Ermənistan müharibəyə hazırlaşır
30.11.2024 [10:21]
Avropa fiasko qorxusunda, Paşinyan “reytinq” hayındadır...
Qərb təhrik edir, silahlandırır
Cənubi Qafqazda sülh prosesinin intensivləşmə fazasına yaxınlaşması yenidən Qərbi “hərəkətə gətirib”. İllərdir müxtəlif manipulyasiyalarla Ermənistanın sülhdən yayınmasında əsasl rol oynayan Qərb yenidən distabillik axtarışındadır. Bunun üçün isə müxtəlif variantlardan istifadə olunur.
Qərb Ermənistanda özünə “revanşist mühit” yaradır...
Bir neçə ay öncə Qərbin Ermənistan ilə “aprel masası”na oturması bəzi nüanslara yol açmışdı. İmzalanan “öhdəliklərdən” biri də Ermənistanda siyasi-ictimai ab-havanın “daha da demokratikləşməsi” yönündə addımların atılması idi. Nəzərə alaq ki, Qərbin Gürcüstan planlarının “divara” dəyməsi bütünlüklə diqqəti İrəvana yönəltməsi üçün həm də bir vəsilə oldu. Qərb Ermənistanda özünün maraqlarının təmini üçün “vətəndaş cəmiyyəti” qurur, “siyasi partiyalar” formalaşdırır, “ictimai hərəkatlar” yaradır, bir sözlə Ermənistandakı ab-havanı özünün maraqlarına uyğunlaşdırır. Məsələn, son dövrlərdə Fransanın Cənubi Qafqazdakı acı məğlubiyyətləri Ermənistanın sülhə doğru yol alması üçün bir səbəbə çevrilmişdi. Erməni cəmiyyəti anlayırdı ki, Paris müharibə dövründə olduğu kimi, yenidən başvermə ehtimalı yaranan eskalasiyanı yalnız seyr edə bilər - bu baxımdan, ölkədəki əhval-ruhiyyə sülh assosasasiyası yaradırdı. Qərbin aktivləşməsi, silah-sursat təmini, Avropa ölkələrinin, Hindistanın silahlandırması və son olaraq Yunanıstandan S-300 komplekslərinin veriləcəyi xəbərləri isə yenidən revanşizmin “alovlanmasına” yol açıb. Silahlandırma təhriki, yeni müharibəyə hazırlaşmaqla bağlı isterik hal regionda yeni situasiya formalaşdırmaq cəhdidir. Qərb yenidən regionda müharibə vəziyyəti yaratmaqla özünün maraqları uğrunda “savaşacağını” bəyan edir...
Paşinyanın nüfuzu “düşür”...
Son dövrlərdə baş nazir Nikol Paşinyanın reytinqinin azalması da açıq şəkildə müşahidə olunur. Konkret faktlara müraciət etsək,
- Məsələ ictimai dəstəyin azalması ilə daha çox ortaya çıxır. “Gallup International” tərəfindən keçirilmiş sorğunun nəticələrinə əsasən, 2023-cü ildə Paşinyanın fəaliyyətindən razı qalan respondentlərin çoxu 16 sayı təşkil edirdisə, 2024-cü ildə bu göstərici 8 faizə düşüb. Bu, onun son dövrlərdə siyasi manevr cəhdlərindəki uğursuzluqları ilə əlaqələndirilir. Xüsusilə, həm Qərb, həm də Rusiya ilə əlaqələrdəki qeyri-müəyyənlik Paşinyanla bağlı qeyri-ciddi reputasiya yaradır.
- Qərb Paşinyanın son addımlarını açıq şəkildə təftiş edir. Aİİ sammitinin ünvanının İrəvandan Sankt-Peterburqa dəyişilməsi üzdə sakit qarşılansa da, Qərbin Paşinyana olan inamına mütləq şəkildə təsir göstərir. Ermənistanın sürüşkən siyasətinə yaxından bələd olan Qərb, xüsusilə Avropa onların yarı yolda qoyulacağından narahatdır.
