Məqsəd Azərbaycanda qlobal kriptovalyuta birjasının açılışına nail olmaqdır...
12.03.2024 [11:29]
Bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da kriptovalyuta sektoruna maraq artmaqdadır. Təbii ki, bunun səbəbi ABŞ tərəfindən ETF- lərin qəbulu ilə Bitcoin- in dəyərinin təxminən 3 dəfə artması, kriptovalyuta sektoruna yeni yüksəlişin gəlməsi ilə bağlıdır. Azərbaycan istifadəçiləri çox zaman təcrübəsizlikdən tələskənlik edərək, ciddi pul itkilərinə səbəb olurlar. Onlar çox vaxt arxasında layihə olmayan kriptovalyutalara yatırım edir və yaxud da, məşhur olan, qiyməti artıq kifayət qədər yüksəlmiş və şişmiş koinlərə maraq göstərirlər.
"İnternetin qızılı anlandırılan “Bitcoin”in zaman- zaman dəyər qazanmasının əsas səbəbi ondan sonra yaranan “alternativ coin”lərin BTC- dən rezerv kimi istifadə etməsidir. Bu gün 2,5 trilyon dollarlıq sektorun 52%-i Bitcoin-in payına düşür. Hazırda, minlərlə “altcoin” olmasına baxmayaraq, onlardan yalnız 1700 ədədinin layihəsinin bazar dəyəri milyon dollardan artıqdır". Bu fikirləri "Yeni Azərbaycana"-a açıqlamasında kriptovalyutalar üzrə təlimçi və ekspert, ATC Launchpad kriptovalyutasının yaradıcısı Ömər Qurbanəli deyib.
O, açıqlamasında həmçinin bildirir ki, Altcoinlər bir növ “start up” şirkətlərin hissə sənədi olaraq görülür. "Altcoinləri cəzb edən onların layihələrinin gündəm olmasıdır. Məsələn, 2021- ci ildə Metaverse mövzusu gündəm idisə, hazırda bunu süni intellekt əvəzləyib. Arxasında, texnoloji və iqtisadi yeniliyə, həllə bağlı olan kriptovalyutalar sağlam hesab edilirlər. Yerli yatırımçıları ən çox narahat edən səbəblərdən biri də Azərbaycanda Türkiyə və Gürcüstandakı kimi online və offline exchange-lərin olmamasıdır. Təbii ki, sektor böyüməkdə olduğundan, bu sahədə də irəliləyişlər var. Bütün bu kimi hallarla bağlı vaxtaşırı maarifləndirici tədbirlər keçirilir, media üzərindən məlumatlar yayılır".
Qeyd olunur ki, ATC Launchpad kriptovalyutası ötən gün 500 mindən artıq üzvü olan, Toobit birjasına daxil oldu. Qısaca olaraq, ATCP adlandırılan bu “Binance Smart Chain” tokeni ötən il maksimal sayı 1 milyard ədəd olaraq yaradılıb və PancakeSwap mərkəziyyətsiz birjasına daxil olub. Bu ilin 5 mart tarixindən isə artıq mərkəzi birjalara “listing” olunma mərhələsinə qədəm qoydu. Layihənin əsas məqsədi startap layihələrinin dəstək olaraq birlikdə böyüməkdir. Hazırda, təxminən 20 layihənin bu ekosistemə daxil olacağı görünür.
Mütəxəssis bildirir ki, layihənin məqsədi, Azərbaycanda qlobal kriptovalyuta birjasının açılışına nail olmaqdır. O, vurğulayır ki, ATC Launchpad ekosisteminə daxil olan layihələr Azərbaycana xaricdən investisiyaların da təşviqinə gətirib, çıxara bilər:" Hazırda, birjada bir ədəd ATCP=0,0005 $ dəyərindədir. Ümid edirik ki, azad edilmiş torpaqlarımızda müasir texnologiyalara dair, həmçinin, bu gün dünya gündəmini zəbt edən süni intellektə aid qlobal layihələr də, ATC Launchpad üzərindən həyata keçiriləcək. ATCP həmçinin yatırımçılarına bu sektoru öyrənmək və yeni çıxan tokenlərdən portfel yaratmaq imkanı da verəcəkdir".
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

