Müdriklər akademiyasının banisi - Heydər Əliyev
22.12.2023 [10:20]
Yer üzərində millətlərin formalaşması, ərazilərin bölünməsi və çəpərlənməsi, dövlətlərin yaranması, insan qruplarının idarə olunma qayda-qanunların hazırlanması, təhlükəsizliyin təmin edilməsi üçün silahların hazırlanması və yaşamaq haqqını qorumaq yollarının axtarışı getdikcə daha ağıllı idarəedicilərin axtarışına ehtiyac yaradıb. Dünyada gedən bütün sahələrdəki inkişafın səbəbi insan ehtiyaclarının daha dolğun ödənilməsi üçün aparılan axtarışlar olub. Bacarıqlılar axtarışı əslində, ağıllı, müdrik insan axtarışı idi.
Müdrik insan axtarışları müasir dünyada xüsusilə aktuallaşıb. Bu gün yer kürəsində qərarlaşmış 200-dən artıq dövlətin hər birində ağıllı idarəedicilərin axtarışı gedir. Artıq uzun illərin təcrübəsindən bəlli olub ki, dövləti, xalqı idarəetməyə gələn və ya gətirilən şəxslərin heç də hamısı müdrik şəxsiyyətlər sayıla bilməz. Tarixdə elə dövlət başçıları olub ki, onu müdrik bilib hakimiyyətə gətirən insanları, xalqları nəinki ağıllı idarə etməyi bacarmayıb, hətta onların və digərlərinin məhvinə, illər boyu geri atılmasına gətirib çıxarıblar.
Azərbaycanın tarixində müdrik rəhbərlər olub və bunların gördükləri xüsusi işlər barədə bütün zəruri araşdırmalar aparılıb. Müasir dövrümüzün ən müdrik rəhbər şəxsiyyəti kimi tarixə düşmüş Heydər Əlirza oğlu Əliyevin haqqında isə hələlik dərin və obyektiv tədqiqatlar davam etməkdədir. Heydər Əliyevin elmi-siyasi fəaliyyəti, onun uzaqgörən düşünmə tərzi, bütövlükdə şəxsiyyət göstəriciləri tədqiq olunur. Heydər Əliyevin müdrikliyinə o insanlar səcdə edirlər və həmişə də səcdə olunacaqdır ki, dünya bilavasitə onların çiyinlərində saxlanılır, hərəkət etdirilir. Bunları nəzərə alaraq, Heydər Əliyev, eyni zamanda, təkcə Azərbaycanda, keçmiş SSRİ-də və Sosializm Birliyi ölkələrində deyil, bütün dünyada müdriklərin yetişdirilməsinə çalışmışdı. Bu mənada, Heydər Əliyevi Müasir Müdriklər Akademiyasının banisi hesab etməyə haqqımız var.
Heydər Əliyevin özü Azərbaycan xalqının ağır günlərində cəsarətlə önə çıxan, ölkəni və xalqı bəlalardan qurtarmaq üçün əlindən gələni əsirgəməyən insanları müdriklər adlandırır və onlara insani keyfiyyətlərinə görə yüksək qiymət verirdi. Heydər Əliyevin müdrikliyinin bir sübutu da ona xəyanət etmiş çoxsaylı insanlara mərhəmətlə yanaşması, xəyanətkarları nümayişcəsinə bağışlamasıdır. Tarixdə bu nadir hadisədir. Lakin bu Heydər Əliyevin müdrikliyinin göstəricisidir. O, yalnız Vətənə, xalqına xəyanət edənləri bağışlamırdı.
Heydər Əliyev üçün ən əsas mənafe xalqın, Azərbaycan dövlətinin mənafeyi idi. Öz şəxsi mənafeyi arxasınca getmədi. Özünə xidməti, bəlkə də, öz mənafeyini, qürurunu, şəxsiyyətini daim yüksək səviyyədə saxlamaq, nüfuzunu qorumaq, təmiz ad saxlamaq olmuşdur. Heydər Əliyevin müdrikliyinin yetkinlik və kamillik səviyyəsini hələlik hər adam dərk edə bilməyib. Lakin Heydər Əliyevin kamillik, müdriklik səviyyələrini dərindən dərk etmiş şəxsiyyətlər - milliyyətindən, hansı ölkəyə rəhbərliyindən asılı olmayaraq - onu dinləməkdən, onunla müsahib olmaqdan yorulmaq bilməyənlərin müdrik məsləhətlərinə ehtiyacları olduqlarını gizlətməyiblər.
