Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət edib
30.12.2023 [16:07]
Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət edib.
Müraciətdə deyilir:
"Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz.
Böyük və qüdrətli Azərbaycan xalqının övladlarının söz, əqidə və əməl birliyinə nail olmaq arzusunu və əzmini təcəssüm etdirən həmrəylik günü dünyanın çoxsaylı ölkələrində əziz bayram kimi böyük ruh yüksəkliyi ilə qeyd edilir.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 32 il öncə başlanmış milli-mənəvi bütövləşmə hərəkatı xalqımızın tarixi köklərə bağlılığından və milli yüksəliş amalından güc almışdır. Dövlət müstəqilliyimizlə yaşıd olan bu proses sonrakı dövrdə daha da genişləndikcə dünya azərbaycanlıları ümummilli qayələrimizin gerçəkləşməsi naminə azərbaycançılıq ideyası əsasında sıx birləşməyin əhəmiyyətini dərindən dərk etmişlər. Azərbaycan icmaları və diaspor təşkilatları inkişaf edib möhkəmlənir, soydaşlarımızın və həmvətənlərimizin siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının müdafiəsi işində yaxından iştirak edir, tarixi vətənlə əlaqələrini gücləndirirlər.
Bəşər sivilizasiyasına dəyərli töhfələr vermiş Azərbaycan xalqı həm sayına, həm də intellektual potensialına görə dünyanın böyük millətləri ilə bir sırada dayanır. Ulu Şərqin bir sıra qüdrətli dövlətləri xalqımızın istedad və zəkasının gücü ilə qurulub
Bugünkü müstəqil Azərbaycan dövləti xalqımızın ən böyük tarixi nailiyyətlərindən biridir. Hər bir soydaşımız bilir ki, ona arxa duran, hüquqlarını, şərəfini, nüfuzunu qorumağa hazır olan milli dövləti vardır. Odur ki, Asiyada, Avropada, Amerikada və digər qitələrdə məskən salmış soydaşlarımız Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Cənubi Qafqaz bölgəsinin lider dövlətinə çevrilməsi, geniş bir bölgədə söz sahibi olması, həyatın bütün sahələrində heyrətamiz uğurlar qazanması ilə fəxr edirlər. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Silahlı Qüvvələrimizin bu ilin sentyabr ayında Qarabağda həyata keçirdiyi birgünlük antiterror tədbirləri nəticəsində dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi hər bir azərbaycanlının qəlbini qürur hissi ilə doldurur.
Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!
Azərbaycan dövləti dünya azərbaycanlılarının birlik və həmrəyliyinin möhkəmləndirilməsinə ümdə əhəmiyyət verir. Xalqımızın mütəşəkkil qüvvəyə çevrilməsinə yönələn tədbirlər mütəmadi şəkildə davam etdirilir. Tarixin gərdişi ilə Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan soydaşlarımıza qayğı göstərilməsi, onların milli kimliyinin, hüquq və mənafelərinin, təhlükəsizliyinin qorunmasına dəstək verilməsi dövlət siyasətinin ayrılmaz tərkib hissəsini təşkil edir.
Bu gün biz böyük imkanlar vəd edən yeni bir dövrün astanasındayıq. Xalqımızın bir çox nəsillərinin arzuladığı gələcəyin qurulması üçün hər bir azərbaycanlı öz səylərini əsirgəməməlidir.
Azərbaycanın bütün potensialının üzə çıxarılaraq dünyaya daha yaxından tanıdılması, xalqımızın qibtə ediləcək qədim adət-ənənələrinin, gözəl dilinin, zəngin mədəniyyətinin yaşadılması və təbliğ edilməsi sahəsində görüləsi işlərimiz çoxdur. Soydaşlarımızın və həmvətənlərimizin bir vəzifəsi də yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, milli özgünlüyümüzü uca tutmaq, milli hüquqlarımızı qorumaq, hər sahədə bir-birinə dəstək olmaqdır. Azərbaycan xalqının varlığı və gələcəyi, milli dövlətçiliyimizin əbədi davam etməsi dünya azərbaycanlılarının birliyindən və mütəşəkkilliyindən çox asılıdır.
Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!
Sizi milli amallarımızın gerçəkləşməsi, xalqımızın mənafelərinin qorunması naminə birliyə çağırırıq. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə hamınızı ürəkdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, ailə səadəti, doğma Azərbaycanımıza işıqlı gələcək arzulayırıq!"
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

