Ukraynanın NATO yolu...
28.11.2024 [09:11]
NATO PA alyansın prinsiplərinə zidd olan qətnamə qəbul edib
Dünyanın hazırkı geosiyasi reallıqları fonunda kollektiv Qərb təhlükəsizlik amilini əsas gətirməklə Şimali Atlantika Alyansının (NATO) sıralarının genişləndirlməsi istiqamətində davamlı fəaliyyətlər sərgiləyir. Təkcə son vaxtlarda daha bir neçə ölkənin NATO-ya üzv qəbul edilməsi ilə qurumun sıraları 32 üzv dövətədək genişlənib.
O cümlədən Ukraynanın Şimali Atlantika Alyansına üzvlüyə qəbul edilməsi ilə bağlı müzakirələr aparılır. Hazırda rəsmi Kiyevin təkidli israrlarına rəğmən, Ukraynanın quruma üzv qəbul edilməsi məsələsi ilə bağlı ciddi fikir ayrılığı müşahidə edilir.
NATO PA qurumun nizamnaməsinə qarşı?
Bugünlərdə NATO Parlament Assambleyasının (PA) plenar iclasında Alyansa üzv ölkələri Ukraynanın tezliklə tamhüquqlu üzvlük əldə etməsini dəstəkləməyə çağıran qətnamə qəbul edilib. “Assambleya alyansa üzv ölkələrin hökumətlərini və parlamentlərini Ukraynanın dəvət almasına və bu ölkənin mümkün qədər tez bir vaxtda NATO-nun 33-cü üzvü olmasına kömək etmək üçün siyasi və praktiki səyləri gücləndirməyə çağırır”, - deyə sənəddə qeyd olunur.
Qətnamə müəllifləri Ukraynaya hərbi, maliyyə və humanitar yardımın gücləndirilməsinin vacibliyini qeyd edirlər. Xüsusilə, söhbət döyüş sursatı və müasir silah sistemlərinin vaxtında çatdırılmasından gedir. Bundan əlavə, assambleya üzvləri Rusiya və onun müttəfiqlərinə qarşı sanksiyaları gücləndirməyə çağırıblar.
Əslində, NATO PA-nın bəhs olunan məzmunda qətnamə qəbul etməsinin məntiqi başa düşülmür. Çünki alyansın nizamnaməsinə əsasən, müharibə aparan ölkə NATO sıralarına qəbul edilə bilməz. Hazırda Ukrayna Rusiya ilə müharibə vəziyyətindədir və qarşıdurmanın nə vaxt sonuclanacağı barədə proqnozlar vermək çətindir. Sual yaranır: NATO PA qətnaməni qəbul edərkən hansı arqumentləri əsas götürüb və yaxud mövcud reallığı nə üçün dəyərləndirməyib? İndiki kritik dönəmdə haqqında bəhs olunan sənədin qəbul edilməsi alyans daxilində həmrəyliyin pozulması, fikir ayrılığının yaşandığı anlamında qəbul edilir. Nə baş verir, NATO PA alyansın fəlsəfəsinə, prinsiplərinə qarşı çıxır?
NATO-da Qərbi parçalayan Ukrayna düyünü
Son illərdə Ukrayna məsələsi həm idioloji-siyasi, həm də praktiki müstəvilərdə kollektiv Qərbi parçalayan ciddi bir amilə çevrilib. Əslində, Ukraynanın alyansa üzvlük məsələsi yeni bir mövzu deyil. Keçmiş ittifaq dağıldıqdan sonra alyansın şərqə doğru genişlənməsi, o cümlədən də Ukraynanın qurumun sıralarına cəlb edilməsi gündəmə gəlib. Rəsmi Kiyev zaman-zaman Qərb dairələri tərəfindən müxtəlif yollarla NATO-ya tərəf itələnib, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Qərb dairələrinin NATO-nun şərqə doğru genişlənməsi planlarına Ukraynanı da daxil etməsi, rəsmi Kiyevin bu plana qarşılıq verməsi Rusiyada qırmızı xəttin keçilməsi anlamında qəbul olundu və böyük fəsadlara yol açan müharibə başladı.
Davam edən Rusiya-Ukrayna müharibəsi kollektiv Qərbdə parçalanmaya yol açan növbəti amilə çevrilib. Hazırda ayrı-ayrı dövlətlər Rusiyaya qarşı təzyiqlərin və sanksiyaların artırılması çağırışlarından çıxış etsələr də, buna etiraz edən ölkələrin də sayı az deyil. Həmçinin Ukraynanın NATO-nun üzvlüyünə qəbul edilməsi məsələsində həmrəylik yoxdur, mövqelər haçalanır. Əgər bir vaxtlar ABŞ Ukraynanın NATO-da təmsilçiliyində israr edirdisə, D.Trampın qələbəsi fonunda mövqeyindən müəyyən qədər geri çəkilən kimi görünür. K.Harrisin seçkiqabağı dönəmdə Ukraynanın alyansa üzvlüyünü birmənalı şəkildə dəstəkləyən ritorikadan çıxış etməsinə rəğmən, hazırda Bayden administrasiyası rəsmi Kiyevi NATO-ya üzvlük məsələsinin müzakirələri üçün deyil, sadəcə danışıqlar aparılması naminə dəvət almasının mümkünlüyündən çıxış edir. Görünür, Ağ Evdə Ukraynanın yaxın perspektivdə NATO-nun sıralarına qoşulması perspektivinin mümkün olmadığı reallığı qəbul edilir.
“Hazırda Ukraynanın NATO-ya qəbulu ilə bağlı qərar qəbul etməyə ehtiyac yoxdur”. Bu fikri isə Almaniya kansleri Olaf Şolts ZDF televiziyasına müsahibəsində ifadə edib. “Biz Vaşinqtonda və Vilnüsdə qərar qəbul etdik və perspektivi təsvir etdik, lakin mən hesab edirəm ki, indi bu qərardan başqa yeni qərara ehtiyac yoxdur. Hesab edirəm ki, müharibə vəziyyətində olan bir ölkənin NATO-ya üzv ola bilməyəcəyini açıq şəkildə bildirmək çox vacibdir, bunu hamı bilir, bu məsələdə heç bir fikir ayrılığı yoxdur”, - deyə Almaniya hökumətinin başçısı bildirib.
Bütövlükdə, NATO üzvü olan yeddi ölkə Ukraynanın alyansa dəvət edilməsinin əleyhinədir. “Politiko” nəşrinin yazdığına görə, Almaniya və ABŞ Zelenskinin ölkəsinin dərhal NATO-ya üzv olmaq çağırışına cavab verməyə gecikən ən böyük dövlətlər sırasındadır. Macarıstan və Slovakiya da müqavimət göstərir. Macarıstanın Baş naziri Viktor Orban Aİ-nin Ukraynanı silahlandırmaq üçün ayrılan vəsaitlərini bloklayıb və Kiyevə yardım göstərmək üçün NATO proqramından çıxıb. Öz növbəsində, Slovakiya prezidenti Robert Fitso bu yaxınlarda “Ukraynanın NATO-ya daxil edilməsinin üçüncü dünya müharibəsi üçün əsas təkan olacağı” xəbərdarlığını edib və bununla “heç vaxt razılaşmayacağını” deyib. Həmçinin Belçika, Sloveniya və İspaniya da Ukraynanın bloka üzvlüyə dəvət edilməsinə razı deyillər.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

