Kiyev sülh istəyir...
01.08.2024 [10:50]
İndiyədək Rusiya-Ukrayna müharibəsi əsasən artan aqressiv dinamika fonunda davam edib. Ayrı-ayrı ölkələrdən və liderlərdən atəşkəsə, sülh danışıqlarına çağırışlar edilsə də, bu, baş tutmayıb. Xüsusilə də Ukrayna təcavüzə məruz qaldığını əsas gətirməklə, atəşkəs üçün ilkin mövqeyindən geri çəkilməyib.
Ancaq son günlərdə sonu görünməyən müharibə ilə bağlı yeni gəlişmələr müşahidə edilməkdədir. Bu gəlişməərdə əsas məqam isə Ukrayna rəsmilərinin səsləndirdikləri sülh çağırışlarıdır. “Kiyev Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı Moskva ilə danışıqlar aparmağa hazırdır”. Bunu son olaraq Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak NV-yə müsahibəsində bildirib.
Ukrayna “U” dönüşü edir?
M.Podolyakın ifadə etdiyi fikirlər son günlərdə Ukraynadan gələn sülh çağırışlarına aid yeganə nümunə deyil. Bundan əvvəl sülh mövzusunda Çinə səfəri zamanı Ukrayna xarici işlər naziri Dmitri Kuleba çinli həmkarı Van İ ilə görüşündə danışmışdı. O, ölkəsinin mövqeyini ifadə edərək bildirib ki, Ukrayna tərəfi Rusiya ilə danışıqlara hazırdır. “Ukrayna Rusiya tərəfi ilə dialoq və danışıqlar aparmağa hazırdır. Əlbəttə, danışıqlar ədalətli və davamlı sülhə nail olmaq üçün rasional olmalı və praktiki əhəmiyyət kəsb etməlidir”, - deyə Kuleba Van İ ilə görüşündə vurğulayıb. Ümumiyyətlə, bildirlir ki, Ukrayna xarici işlər nazirinin Çinə baş tutan səfərinin əsas məqsədi bu ölkənin sülh prosesi ilə bağlı mövqeyini öyrənmək olub. Burada böyük iqtisadi potensiala malik Çinin Rusiya ilə yüksək səviyyədə olan münasibətləri əsas götürülür. Çinin mövqeyi sülh prosesinin səmərəliliyinə böyük dərəcədə təsir göstərə bilər. Ukraynada bunu yaxşı anlayırlar və buna görə də Asiya nəhəngini proseslərə cəlb etməyə nail olmaq istəyirlər.
Ukraynanın sülh istəyi, həmçinin ən yüksək səviyyədən - prezident Volodimir Zelenskinin dilindən səsləndirlib. Ukraynanın dövlət başçısı Kiyevin rəsmi Moskva ilə danışıqlara hazır olduğunu deyib. Zelenski bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə istənilən vaxt görüşməyə hazırdır. O, bununla bağlı fikirlərini iyulun 21-də BBC yayım korporasiyasına müsahibəsində ifadə edib. Zelenskinin bu bəyanatı Ukraynanın mövqeyində “U” dönüşünə açıq-aşkar işarədir. Qeyd edək ki, Ukrayna rəhbərliyi tərəfindən zamanında belə bir danışıq formatını istisna edən sənəd imzalanıb. Həmin sənədə istinad edən Zelenski həmişə Rusiya ilə danışıqların mümkünlüyünü heç yaxına da buraxmırdı. Xatırladaq ki, o, bir qayda olaraq Qərbi Ukraynanı hərbi cəhətdən daha güclü şəkildə dəstəkləməyə, uzaq mənzilli silahlar tədarük etməyə, həmin silahlarla Rusiya ərazilərinə zərbələr endirilməsinə razılıq verməyə çağırırdı. Təxminən bir ay bundan əvvəl Volodimir Zelenskinin təşəbbüsü ilə İsveçrənin Bürgenstok şəhərində “Ukrayna üzrə sülh konfransı” keçirildi. Bu konfransla bağlı Zelenski xeyli müddət əvvəl bütün dünya dövlətlərinə müraciət ünvanlamışdı. Müraciət olunanlar arasında G7, G20 və BRICS ölkələri də var. Ümumilikdə, dəvətlilər siyahısında dünyanın 120 ölkəsindən 160 nümayəndə heyəti yer alırdı. Həmin konfransda əsas mövzu yenə də Ukraynanın müqavimətini gücləndirmək və bu məqsədlə dəstəyi artırmaq idi.