Ulu öndər Heydər Əliyev fenomeni Azərbaycan xalqı, onun tarixi və tarixçiləri üçün möhtəşəm bir mövzu olaraq əsrlər boyu öz aktuallığını saxlayacaq. Tarixçilər, filosoflar, politoloqlar Heydər Əliyevin həyatını, yarradıcılığını müxtəlif mərhələlərə ayırırlar: Dövlət Təhlükəsizlik orqanlarında işlədiyi dövr; Azərbaycana rəhbərlik etməsi dövrü - 1969-1982-ci illər; 1982-1987-ci illərdə SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsində fəaliyyət göstərməsi; sonra onun Naxçıvan dövrü ilə əlaqəli olan fəaliyyəti - 1990-1993-cü illər və ikinci dəfə Azərbaycan Respublikasına siyasi hakimiyyətə gəldiyi 1993-2003-cü illər bütün məqamlarda vaxt, zaman özü Heydər Əliyevi Azərbaycana rəhbər vəzifəyə gətirmişdir.
1969-cu il 14 iyulda Heydər Əliyev Azərbaycan KP MK-nın birnci katibi seçildi. Heydər Əliyev Azərbaycana hakimiyyətə gələrkən keçmiş ittifaq respublikaları arasında Respublikamız özünə layiq mövqelərdə deyildi. Qısa müddətdə Heydər Əliyevin yüksək işgüzarlığı, intellektual səviyyəsi sayəsində Azərbaycan sürətlə inkişaf etməyə başladı. Bir-birinin ardınca dəfələrlə keçici “Qırmızı bayraq” ordeni aldı. İttifaq respublikalar arasında layiq olduğu yeri tutdu.
Heydər Əliyevin hakimiyyətdə olmadığı 1988-1993-cü illər Azərbaycan xalqı üçün ən ağır və çətin illər olmuşdur. Çox mürəkkəb, gözlənilməz hadisələr baş verirdi, hərc-mərclik idi. Azərbaycanın getdikcə parçalanmaq təhlükəsi gerçəkləşmək həddinə yaxınlaşırdı. Belə bir vaxtda böyük dövlət xadimi Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında Bakıya gəldi. 15 iyul 1993-cü il tarixdə Heydər Əliyev Milli Məclisin sədri vəzifəsinə seçildi. Və bu hadisə Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Azərbaycan Prezidenti kimi Heydər Əliyev 1993-2003-cü illərdə müstəqil Azərbaycan dövlətinin sarsılmaz təməllərini atdı, ölkəmizin inkişaf strategiyasını müəyyənləşdirdi və beynəlxalq müstəviyə çıxardı.
Dünyanın ən müdrik insanları Heydər Əliyevi tarixi şəxsiyyət kimi qəbul etmişlər. ABŞ-ın keçmiş prezidenti Bill Kilton bildirirdi ki, Heydər Əliyev nəinki Azərbaycanı, Amerikanı, hətta bütün dünyanı idarə edə bilər. Almaniya parlamentinin üzvü K.Vimmer Heydər Əliyevin şəxsiyyətindən danışarkən söyləmişdir ki, “Cənab Heydər Əliyev prezident seçilərkən Qərbdə ona şübhə ilə yanaşırdıq, zənn edirdik ki, o, Azərbaycanda sosializm ideyalarını bərpa edəcək. Lakin tez bir zamanda bizə aydın oldu ki, yanılmışıq. İndi Azərbaycan II Dünya müharibəsindən çıxmış Almaniyanı, Heydər Əliyev isə kansler Adenaueri xatırladır. Əgər daxili və xarici qüvvələr ona mane olmasalar, işləməyə imkan versələr Azərbaycanın indiki inkişaf mərhələsi onun tarixinə intibah dövrünün başlanğıcı kimi daxil olacaq”. Böyük Britaniyanın sabiq Baş naziri, “Dəmir ledi” Marqaret Tetçer onu müasir zəmanəmizin görkəmli siyasi xadimi, ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt “Corc Vaşinqtona bərabər şəxsiyyət” kimi xarakterizə etmişdir. Türkiyənin Baş Naziri R.T.Ərdoğan H.Əliyevi yüksək qiymətləndirərək demişdir: “Heydər Əliyev Azərbaycanın böyük lideridir. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər.
Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində sərfəli yer tutmuşdur”. Eduard Şevarnadzenin söylədiyi kimi: “Qafqazın müstəqilliyi və azadlığı işində Heydər Əliyev fenomeninin, nə qədər böyük rol oynadığını xalq hələ sonra biləcək”.
Heydər Əliyevin siyasi məsuliyyəti, onun əqidə bütövlüyü, dərin zəkası, xüsusi düşüncə qüdrətilə şərtlənir və işlədiyi bütün dövrlərdə onun səhvə yol vermədiyi də xalqın nəzərindədir. Bu isə Heydər Əliyevin ömür yolunda məğlubedilməzliyinin və yenilməzliyinin tərənnümüdür.
Ədalət Fərəcov,YAP Veteranlar Şurasının üzvü, 91-lərin üzvü, Prezident təqaüdçüsü, professor
Sultanəli Qurbanov, Səbail rayonu YAP “Ü.Hacıbəyli-68” ƏPT sədri, ADPU-nun dosenti
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

