Qazaxıstan Prezidenti Milli Məclisin sədri ilə görüşüb
11.03.2024 [21:19]
Azərbaycanda dövlət səfərində olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə Milli Məclisdə görüş olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, ali qonağı parlamentin sədri Sahibə Qafarova qarşılayıb.
Qazaxıstan Prezidenti Milli Məclisin iclas zalı ilə tanış olub.
Görüşdə Prezident Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfərinin, Prezident İlham Əliyev ilə keçirilən görüşlərin və aparılan danışıqların ölkəmizdə böyük diqqətlə izlənildiyini deyən spiker Sahibə Qafarova vurğulayıb ki, xalqlarımızın dostluğunun, qardaşlığının növbəti təzahürü olan bu səfər ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcək.
Qeyd olunub ki, Azərbaycan və qazax xalqları ümumi mədəni, mənəvi köklərlə bir-birinə bağlıdır. Ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra hər gün genişlənən, artıq strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksələn əlaqələrimiz də məhz bu möhkəm təməl üzərində qurulub.
Parlamentlərimizin əlaqələri haqqında məlumat verən Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri də ali qanunverici orqanlarımızın qarşılıqlı fəaliyyətidir.
Beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyətin əhəmiyyətinin də vurğulandığı söhbət zamanı hazırda dünyada bir sıra mənfi proseslərin də müşahidə olunduğunu deyən Sahibə Qafarova qeyd edib ki, ikili standartlar, islamofobiya kimi meyillər narahatlıq doğurur. Belə bir şəraitdə ikitərəfli əməkdaşlıq əlaqələrimiz daha böyük əhəmiyyət kəsb edir.
Xüsusilə TÜRKPA çərçivəsində əməkdaşlığın əhəmiyyətindən danışan Milli Məclisin sədri xatırladıb ki, Prezident İlham Əliyev parlamentdəki andiçmə mərasimindəki çıxışında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı prioritet kimi müəyyənləşdirib. Azərbaycan dövlətinin başçısı xüsusilə qeyd edib ki, bizim ailəmiz Türk dünyasıdır və biz Türk Dövlətləri Təşkilatının qlobal arenada mühüm aktora və güc mərkəzinə çevrilməsi üçün birlikdə çalışmalıyıq. Sahibə Qafarova vurğulayıb ki, parlamentarilər də TÜRKPA-nı daha da gücləndirmək üçün birgə səyləri davam etdirməlidirlər. TÜRKPA çərçivəsində fəaliyyət xalqlarımızı daha da yaxınlaşdırır, ölkələrimiz arasında əlaqələrin dərinləşməsi və möhkəmlənməsi üçün böyük imkanlar yaradır.
Azərbaycana səfərindən və Milli Məclisdə olmaqdan məmnunluğunu bildirən Prezident Kasım-Jomart Tokayev Qazaxıstan Senatının sədri vəzifəsində Azərbaycanın Milli Məclisində üç dəfə olduğunu xatırladıb. Prezident Kasım-Jomart Tokayev bunun da Azərbaycan parlamentinə və xalqına hörmətinin bir nümunəsi olduğunu qeyd edib.
Qazaxıstanın və Azərbaycanın strateji tərəfdaş və müttəfiq ölkələr olduğunu deyən Prezident Kasım-Jomart Tokayev vurğulayıb ki, bu da üzərimizə xüsusi öhdəliklər qoyur.
Azərbaycanın regionda artan rolunu vurğulayan Qazaxıstan Prezidenti ölkəsinin bütün sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. O xatırladıb ki, Prezident İlham Əliyev ilə danışıqlarının əsas mövzuları da neft-qaz, logistika, rəqəmsal texnologiyalar, sənaye və digər sahələrdə əməkdaşlıq məsələləri olub.
Söhbət zamanı Prezident Kasım-Jomart Tokayev Qazaxıstanın iqtisadiyyat, sənaye, rəqəmsallaşma, kənd təsərrüfatı və digər sahələrdə qazandığı uğurları və perspektiv planları barədə məlumat verib. Ölkələrimizin nəqliyyat-logistika, Orta Dəhliz və digər layihələr çərçivəsində əməkdaşlığından məmnunluqla danışan Qazaxıstan dövlətinin başçısı humanitar sahədə də münasibətlərin inkişafının əhəmiyyətini qeyd edib. Bu baxımdan dövlət başçısı Azərbaycanda keçirilmiş Qazaxıstan mədəniyyəti günlərinin xalqlarımızı daha da yaxınlaşdırdığına əminliyini ifadə edib. O, Bakıda Qazaxıstan mədəniyyət günlərinin keçirilməsinə göstərilən dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü ifadə edib və Qazaxıstanda da Azərbaycan mədəniyyət günlərinin keçirilməsi məsələsinin gündəmdə olduğunu bildirib.
Dövlətlərarası münasibətlərin inkişafında parlament diplomatiyasının rolunu yüksək qiymətləndirən Qazaxıstan Prezidenti beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində konstruktiv əməkdaşlığın əhəmiyyətindən danışıb. Ali qonaq ölkələrimiz arasında bu sahədə mövcud əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O deyib ki, parlamentlərarası əlaqələr ölkələrimiz arasında münasibətlərin mühüm istiqamətini təşkil edir. Kasım-Jomart Tokayev bir sıra parlament təşkilatlarında əməkdaşlığın önəmini vurğulayıb.
Sahibə Qafarova deyib ki, bu gün qanunverici orqanlarımız arasında çox səmərəli əməkdaşlıq qurulub. Azərbaycan Milli Məclisi ilə həm Qazaxıstan Parlament Məclisi, həm də Senatı arasında yaxşı əlaqələr və sıx təmaslar mövcuddur. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları var və deputatlarımızın qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq parlament təşkilatlarında mütəmadi görüşlərin keçirilməsi ikitərəfli əlaqələrin inkişafına töhfə verir.
Vurğulanıb ki, parlamentlərimiz arasında əlaqələri daha da dərinləşdirmək üçün geniş imkanlar var. Parlament komitələri arasında səmərəli qarşılıqlı fəaliyyət mühüm istiqamətlərdən biri hesab olunur.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

