Avropa İttifaqı yeni “USAID mexanizmi” axtarışında...
28.05.2025 [09:53]
Əsl məqsəd isə...
Avropa İttifaqı xarici siyasətini şaxələndirməyi planlaşdırır. Bir çox qərb siyasətçiləri iddia edirlər ki, rəsmi Brüssel özünün yumşaq güc siyasətini formalaşdırmaq niyyətindədir. Son zamanlar Aİ-nin yüksək rəsmilərinin bu barədə müxtəlif bəyanatları intensiv xarakter almağa başlayıb. Məsələn, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas jurnalistlərə açıqlamasında bəyan edib ki, Brüssel üçüncü dünya ölkələrində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) yerini qismən doldurmağı nəzərdən keçirir və həmin ölkələrdə “demokratiyanın təşviqi” ilə bağlı layihələri davam etdirmək istəyir. Onun sözlərinə görə, Aİ-yə üzv ölkələrin XİN rəhbərləri təşkilatın İnkişaf Məsələləri üzrə Şurasının növbəti iclasında USAID-in inkişaf yardımı layihələrindən çıxmasının nəticələrini və Aİ-nin özünün bu yöndə siyasətini qurmaq imkanlarını müzakirə edəcəklər. Kallas əlavə edib ki, Brüssel bu boşluğu doldurmaya bilər, amma sözügedən ölkələrdə demokratiya, media azadlığı və insan hüquqlarının təmin olunması istiqamətində addımlarını intensivləşdirəcək.
Qeyd edək ki, Tramp administrasiyası bu ilin fevralın 3-də USAID-in fəaliyyətini faktiki olaraq dayandırıb. Tramp USAID-i dəluduzluqda və korrupsiyada ittiham edib. ABŞ Dövlət Departamentinin fevral ayında dərc olunan bəyanatında da qeyd olunur ki, USAID-in proqramlarının əhəmiyyətli hissəsi ölkənin əsas maraqlarına cavab verməyib.
Ümumiyyətlə, USAID-ə qarşı beynəlxalq ictimaiyyətin münasibəti də birmənalı deyil. Bu günə qədər agentliyin gizli fəaliyyəti ilə bağlı bir sıra məlumatlar yayımlanıb, adı korrupsiya və qeyri-qanuni işlərdə hallanıb.
Aİ qlobal siyasi aktora çevrilmək istəyir
Məsələ ilə bağlı “Yeni Azərbaycan” qəzetinə fikirlərini bölüşən politoloq Əlimusa İbrahimov qeyd edib ki, Avropa İttifaqının USAID-ə bənzər təşkilat yaratmağı planlaşdırması dünyanın bir çox regionlarında geostrateji və geosiyasi maraqlarını genişləndirmək niyyətindən irəli gəlir. Ekspert bildirib ki, Aİ mərkəzləşdirilmiş, strateji dəyərlərə əsaslanan yardım vasitəsilə inkişaf etməkdə olan ölkələrdə qlobal mövcudluğunu və təsirini gücləndirməyi hədəfləyir. “Aİ qlobal səhnədə öz gücünü təkcə geoiqtisadi deyil, həmçinin yumşaq güc siyasəti baxımından daha effektiv şəkildə nümayiş etdirmək istəyir. USAID tipli agentlik yaratmaqla Aİ geosiyasi aktor rolunu möhkəmləndirmək və başqa dünya gücləri ilə rəqabət aparmaq istəyir”, -deyə Ə.İbrahimov vurğulayıb. Ekspert, həmçinin əlavə edib ki, Aİ-nin yardımı hazırda bir çox qurum və üzv dövlətlər tərəfindən idarə olunur. “Bu o qədər də effektiv və səmərəli mexanizm deyil. Əgər mərkəzləşdirilmiş agentlik yaradılarsa, bu, inkişafa yardım əməliyyatlarını sadələşdirəcək, koordinasiyanı təkmilləşdirəcək və maliyyə yardımlarının düzgün icra olunmasını təmin edəcək. Eyni zamanda, Aİ-nin burada digər hədəfi pandemiyalar, münaqişələr və ya iqlim fəlakətləri kimi qlobal böhranlara daha çevik və strateji şəkildə cavab vermək potensialı formalaşdırmaqdır”.
Aİ ABŞ-ın səhvlərini təkrarlayır
Politoloq İlqar Vəlizadə isə bildirib ki, Aİ ABŞ-ın köhnə siyasətini davam etdirmək istəyir: “Açıq-aşkar görünür ki, Avropa İttifaqı Amerikanın ənənəvi yumşaq güc siyasəti strategiyasını mənimsəməyə çalışır. Aİ-nin liderləri hesab edirlər ki, bu, qurumun demokratiya, söz azadlığı və insan hüquqları adı altında müxtəlif ölkələrdə maraqlarının təmin olunmasına yol açacaq. Ümumiyyətlə, USAID agentliyi müəyyən prinsiplər üzərində qurulmuşdu. Bu agentlik ABŞ-ın yumşaq güc siyasətinin təməli idi. Əsas prinsipi isə üçüncü dünya ölkələrində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına dəstək vermək, həmin təşkilatlardan istifadə etməklə bu və ya digər şəkildə sözügedən ölkələrdə ABŞ-ın geosiyasi və geostrateji maraqlarını təmin etmək idi. Vaxtilə Vaşinqton Avropa, Asiya və Afrikada yerləşən ölkələrlə münasibətlərini öz maraqlarına uyğun formada inkişaf etdirmək və bu ölkələrdə iqtisadi layihələrini həyata keçirmək üçün USAID-dən istifadə edirdi. İndi də Avropa İttifaqı buna bənzər mexanizm yaratmaq istəyir. Güman edirəm ki, Avropada hansısa dairələr bu mexanizmin Aİ-yə öz hədəflərinə çatmasına kömək edə biləcəyini düşünür”, - deyə İ.Vəlizadə bildirib. O əlavə edib k, Aİ-nin bu səyləri heç bir nəticə verməyəcək: “Hazırda Avropada siyasi güc mərkəzləri arasında rəqabət gedir. Belə olan halda bu kimi həssas məsələlərdə vahid siyasət yürütmək qeyri-mümkündür. Aİ ABŞ-ın səhvlərindən nəticə çıxarmaq istəmir”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

