Sərt şərtlər yumşaldılır...
18.02.2025 [09:16]
“Kommersant” diqqəti Səudiyyə Ərəbistanına yönəldib
ABŞ-Rusiya münasibətlərinin normallaşması üzrə ikitərəfli dialoqun bərpası istiqamətində təmaslar intensivləşib - fevralın 15-də Vaşinqtonun təşəbbüsü ilə ABŞ Dövlət Departamentinin katibi Mark Rubio ilə Rusiya Federasiyasının XİN rəhbəri Serqey Lavrov arasında telefon danışığı baş tutub. Qeyd edək ki, bundan əvvəl ABŞ və Rusiyanın Prezidenti Donald Tramp və Vladimir Putin telefon danışığı aparıb.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, telefon görüşü zamanı Lavrov və Rubio Rusiya-ABŞ münasibətləri, həmçinin son beynəlxalq proseslərlə bağlı məsələləri müzarə ediblər. Hər iki tərəf Rusiya-ABŞ münasibətlərindəki problemləri həll etmək üçün təmasları davam etdirmək və iki ölkə arasında qarşılıqlı hörmətə əsaslanan dövlətlərarası dialoqun bərpası istiqamətində birgə addımlar atmaq, o cümlədən Tramp-Putin görüşünə hazırlıq barədə razılığa gəliblər. Bununla yanaşı, baş diplomatlar Ukrayna və Qəzzadakı münaqişə, eləcə də Suriyada hazırki vəziyyət ətrafında da fikir mübadiləsi aparıblar.
Eyni zamanda Rusiya Xarici İşlər Nazirliyi və ABŞ Dövlət Departamenti tərəfindən qarşılıqlı təmaslarda maneləri aradan qaldırmaq üçün yaxın vaxtlarda ekspertlərdən ibarət işçi qrupunun yaradılacağı və qrupun ilk görüşünün keçiriləcəyi gözlənilir. Lavrov və Rubio həm də Rusiyanın ABŞ-dakı diplomatik nümayəndəliklərinin fəaliyyəti üçün şərtlərin sərtləşdirilməsi siyasətinə tez bir zamanda son qoymaq məsələsini də müzakirə ediblər.
XİN rəhbərlərinin ilkin təması nəyə hesablanıb?
ABŞ-ın yeni Prezidenti Donald Tramp prezident səlahiyyətlərinin icrasına başladıqdan sonra Vaşinqton və Moskva arasında Rusiya-ABŞ münasibətlərinin normallaşması, ən əsası da Ukraynadakı münaqişənin nizamlanması üzrə ikitərəfli danışıqların təşkili üçün ciddi işlər aparılır. İlkin olaraq, qapalı diplomatik təmasların aparılması, ondan sonra Tramp ilə Putin və Rubio ilə Lavrov arasında telefon görüşünün baş tutması bunu deməyə əsas verir - doğrusunu desək, həm Ağ Ev, həm də Kreml aralarındakı problemləri həll etmək, anlaşılmazlıqları aradan qaldırmaq və qlobal dünyada qarşılıqlı şəkildə ambissiyalarını uzlaşdırmaqda maraqlıdır.
Artıq ilkin görüş barədə razılıq əldə olunub - Rusiyanın “Kommersant” qəzeti məlumat verib ki, fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətlərinin iştirakı ilə Ukraynadakı müharibəyə son qoymaq üçün danışıqlar baş tutacaq. Rus KİV-inin, eləcə də Qərb mediasının məlumatına görə, ilk görüşdə, hətta bundan sonrakı görüşlərdə belə ABŞ-ı milli təhlükəsizlik üzrə müşavir Mayk Uoltz, Trampın Rusiya ilə danışıqlara rəhbərlik edən xüsusi nümayəndəsi Stiven Vitkoff, Rusiya tərəfini isə Putinin müşaviri Yuri Uşakov və Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin təmsil edəcək.
Sözsüz ki, Rubio ilə Lavrov arasında baş tutan telefon görüşməsində ən aktual mövzu Rusiya və ABŞ nümayəndələrinin görüşlərinin, habelə yaxın zamanda gözlənilən Tramp-Putin görüşünün detalları olub - hər iki XİN rəhbərinin məhz bu məsələnin müzakirəsinə diqqət ayırdığına şübhə yoxdur.
Böyük ehtimalla, növbəti aylarda da Rubio və Lavrov arasında telefon görüşmələri davam edəcək, hətta hər iki XİN rəhbərinin Ər-Riyadda və ya hər hansı bir neytral ölkədə görüşünün baş tutması da istisna deyil.
Ukrayna Rusiya-ABŞ danışıqlarına dəvət ediləcək?
Tramp eyni gündə Prezident Vladimir Putin ilə yanaşı, Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb. Lakin dövlət katibi Mark Rubio bu addımı atmadı - o, Lavrovdan sonra Ukraynanın XİN rəhbəri Andrey Sibiqa ilə də telefon danışığı aparmalı idi. Amma Rubi bunu etmədi. Bu, o anlama gələ bilər ki, qarşıdakı günlərdə Ər-Riyadda baş tutacaq görüşlərə Ukraynanın nümayəndə heyəti dəvət edilməyəcək. Halbuki, bu görüşlərin əsas mövzusu Ukraynadakı münaqişə olacaq. Belə çıxır ki, Kreml və Ağ Ev Ukraynadakı münaqişəni Kiyevin mövqeyini nəzərə almadan nizamlamaq niyyətindədirlər.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

