Transhumanizm: ölümsüz sivilizasiya
24.04.2024 [10:55]
Murad Köhnəqala
Son illər geniş yayılan “Transhumanizm” termini gələcəyə istiqamətlənmiş sosial sistem, siyasi-fəlsəfi konsepsiyadır (Latınca transhumane, trans - keçid, dəyişmə; homo - insan; birlikdə “dəyişən insan” mənasını verir). Bu, elmi-futurist nəzəriyyə kimi insanın əqli və fiziki potensialını fantastik dərəcədə artırmaq niyyəti ilə elmin, texnologiyanın son imkanlarından istifadəni nəzərdə tutur. Transhumanizm nəzəriyyəsinin tərəfdarları insan varlığının mənfi aspektlərini - əzab çəkməyi, xəstəliyi, qocalığı və ölümü texnoloji nailiyyətlərin köməyi ilə aradan qaldırmağın mümkünlüyünü iddia edirlər. Transhumanistlər bioloji, informativ, koqnitiv və nanotexnoloji kəşflərin sintez olunması ideyasından çıxış edərək bu cür texnologiyaların istifadəsinin imkanlarını və nəticələrini, onların törədə biləcəyi təhlükələri, ən əsası isə faydalarını öyrənirlər.
Transhumanizm konsepsiyasına dair fikir və ideyalar tarix boyu bu və ya digər formada ədəbiyyatda, eləcə də incəsənətin bütün sahələrində obrazlı şəkildə öz əksini tapmışdır.
Gələcək dünya düzəni
“Transhuman” sözü ilk dəfə Dante Aligyerinin “İlahi komediya”sında (1312) istifadə edilib. Elmi ədəbiyyatda isə bu ifadəyə ilk dəfə təkamülçü bioloq Culian Hakslinin “Vəhysiz Din” (1927) əsərində rast gəlinir. Hakslinin adı təbiət elmləri metodlarının bioloji proseslərə təsiri, genetikanın müstəqil elmi istiqamət kimi qurulması və real həyatı dini dünyagörüşün təsirindən tam azad etməyə yönəlik fəaliyyət ilə xatırlanır. Bu mənada “transhumanizm” anlayışını həm yeni bir ideologiya, həm nəzəri-fəlsəfi konsepsiya, həm də elmi-texniki inqilabın yeni mərhələsinə qədəm qoyan bəşəriyyət üçün təzə din rolunu oynayacaq ideoloji sistem kimi də dərk etmək olar. Elmi transhumanizm nəzəriyyəsi genetika alimi Con Haldane və fizik Con Desmond Bernal tərəfindən inkişaf etdirilmişdi. Nəzəriyyənin bədii ədəbiyyatda, eləcə də digər humanitar sahələrdə populyarlaşmasında fantast yazıçı Olaf Stapledonun xüsusi rolu var. İnsanın DNA-sına müdaxilə edərək onun bioloji quruluşunu dəyişmək, xəstə hüceyrələri, yararsız orqanları daha uzunömürlü və güclü süni alternativlərlə əvəzləmək, insan beynini kodlaşdırmaq, yaddaşı idarə etmək, hətta klonlaşdırma və beynin köçürülməsindən istifadə yoluyla ölmüş insanları yenidən həyata qaytarmaq həqiqətən ağlasığmaz görünür. Lakin bir zamanlar ayrı-ayrı ölkələrdə yaşayan iki insanın mobil cihaz vasitəsilə görüntülü söhbətləşməsi də imkansız, təsəvvürə sığmayan məsələ kimi görünürdü. Ancaq kompüter texnologiyasının sürətli inkişafı bu xəyalları gerçəyə çevirməyi bacardı.
Xüsusi cihazların köməyilə insan şüurunun imkanlarının artırılması perspektivinə ilk dəfə praktiki yanaşan alimlərdən biri rus ixtiraçısı S. N. Korsakov olmuşdu. Artıq 19-cu əsrin sonlarında alimlər insan bədəninin məhdud imkanlarının aradan qaldırılması ilə bəşəriyyətin təkamülünə mümkün perspektiv kimi baxmağa başlamışdılar.
