Zəngəzur dəhlizi: Bakının yeni era başladan təşəbbüsü...
17.07.2025 [10:39]
Regional mübarizə regional əməkdaşlıq səylərinə transformasiya olunur
2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirlərinin ardından ortaya çıxan regional reallıqlar özündə həm də qlobal siyasi-iqtisadi perspektivi əks etdirməyə başladı. Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası formalaşdıran Bakı əməkdaşlıq tezisləri irəli sürdü. Xüsusilə, Şərq-Qərb kontenti üzrə Zəngəzur dəhlizinin istifadəyə verilməsi gələcək üçün yeni üfüqlər vəd edir. O baxımdan ki, “Azərbaycandan Azərbaycana quru keçid kimi” müəyyənləşəcək dəhliz qlobal ticari aortanın da mühüm hissəsini təşkil edəcək. Bu nöqteyi-nəzərdən dəhlizlə bağlı müzakirələr aktuallığını daim qorumaqdadır. Dəhlizin ən üstün cəhətlərindən biri isə Cənubi Asiya da daxil olmaqla Şərqin mühüm bir hissəsini Avropayla birləşdirməsi, və iki kontingent arasında ən əlverişli, qısa və optimal ticarət logistikası olmasıdır. Xüsusilə, son illərdə baş verən bir sıra kataklizmlər, iqtisadi-siyasi, eyni zamanda, hərbi transformasiyalar Şərq-Qərb kommunikasiya sisteminin daha fəal şəkildə inkişafına təkan verib. “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Şərqdən Qərbə uzanan yol müasir iqtisadi sistemdə həyati dərəcədə əhəmiyyət kəsb etməyə başlayıb. Bu amil bütün dünya tərəfindən qəbul edilir və yüksək qiymətləndirilir. Nəticə etibarı ilə yolun şaxələndirilməsi, daha da rentabelli edilməsi, regional coğrafiyasının genişləndirilməsi müzakirə predmeti kimi ön sıraya çıxır. Ortada olan mühüm suallardan biri isə dəhlizin işləmə mexanizmidir.
Fərqli dövlətlər bu “formatı” fərqli şəkildə, daha çox öz məqsədlərinə uyğun şəkildə tənzimləməyə çalışsa da, Azərbaycanın burada da özünəməxsus mövqeyi var. Biz, azad, təhlükəsiz keçid məsələsində israrlıyıq.
Niyə Barrak “danışdı”?
Görünən budur ki, Zəngəzur dəhlizinin cəlbediciliyi hətta okeanın digər sahilləri üçün də böyük maraq kəsb edir. Belə ki, ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda keçirilən brifinq zamanı deyib ki, ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib. O, hər iki tərəfin - Azərbaycan və Ermənistanın dəhlizlə bağlı müxtəlif təkliflər etdiyini bildirib. “Bu halda ABŞ deyir: Yaxşı, biz onu təhvil alacağıq. Bizə 32 kilometr yolu 100 illik nəzarət üçün verin”. Onun sözlərinə görə, ABŞ Zəngəzur dəhlizini nəzarətə götürsə, tərəflər buradan rahatlıqla istifadə edə bilərlər.
Qeyd edək ki, bu fikrin məhz Tom Barrak tərəfindən səsləndirilməsi də xüsusi bir anlam daşıyır. Çünki Barrak da tanınmış biznesmen və Donald Trampın köhnə dostudur. 78 yaşlı Barrak əslən Kaliforniyadandır, lakin Livan xristian ailəsindəndir - ərəb dilini mükəmməl bilir. Bu isə ona Yaxın Şərqdə bir çox danışıqlarda kömək edir. 2017-ci ildə Barrak Trampın inauqurasiya komitəsinə rəhbərlik edib və onun ən yaxın məsləhətçilərindən biri olub. ABŞ-ın Türkiyədəki səfiri həm də Yaxın Şərq elitaları ilə yaxın əlaqələri ilə tanınır və Trampın ərəb dövlət başçıları ilə münasibətlərdə qeyri-rəsmi köməkçisi kimi şöhrət qazanıb. 2022-ci ildə o, xarici agent kimi qeydiyyatdan keçmədən BƏƏ üçün lobbiçilik etmək və FTB-yə yalan ifadələr vermək ittihamları ilə günahlandırılsa da, sonda bəraət alıb.
