Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İrakli Kobaxidze: Gürcüstan İrana qarşı müstəqil sanksiya tətbiq etmir

İrakli Kobaxidze: Gürcüstan İrana qarşı müstəqil sanksiya tətbiq etmir

17.09.2026 [23:17]

Gürcüstan İrana qarşı heç bir ikitərəfli sanksiya tətbiq etmir, ölkə yalnız müəyyən olunmuş beynəlxalq sanksiyalar rejiminə uyğun hərəkət edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze İran aviaşirkətlərinin Gürcüstana uçuşlarının dayandırılması ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Gürcüstan tətbiq olunmuş beynəlxalq sanksiyalar rejimini nəzərə alır.

“Konkret beynəlxalq qurumlar və dövlətlər tərəfindən məhdudiyyətlər tətbiq edildikdə, Gürcüstan həmin sanksiya rejimlərinə uyğun olaraq adekvat qərarlar qəbul edir. İrana qarşı müstəqil, ikitərəfli sanksiyaların tətbiqi absurd və yanlış addım olardı. Biz mövcud beynəlxalq sanksiya rejiminə uyğun fəaliyyət göstəririk”, – deyə Kobaxidze vurğulayıb.

Paylaş:
Baxılıb: 65 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30