Daha bir məqamı yada salaq. Bir müddət bundan əvvəl Rusiya prezidenti V. Putinin hazırki təmas xəttini saxlamaq şərti ilə döyüşləri dayandırmağa hazır olması ilə bağlı məlumatlar yayıldı . Amma Ukrayna prezidentinin buna cavabı sərt oldu. O, Rusiya ilə atəşkəsə dair razılıq əldə etmək imkanını nəzərdən keçirmədiklərini bildirdi.
Bəs Rusiya-Ukrayna müharibəsinin arxa fonunda nə baş verir ki, Ukraynanın rəsmiləri müharibənin davam etdirilməsinin zəruriliyi ritorikasından sülh çağırışlarına keçiblər və belə demək mümkündürsə, indi onlar öz ölkələri ətrafında ABŞ-ın rəhbərliyi ilə müharibə koalisiyası deyil, Çinin dəstəyi ilə sülh həmrəyliyi yaratmağa səy göstərirlər? Belə çıxır ki, artıq Zelenski və onun yaxın çevrəsi müharibənin davam etdirilməsi perspektivinin daha ağır fəsadlara gətirib çıxaracağını dərk etməyə başlayıblar.
Yeni situasiyanı şərtləndirən amillər
Buna təsir göstərə biləcək bəzi amilləri sadalamaq mümkündür. Belə bir ehtimal var ki, Ukrayna hakimiyyəti artıq dünyanın, hətta koalisiya dövlətlərinin uzanan müharibədən bezdiklərinin fərqindədir. Bir vaxtlar Qərbdən gələn açıqlamalarda bildirilirdi ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar bu ölkənin nəfəsliyini daraldacaq, uzanan müharibə onun üçün yorucu müharibəyə çevriləcək. İndi belə görünür ki, müharibədən daha tez yorulan elə Qərbin özüdür. Bu, Zelenskinin İsveçrədə düzənlədiyi konfransda da bir daha təsdiqləndi. Əvvəla, dəvətlilərin xeyli hissəsi konfransa qatılmağa lüzum görmədi. Bir sıra ölkələr, o cümlədən də koalisiyanın başında dayanan ABŞ tədbirə, necə deyərlər, ikinci heyətlə qatıldılar. Ümumiyyətlə, konfrans gözləntiləri heç bir anlamda doğrultmadı. Bunun əvəzində Braziliya və Çin Ukrayn ilə bağlı alternativ sülh konfransının keçirilməsini təklif etdilər. Onların səsləndirdikləri arqumentlər daha əsaslı görünür: Sülh forumları Moskvanın iştirakı ilə keçirilməlidir, əks halda arzulanan sülh həmişə əlçatmaz olacaq. Yeri gəlmişkən, Çexiya prezidenti Petr Pavel də oxşar fikirlər səsləndirib. O “CTK” agentliyinə müsahibəsində bildirib ki, Rusiya və Çinin iştirakı olmadan Ukraynada sülh danışıqlarının heç bir mənası yoxdur.
Ukraynanın “U” dönüşü etməsinə təsir göstərə biləcək səbəblər sırasında ABŞ-da noyabrda keçiriləcək seçkilərlə bağlı yaranan yeni situsiyaya da diqqət çəkməmək mümkün deyil. Yaxın günlərədək demokratlar seçkilərə Ağ Evin hazırkı sahibi Co Baydenin namizədliyi ilə gedirdilər. Səhhəti səbəbindən o, seçki marafonundan geri çəkilib. Hazırda seçki marafonunun əsas favoriti respublikaçıların təmsilçisi, sabiq prezident Donald Tramp görünür. C.Baydenin Qərbdə Ukraynaya dəstək koalisiyasının formalaşmasında mühüm rol oynadığını heç kəs dana bilməz. O, Ukraynanı daim müqavimətə həvəsləndirirdi. Donald Tramp isə Rusiya-Ukrayna müharibəsinin dayandırılmasının zəruriliyini önə çəkir. Təbii ki, Zelenski və onun yaxın çevrəsi bu faktı da nəzərə almaya bilməz.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15