Elmi və texnoloji inqilabın hazırkı dalğası transhumanizm ideyalarına marağı canlandırır. Haksli bu mövzuya hələ 1957-ci ildə müraciət edib. Yeri gəlmişkən, həmin il “transhumanizm” termininin rəsmi olaraq doğulduğu tarix hesab olunur. 1962-ci ildə isə Robert Ettinger və Evan Kuperin transhumanizm ideyalarını əks etdirən əsərləri nəşr olunub. Bununla da transhumanizm nəzəriyyəsi praktiki elmi fəaliyyət sahəsi kimi meydana çıxıb.
Yeni insan - biotexniki varlıq
1966-cı ildə İran əsilli amerikalı futurist yazar, “FM-2030” imzalı Feridun İsfəndiyari transhumanist ideyaları fəal təbliğ etməyə başlayır. O, transhumanistləri xüsusi dünyagörüşə malik olan və həyat tərzini özünü təkmilləşdirməyə yönəltmiş insanlar kimi təsnifatlandırır. Transhumanları “İnsandan sonrakı” postinsan mərhələsinə keçid məqsədilə elm və texnikanın ən son nailiyyətlərindən maksimum yararlanan insanlar kimi də xarakterizə etmək olar. İsfəndiyarinin əsərlərində gələcəyin müxtəlif aspektləri haqqında yer almış ideyalar onun 1989-cu ildə təsvir elədiyi transhumanizm konsepsiyasının əsasını təşkil edir.
R.Ettingerin və “FM-2030”un ideyaları praktiki tətbiq olunmağa hesablanmışdı. Lakin həmin vaxt məlum nəzəriyyə Qərb cəmiyyətindən geniş dəstək ala bilmədi. Transhumanizm konsepsiyasının tarixində növbəti yüksəliş dalğası Tofflerin “gələcək şok” ideyasından (1970) sonra baş qaldırdı. Məşhur ixtiraçılar Alan Türinq və fon Neumannın “Düşüncə maşınlarının perspektivləri haqqında” (1950) konsepsiyası sonradan bu ideyaya qayıtmağın mənbəyi rolunu oynadı.
Transhumanist təşkilatlar
Transhumanizm ideyasını ilk dəfə fəlsəfi əsaslarla tərif edənlərdən biri filosof Maks More olub. 1998-ci ildə filosoflar Nik Bostrom və Devid Pirs Ümumdünya Transhumanizm Assosiasiyasını təsis etdilər.
2014-cü ildə ABŞ-dakı parlament seçkilərində ilk dəfə transhumanist siyasətçi Qabriel Rotblatt konqresə namizədliyini irəli sürdü.
Həmin ilin oktyabrında Zoltan İştvan (“Transhumanist mərc” kitabının müəllifi) ABŞ-da Transhumanist Partiyası yaratmaq planını açıqladı və 2016-cı il seçkilərində ABŞ prezidenti postuna namizədliyini irəli sürəcəyi barədə mətbuata açıqlama verdi.
2015-ci ilin əvvəlindən Avropa dövlətləri qarışıq dünyanın bir çox ölkəsində transhumanist partiyaların formalaşması geniş vüsət almağa başladı.
Beləliklə, Transhumanizm - elmi, texnoloji tərəqqinin köməyilə insan biologiyası və genetikasında əsaslı dəyişikliklərə nail olmağın mümkünlüyünü bəyan edən beynəlxalq hərəkatdır. Transhumanizmin məqsədi insanın (homo sapiensin) əqli, fiziki, psixoloji imkanlarını maksimal dərəcədə artırmaq, fizioloji qocalma prosesini dayandırmaq, son nəticədə ölməzliyə nail olmaqdır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

