Siyasi şivənlik... TƏHLİL
20.12.2023 [17:36]
Aydın məsələdir ki, illər ərzində yatıb və birdən-birə “qış”, “yaz”, “yay” və “payız” yuxusundan oyanaraq dekabrın 16-da “fövqəl” qurultay keçirən AXCP-nin niyyəti yenə də kirli oyunlar oynamasıdır. Hər kəsə su kimi aydındır ki, bu bəla siyasətçilərin oynadıqları rəqsin musiqisi okeanın o tayında sifariş olunur. Bu səbəbdən də heç bir təhlil və araşdırma aparmadan təsbit edə bilərik ki, radikalların hər bir davranışını xarakterizə edə biləcək əsas söz “qərəzdir”.
Bu fikirlər politoloq A.Adilin “Siyasi şivənlik” sərlövhəli məqaləsində yer alıb. AZƏRTACməqaləni təqdim edir.
Diqqətinizi maraqlı bir məsələyə cəlb etmək istərdik. Müəllifləri Qərbin politoloqları olan, siyasi ədəbiyyatda fəaliyyəti yalnız seçkidən-seçkiyə “şivən” yaratmaqla məhdudlaşan partiyalar “seçkiqabağı göbələklər” adlanır. Onda Qərbin siyasi texnoloqlarının təbirincə desək elə çıxır ki, bizim radikal və zəhərli “göbələkləri” də məhz onlar özləri əkib-becəriblər. Maraqlı ehtimaldır, elə deyilmi?
Bu bəla siyasətciklər yuxudan oyanıb nə görsələr yaxşıdır? Görürlər ki, Azərbaycan öz tarixində ilk dəfə olaraq tam suverenliyini bərpa edib, cəmiyyətdə heç zaman olmadığı qədər həmrəylik yaşanır, ölkə beynəlxalq münasibətlər sistemində nüfuzlu mövqeyə malikdir. “Döşünə döyən” ölkələr artıq Azərbaycanın rəyi ilə hesablaşmağa məcburdur, ölkəmiz durmadan qlobal təşəbbüslər ilə çıxış edir, təzyiqlərdən çəkinmədən davamlı olaraq islahatlar aparılır, milli hərbi sənaye formalaşır. Prezidentin qərar və siyasi davranışı digər dövlət başçıları tərəfindən təqdir olunur, Azərbaycan-Türkiyə tandemi müasir beynəlxalq münasibətlər sistemində super gücə çevrilib və daha nələr, nələr.
Bu cür həqiqətləri görən, Qərb alimlərinin təbirincə desək bizim siyasi “göbələklərimiz” başa düşür ki, onlara, daha dəqiq onların yanaşmalarına artıq yer yoxdur. Əlbəttə ki, bu vəziyyətdə onların yeganə ümidləri cəmiyyəti geri - səksəninci illərə sürükləməkdir.
Bəli, etiraf olunmalıdır ki, Qərbin seçkilərlə bağlı çox zəngin “kirli” siyasi texnologiya arsenalı mövcuddur. Müxtəlif ölkələrdə vaxtaşırı bu texnologiyalar tətbiq olunur və bizlər onların həmin ölkələrdə nə kimi acı fəsadlara səbəb olduğuna da şahidlik edirik. Buna görə də “kirli” siyasi texnologiyaların ifşasına həsr olunmuş silsilə yazıların davam etdirilməsində fayda var.
Bundan öncəki yazılarda bildirmişdik ki, hər hansı seçki ilə bağlı boykotun elan olunması təxribat xarakterli ssenarilərin məhz birinci mərhələsidir. Bu ssenari seçkilərlə bağlı “kirli” siyasi texnologiyaların klassikasıdır. Odur ki, məkrli niyyətlə tətbiq olunan “kirli” siyasi texnologiyaları tanımaq əsl həqiqətləri bilmək və bütün yalanların ifşası deməkdir. Belə ki, ilk mərhələdə bu xain siyasi dəstəcik “boykot” siyasi texnologiyasının bütün acı şirəsini sıxıb çıxartmağa çalışır. Heç şübhəsiz ki, sonra onlar üçün yazılmış ssenarinin digər tamaşaları da səhnəyə gətiriləcək, ən azından cəhdlər olacaq. Biz mütləq növbəti yazılarda onlara da toxunacağıq. İndi isə gündəmdə hələ ki, “boykot” oyunudur.
Bir daha vurğulayaq ki, “boykot”un əsas strateji təyinatı süni gərginlik, ajiotaj yaratmaq və seçkilərdən dərhal sonra qərəzli manipulyasiyalarla məşğul olmaq üçün informasiya “bəhanələri” yaratmaqdır. Müdrik xalqımızın həqiqətləri əks etdirən bir çox deyimi var, onlardan biri də “Aşığın sözü qurtaranda dalay-dalay deyir” deyimidir. Deyəsən bu bəla siyasətçilər üçün də “boykot” indi “dalay-dalay”ı əvəz edir.
Belə ki, psevdopatriotların, bağışlayın, yenə də ssenariləri yazan Qərb politoloqlarının təbirincə desək “siyasi göbələklərin” beyin “göbələyi” hesab olunan Millisiz Şuranın dünən boykotu dəstəkləyən bəyanatı olmuşdur. Bəli, bəli, bu artıq bizə tanış olan həmin dalay-dalaydır. Onların, yumşaq desək, gülməli bəhanələrinə diqqət yetirin: “ölkə ictimaiyyəti hökumətdən hələ də seçki ilə əlaqədar aydın bir izahat eşitməyib”. Bu məsələnin üzərində dayanmağa belə dəyməz. Ölkənin informasiya məkanına diqqət yetirsək görəcəyik ki, 10 mövcud məlumat və yazıdan ən azından 5-i bilavasitə qarşıdan gələn seçki ilə əlaqədardır. Yoxsa bu bəla siyasətçilər düşünürlər ki, sosial şəbəkələrdə onlardan başqa heç kəs yoxdur? Alimlər, dövlət adamları, siyasətçilər, millət vəkilləri, ziyalılar hamı məsələ ilə bağlı çox fəal şəkildə öz fikirlərini bildirir və seçkilərin əhəmiyyəti haqqında mülahizələrini ictimaiyyətə çatdırırlar. Əlbəttə ki, qış yuxusunda qalmış bu “göbələklər” həqiqətləri görmək istəmir. Odur ki, heç bir manipulyasiyaya uymadan soyuqqanlı şəkildə səbirlə bir qədər də “boykot dalay-dalayı”na qulaq asaq, bunların bu ucuz tamaşası bitsin. Müxtəlif təxribatları təhrik edən bu tamaşalar sadəcə süni gərginlik yaratmaq üçündür. “Kirli” siyasi texnologiyalarının ifşasına davam...
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

