universal fürsət kimi baxırlar. Kimlərinsə əlində oyuncağa çevrilməmək üçün bəzi sadə həqiqətləri hər bir vətəndaş bilməli və öz ayıq-sayıqlığını qorumalıdır.
Şivən siyasətciklərin seçkilərlə bağlı, yumşaq desək, təbəssümə səbəb olan digər ifadələrinə də diqqət yetirək: “Seçkilər qəfil elan olunub, biz hazır deyilik”. Sual yaranır: 30 illik müxalifətçilik dövrü və ötən illər ərzindəki fəaliyyət bu bəla-siyasətçilərə heç nə öyrətməyib? İdeoloji dərinlik yox, ortalığa qoya biləcək nailiyyətlər yox, nüfuz yox, uğur hekayələri yox, ictimai simpatiyaları yox, intellektual potensialları yox, sadiq elektoratları yox, yox və yox! Bəs nələri var? Əslində, cavab açıq şəkildə ortadadır: bunların əvəzinə onlarda acıq, nifrət, natamamlıq kompleksi, xainlik, cəmiyyət arasında şübhə toxumunu səpmək arzusu və digər bu kimi ictimai şüuru qaranlığa sürükləyən arzu və istəkləri var. Onların cəmiyyətin inkişafına və milli həmrəyliyə xidmət etmək kimi niyyətləri heç zaman olmayıb. Bu bəla-siyasətçilər həmişə ancaq kimlərinsə maraqlarına xidmət etmək, qrant layihələrdən faydalanaraq cəmiyyətdə ixtilaf yaratmaq kimi hədəflər güdüblər.
Seçki potensiallı və sağlam rəqabət aparmaq niyyətində olan siyasətçi üçün bilik və bacarıqlarını nümayiş etdirmək baxımından yeganə legitim rəqabət vasitəsidir. Odur ki, siyasətdə rəqabət aparmaq üçün bu imkandan imtina edən “iddialı” şəxs, sadəcə, öz zəifliyini etiraf etməklə yanaşı, “boykot” pərdəsi altında gizlətmiş də olur. Bu cür alverçi-siyasətciklər siyasi münasibətlərdə yalnız manipulyasiyalar üçün iştirak edirlər. Əlbəttə ki, seçkilərdə iştirak etməkdən imtina edənlər öz tərəfdaşlarına da arxa çevirmiş olurlar. Bir sözlə, “boykot” onların həm də mənəvi məğlubiyyətinə səbəb olur.
Hətta bu cür qısa ekskurs belə “boykot” adlanan siyasi texnologiyanın qarşısında duran növbəti əsas hədəfləri ifşa edir: qərəzli təxribatlar üçün müxtəlif səviyyələrdə informasiya bəhanələri formalaşdırmaq; iqtidarı qərəzli şəkildə tənqid etmək üçün süni “imkanlar” yaratmaq; öz zəifliyini “kamuflyaj” edərək emosional gərginliyə nail olmaq; seçkilər ətrafında beynəlxalq informasiya ajiotajı yaratmaq və əsasən, seçkidən sonrakı dövrdə təxribatları davam etdirmək üçün yeni səbəblər yaratmaq. Bir daha tam məsuliyyətlə qeyd edə bilərik ki, əslində, “boykot” emosional gərginliyin artırılması və insanları meydanlara çıxartmaq kimi “kirli” məqsədlərin texnologiyasıdır. Həqiqət budur, “boykot” adlı siyasi texnologiyanın strateji təyinatı budur. Təkrarçılıq olsa da, bir daha aydın şəkildə vurğulamalıyıq ki, Qərbin siyasi texnoloq və “ssenaristləri” üçün “boykot” seçki ilə bağlı “təxribatlar” tamaşanın, sadəcə, birinci aktıdır.
“Boykot”un xarakterini anlamaq üçün daha bir məişət xarakterli müqayisəni diqqətinizə təqdim edək. Toya dəvət olunmuş bir şəxs qalmaqal və ya münasibətlərdə müəyyən bir gərginlik yaratmaq istəyirsə o, mütləq olaraq toydan çox-çox əvvəl mərasimdə iştirak etməyəcəyini müxtəlif vasitələrlə bəyan edir. “Bəyanatlar” nə qədər səs-küylü olacaqsa, bir o qədər də məclis ətrafında böyük və müxtəlif niyyətli söz-söhbət, qeybət və şayiə gəzəcəkdir. Siyasi münasibətlərdə “boykot” texnologiyası eyni sosial-psixoloji effektə hesablanıb.
Bəli, Qərbin texnoloqları təcrübəlidir və onların hiylələri bir çox ölkələrdə xalqların ziyanına səbəb olmuş nəticələr veriblər. Ancaq, onlar unudublar ki, Azərbaycanda seçkilərə “boykot” rinqə dəsmal atmaq deməkdir. “Kirli” siyasi texnologiyalarının ifşasına davam...
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