- Cari ildə Paşinyan hakimiyyətinə qarşı edilən etirazlar daha konkret hal almağa başladı. 2024-cü ilin mayında Ermənistanda Paşinyanın 6 illik hakimiyyəti dövründə ən böyük etiraz aksiyalarından biri keçirildi. Aksiyalar, müxalifətin revanşist çağırışları ilə yanaşı, hökumətin iqtisadi və sosial siyasətinə olan narazılıqlar da rol oynayırdı. Xüsusilə, kilsənin məsələdəki rolu daha da aktivləşmişdi.
- Paşinyanın siyasi “rəqibləri” gücləndirilir. Hətta erməni cəmiyyəti arasında nüfuzunu tam itirmiş keçmiş hakimiyyət nümayəndələri belə bu gün Paşinyanın “alternativi” kimi çıxış edir.
- Paşinyanın sülh manipulyasiyaları onun nüfuzuna ən böyük zərbədir. Bir tərəfdən sülhün Ermənistana verəcəyi dividendlərdən danışan baş nazir digər tərəfdən, min bir yolla sülhdən yayınır, Qərbin silahlandırmasını razılıqla qəbul edir. Ölkədə isə sosial problemlər günü-gündən ağırlaşır və belə bir durumda insanlar silahlanma əvəzinə, sosial problemlərin prioritet olması üçün çalışır.
- Bəzi məqamlarda Paşinyanın Aİ-nin Ermənistandakı missiyasının xidməti vəzifə müddətini artırmaqla bağlı ikibaşlı açıqlamaları da bu məsələdə mühüm rol oynayır...
Yeni eskalasiya Ermənsitan üçün nələr vəd edir?
Bu və ya digər səbəblər artıq Paşinyanı fakt qarşısında qoyur. Reytinqini qaldırmaq üçün yeniliyə əl atmaq istəyən Paşinyan isə “çıxış yolu”nu müharibə tezislərində “axtarır” - Ermənistan hakimiyyəti yeniliyi hərbi əməliyyatlarda və Azərbaycan üzərində kiçik də olsa, qələbə qazanmaqda görür. Bu isə onların ən səhv seçimidir. Çünki bu yol nəinki Paşinyanın siyasi karyerasının, bütövlükdə Ermənistanın gələcəyini sual altına ala bilər -
“Dəmir yumruq” bu dəfə daha kəskin şəkildə İrəvanın başına enər...
Rusiyaya qarşı Cənubi Qafqaz “cəbhəsi” açılacaqmı?
Qərbin Ermənistanda yeni siyasi manevrlərinin, sülhdənyayındırma “əməliyyatının” bir başqa səbəbi isə xarici faktorlarla bağlıdır. Burada əsas diqqəti cəlb edən məqamlardan biri Aİ-nın Ermənistandakı missiyasının öz “öhdəliyini” tam yerinə yetirə bilməməsidir - düzdür, mümkün qədər regionla bağlı kəşfiyyat materialları toplayan missiyanın artıq bütün kartları açılıb. Avropalı himayədarlar bu missiyanın gələcək fəaliyyətinin hansısa bir uğur vəd etməsinə inanmırlar.
Eyni zamanda, Ukrayna müharibəsinin yeni fazaya qədəm qoyması Qərbi açıq-aşkar narahat etməkdədir. “Oreşnik” raket komplekslərinin işə düşməsi Moskvanın cəbhə xəttində mühüm üstünlüyünü təmin edib. Beləliklə, Qərbin arzuları yerinə yetmir, tam əksinə, vəziyyət günü-gündən pisləşir. Buna görə də onlar çıxış yolunu Rusiyanın diqqətini başqa səmtə yönəltmək və onun sərhədlərinə yaxın yeni münaqişə ocağı yaratmaq, təhlükə hiss etdirməkdə görürlər. Bu, Ermənistanın yeni müharibə avantürasının Qərbin növbəti planı olduğunu növbəti dəfə arqumentləşdirir. Paşinyan isə özünün hakimiyyətini qorumaq üçün bütün deyilənlərə “razılıq” bildirir.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34

