Müharibə, yoxsa danışıqlar masası?
30.05.2025 [10:12]
Ukrayna-Rusiya münaqişəsinin həlli uzana bilər
Son bir ayda Rusiya-Ukrayna münaqişəsi ətrafında gedən danışıqlar prosesi təmas xəttində atəşkəsin yaranması ilə bağlı ümidlər yaratmışdı. Amma son hadisələr prosesi tam fərqli istiqamətə yönləndirdi. Qarşılıqlı hücumlar hərbi eskalasiyanı yenidən alovlandırdı. Mövcud vəziyyətin stabilləşməsi üçün yenidən beynəlxalq fəaliyyətin gücləndirilməsi nəzərdə tutulur - başqa sözlə, yaxın zamanda Rusiya-Ukrayna münasibətlərində yeni proseslərin baş verməsinin şahidi ola bilərik. Belə ki, ABŞ-ın vasitəçiliyi ilə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi növbəti fazaya qədəm qoyub. Moskva ilə Kiyev arasında bu istiqamətdə təmaslar artıb. Sözsüz ki, bu, Tramp administrasiyasının hər iki münaqişə tərəfini masa arxasına gətirmək üçün səylərinin nəticəsidir. Son İstanbul görüşündə bəzi məsələlərlə bağlı qismən razılaşmalar əldə olunsa da, qalıcı atəşkəsə yol açmadı. Nəticə isə prosesin inkişafından asılı olacaq kimi görünür.
İstanbulda növbəti görüş
Kiyev danışıqların əsas predmeti sayılan memorandumu tamamlayaraq Moskvaya təqdim edib. Ukraynanın müdafiə naziri Rustem Umerov “RBK-Ukraina” telekanalına müsahibəsində bildirib ki, Ukrayna Rusiya ilə tam və qeyd-şərtsiz atəşkəsə, eləcə də növbəti danışıqlara hazırdır. Umerov Moskvanı tez bir zamanda öz memorandumunu təqdim etməyə və destruktiv addımlar atmaqdan çəkinməyə çağırıb. Rusiyaya gəlincə isə, XİN-in mətbuat katibi Mariya Zaxarova jurnalistlərə açıqlamasında qeyd edib ki, Moskvanın üzərində işlədiyi sənəddə münaqişənin həlli üçün münasib müddəalar və prinsiplər qeyd olunacaq. Rusiyanın XİN başçısı Sergey Lavrov isə memorandumun təqdimatı üçün Rusiya nümayəndə heyətinin İstanbulda Ukrayna tərəfi ilə növbəti görüşə hazır olduğunu bildirib. Bu arada Türkiyənin xarici işlər naziri Hakan Fidan həmkarı Lavrovla telefon danışığı aparıb - görüşdə hər iki XİN rəhbəri Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı məsələlərə toxunublar.
Vaşinqton cavab gözləyir
ABŞ-ın isə səbri tükənmək üzrədir -Trampın xüsusi nümayəndəsi Keyt Kelloq Moskvanı prosesi yubatmamağa çağırıb. O, “Fox News” telekanalında çıxışı zamanı bildirib ki, ABŞ Rusiyadan münaqişənin nizamlanması üçün qətiyyətli addımlar gözləyir. Kelloq qeyd edib ki, prosesin ləngiməsinə qətiyyən yol vermək olmaz: “Bir həftədən çox olar ki, ruslar sülhə nail olmaq üçün belə desək, memorandum hazırlayacaqlarını bildirirlər. Biz Ukraynadan artıq belə bir memorandum almışıq. İndi də Rusiyadan oxşar sənədi gözləyirik,”- deyə Kelloq vurğulayıb. Trampın xüsusi nümayəndəsi ilə yanaşı, dövlət katibi Rubio da Kremlə mesaj ötürüb. ABŞ dövlət katibinin rusiyalı həmkarı Lavrov ilə son telefon danışığı Vaşinqtonun, həqiqətən müharibənin tez bir zamanda bitməsində maraqlı olduğunu deməyə əsas verir. Rubio Trampın bu məsələdəki mövqeyini bir daha Kremlin diqqətinə çatdırıb. Tramp isə Ağ Evdə jurnalistlərə açıqlamasında Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyəcəyini bildirib.
Ünvan münasibdir - şərtlər razılaşdırılır...
Məsələ ilə bağlı fikirlərini bölüşən siyasi şərhçi Aqşin Kərimov qeyd edib ki, mövcud müharibədə genişmiqyaslı eskalasiyaların qarşısının alınması istiqamətində təşəbbüslərin meydana çıxması müsbət haldır. “Bu mənada İstanbul platforması münaqişəni nizamlamaq məqsədi daşıyan, sülh üçün təqdirəlayiq platforma kimi dəyərləndirilə bilər. Lakin İstanbul platforması tam sülhə nail olmaq üçün hələ çox məsafə qət etməlidir. Münaqişənin geosiyasi kontekstdə həlli üçün Rusiya, ABŞ, Çin, Avropa İttifaqı və Böyük Britaniyanın mövqelərində nəzərəçarpacaq yaxınlaşmalar baş verməlidir. Bunun əksinə artıq ABŞ və Avropa İttifaqı arasında fikir ayrılıqları genişlənir,” - deyə A.Kərimov vurğulayıb. Ekspert əlavə edib ki, Ukrayna ərazi cəhətdən güc proyeksiyası mərkəzinə çevrilib: “Belə bir şəraitdə Türkiyənin həlledici aktor kimi səylərini gücləndirməsi təbii ki, xoş qarşılanır, lakin müharibənin bitməsi və yekun sülhü nəzərdə tutan həll variantlarının irəli sürülməsi üçün çox uzun zaman lazım olacaq”.
Moskva israr edir...
“İstanbul danışıqlarından sonra Rusiya Ukrayna sərhədində təhlükəsiz bufer zona yaradır - Putinin bəyanatı isə Rusiya tərəfindən müdafiə tədbiri kimi təqdim edilir”, - deyən A.Kərimov bildirib ki, Rusiya bufer zonanın yaradılması üçün daha çox hərbi resursun istifadə edilməsinə və maliyyənin xərclənməsinə hazırdır. “Bu, Xarkov və ya Sumı kimi ərazilərdə döyüşləri gücləndirəcək eskalasiya siyasətinə vurğu da hesab oluna bilər. Ukrayna üçün isə çıxılmazlıq sindromu yarada bilər. Çünki Ukrayna ordusu Rusiyanın nəzarət etdiyi zonalardakı istehkamların yarılmasında ciddi çətinliklərlə üzləşir. Paralel olaraq isə canlı qüvvə çatışmazlığı artıq böyük ölçüdə hiss olunur”.
Putin-Zelenski görüşü...
A.Kərimov, həmçinin qeyd edib ki, Ukrayna Qərb ilə Rusiya arasında geosiyasi “poliqon”a çevrilib: “Belə bir vəziyyətdə münaqişənin ABŞ diplomatiyası vasitəsilə asan formada həll olunma ehtimalı azalır”.
Trampın vasitəçiliyi ilə Putin ilə Zelenski arasında görüşün təşkil olunmasına gəlincə, A.Kərimov bunun mümkünlüyünü istisna etmir: “Vaşinqtonun vasitəçilik təşəbbüskarlığı Trampın Putinlə mümkün görüşündən sonraya təsadüf edə bilər. Putinlə Trampın bir-birlərinə münasibətdə diqqətli ritorika seçməsinin özü də bir çox mətləbdən xəbər verir”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20

