Atəşkəs razılaşdırıldı...
28.11.2024 [09:15]
Uzun müddət davam edən hərbi toqquşmalardan sonra ötən gün İsrail ABŞ-ın Livanda hərbi əməliyyatlara son qoymaq üçün təklif etdiyi planı rəsmən təsdiqləyib. Bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb. “Hərbi-siyasi kabinet ABŞ-ın Livanda atəşkəslə bağlı təklifini təsdiqləyib. Qərarı 10 nazir dəstəkləyib, biri əleyhinə çıxıb. İsrail bu prosesə verdiyi töhfəyə görə Birləşmiş Ştatlara minnətdarlığını bildirir və hər hansı təhlükəyə qarşı tədbir görmək hüququnu özündə saxlayır”,-deyə ofisin açıqlamasında bildirilib.
Razılaşmada nələr var?
“Hizbullah” və İsrail arasında əldə edilən razılaşmaya əsasən, hərəkatın silahlı dəstələri Litani çayının şimalına çəkilməli, Livan Silahlı Qüvvələri 60 gün ərzində həmin mövqelərə yerləşməli və İsrail ordusu tədricən Livan ərazisindən çıxmalıdır. Livanın Baş naziri Nəcib Mikati də Livan-İsrail sərhədində sabitliyi qaytaracaq əldə olunmuş razılaşmadan məmnunluğunu ifadə edib. O, bu barədə ABŞ prezidenti Cozef Baydenlə telefon danışığında bildirib: “Mən bu sənədi atəşkəs üçün yol xəritəsi kimi qiymətləndirirəm. Livanda sülh və sabitliyin yayılması istiqamətində atılan bu mühüm addımı bəyənirəm. Bu, köçkünlərin öz şəhərlərinə və evlərinə qayıtmasını asanlaşdıracaq”. Baş nazirin sözlərinə görə, müqavilənin həyata keçirilməsi regional sabitliyin yaradılmasına kömək edəcək.
ABŞ Prezidenti Cozef Bayden də tərəflər arasında əldə olunan razılaşma ilə bağlı “X” hesabında paylaşım edib. Paylaşımda deyilir: “Bu gün Yaxın Şərqdən yaxşı xəbərlərim var. Mən Livanın və İsrailin Baş nazirləri ilə danışdım. Mən məmnuniyyətlə elan edirəm ki, onlar ABŞ-ın İsrail və “Hizbullah” arasında dağıdıcı münaqişəyə son qoymaq təklifini qəbul ediblər”.
BMT, Türkiyə və İran razılaşmanı alqışlayıb
BMT-nin Livan üzrə xüsusi koordinatoru Janin Hennis-Plasshart da İsrail hökumətinin Livanda hərbi əməliyyatları dayandırmaq qərarını alqışlayıb. Onun sözlərinə görə, tərəflər arasında əldə edilən razılaşma BMT-nin 1701 saylı qətnaməsinin tam icrasına əsaslanan mühüm prosesin başlanğıc nöqtəsidir: “Məqsəd Livan və İsrail arasındakı sərhədin hər iki tərəfində mülki əhalinin təhlükəsizliyini və müdafiəsini bərpa etməkdir. Razılaşmanın davamlı olması üçün hər iki tərəfin tam və sarsılmaz öhdəlikləri olmalıdır. İndi bugünkü nailiyyətləri möhkəmləndirmək üçün konkret tədbirlərlə əldə olunanları təsdiq etməyin vaxtıdır”.
BMT-nin Baş katibi Antonio Quterreş isə razılaşmanın hər iki ölkənin xalqının zorakılığına, dağıntılarına və iztirablarına son qoyacağına ümid edib. Baş katib tərəfləri sazişdə nəzərdə tutulmuş bütün öhdəliklərə tam əməl etməyə və operativ şəkildə yerinə yetirməyə, BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin tam icrası istiqamətində addımların atılmasına çağırıb.
Türkiyə isə Livanda daxili sabitliyin təmin edilməsi üçün lazımi dəstəyi verməyə hazır olduğunu bəyan edib. “İsrail və Livan arasında əldə edilən atəşkəs razılaşmasını alqışlayırıq və atəşkəsin daimi olacağına ümid edirik. Beynəlxalq ictimaiyyət atəşkəs rejiminə ciddi əməl etməsi və Livana dəymiş ziyanı ödəməsi üçün İsrailə təzyiq göstərməlidir”, - deyə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub. Türkiyə XİN Qəzzada da atəşkəsin əldə olunmasına çağırış edib.
İran Xarici İşlər Nazirliyi də atəşkəs razılaşmasını alqışlayıb, lakin İranın Livan xalqına və ölkədəki müqavimət qüvvələrinə hər cür dəstəyi verməyə davam edəcəyini bəyan edib.
Netanyahu xəbərdarlıq edib...
İsrail Baş naziri Netanyahu “Hizbullah”ın razılaşmanı pozduğu halda, eləcə də sərhədə yaxın ərazidə terror fəaliyyətlərini bərpa etməyə və ya raket atmağa cəhd edərsə, hərbi əməliyyatların bərpa olunacağı xəbərdarlığını edib. Onun sözlərinə görə, İsrail müqaviləyə ciddi şəkildə əməl edəcək və istənilən pozuntuya sərt reaksiya verəcək. Hökumət başçısı atəşkəs rejiminə razılıq vermək qərarını üç əsas mülahizə əsasında izah edib. Bunlar İran təhdidinə diqqət yetirmək, silahların tədarükü və qüvvələrin yenidən qurulması və Qəzza zolağında Fələstinin radikal HƏMAS qüvvələrinin təcrid edilməsidir. O, əhaliyə müraciət edərək söz verib ki, hakimiyyət HƏMAS-ın məhvini başa çatdıracaq.
İsrail Prezidenti İsaak Hersoq da özünün “X” sosial media hesabında yazıb ki, Livandakı əməliyyatların dayandırılmasından sonra İsrail Qəzza zolağında saxlanılan bütün girovları azad etmək üçün fəaliyyətə diqqət yetirməlidir: “İndi biz fürsətdən istifadə edib Qəzzada oğurlanmış qardaş və bacılarımızı geri qaytarmaq üçün daha möhkəm və bütün gücümüzlə hərəkət etməliyik. Biz bunu təcili həll etməliyik”.
HƏMAS hərəkatı da atəşkəs istəyir
Belə bir şəraitdə Fələstinin HƏMAS hərəkatının Livan və İsrail arasında atəşkəs elan edildikdən sonra Qəzza sektorunda analoji saziş bağlamağa hazır olduğu bildirilir. “France-Presse” agentliyi bu barədə hərəkatın adını açıqlamayan nümayəndəsinə istinadla məlumat yayıb: “HƏMAS atəşkəs razılaşmasına və əsir mübadiləsinə hazırdır. Livanda atəşkəsin elan edilməsi müqavimət qüvvələri üçün qələbə və böyük uğurdur”. Lakin İsrail rəhbərliyinin mesajları HƏMAS-la anoloji razılaşmanın imzalanacağını istisna edir. Əksinə, görünür ki, İsrail bundan sonra HƏMAS tərəfindən girov götürülmüş vətəndaşlarının azad olunması üçün tədbirlərini gücləndirəcək.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49