Ağ Evin marağı: Cənubi Qafqazda yeni dönəm...
Bəli, Zəngəzur dəhlizi yeni nizam üçün yeni iqtisadi transformasiya sayılır - başqa sözlə, bu yol Şərq üçün Qərb yolu, Qərb üçün isə Şərq yoludur. Azərbaycan isə apardığı uğurlu siyasi kurs nəticəsində Cənubi Qafqazı bütövlükdə, mühüm bir geostrateji məkan səviyyəsinə qaldırıb - bölgəni yeni siyasi, iqtisadi və ticari dövrün “açar bölgəsi”nə çevirməyi bacarıb. Azərbaycan yeni iqtisadi-siyasi xəritə təqdim edir - burada təhlükəsizliyin təmini, iqtisadi əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, yeni platformaların təşkili və çoxşaxəli münasibətlərin qurulması öncül yerləri tutur. Azərbaycan böyük bir kommunikasiya xəttinin əsas stansiyalarını təyin edir.
Məhz bu qətiyyətli iradə bütün çətinliklərin öhdəsindən, ortadakı bütün “problemlərin” aradan qalxmasına şərait yaradır. ABŞ-ın bölgəyə bu qədər açıq kontekstdə maraq göstərməsi də məhz bu fenomenal üstünlüklərə əsaslanır. Bir müddət öncəyə qədər bölgəmiz böyük güclərin maraq müstəvisində mübarizə meydanı idisə, bu gün irəli sürülən əməkdaşlıq təkliflərini eşidirik. Bayden-Blinken administrasiyası dövründə ABŞ rəhbərliyi qeyri-adekvat münasibətlə, birtərəfli mövqe ilə, başqa sözlə Ermənistanı özünün siyasi vassalı etməklə Cənubi Qafqazda sadəcə siyasi “boy göstərmək” istəyirdisə, artıq situasiya dəyişib. İkitərəfli təmaslar Ermənistan-Azərbaycan münasibətlərində yeni konturlar müəyyənləşdirib:
- Birmənalı şəkildə qəbul olunur ki, Bakının iradəsindən kənar bölgədə hər hansı mümkün hərəkət trayektoriyası cızmaq mümkün deyil;
- Sülh müqaviləsi imzalanacaq: Bakının irəli sürdüyü şərtlər və reallıqlar fonunda;
- Türkiyə-Azərbaycan birliyi regionun əsas güc mərkəzi kimi qəbul edilir;
- Nəhayət, Zəngəzur dəhlizinin “açarı” məhz Azərbaycanın əlindədir...
Zatuluni “dindirən” amil...
Siyasi analitiklər bu günün mənzərəsində sülh müqaviləsinin razılaşdırılması imkanlarını Zəngəzur dəhlizinə nəzarət məsələsindən daha öndə qiymətləndirir. Bəlli olduğu kimi, əgər ABŞ bununla bağlı hansısa “təklif” irəli sürürsə, Bakı ilə İrəvan müzakiərlər aparırsa, bəzi dövlətlər bu mövzu haqda Ermənistan ilə ultimativ ritorika ilə danışır, buna özünün “haqqının” çatdığını dlüşünür. Diqqət yetirsək, ABŞ səfirinin açıqlamasına birinci reaksiya Rusiya Dumasının üzvündən - “məşhur” Konstantin Zatulindən gəldi. O bildirib ki, “ABŞ-ın Türkiyədəki səfiri Tom Berrikin Ermənistanla Azərbaycan arasında nəqliyyat dəhlizinin 100 illik icarəyə götürülməsi və bu yolla danışıqlara təkan verilməsi təklifi sadəcə siyasi blef deyil, real plan ola bilər”. Zatulin qeyd edib ki, ABŞ səfirinin bəyanatının arxasında “hazırkı Azərbaycan və Ermənistan rəhbərliyinin bu variantla razılığı dayanır”.
“Düşünürəm ki, bu, tamamilə real perspektivdir. Hətta hesab edirəm ki, son vaxtlar Rusiya ilə Ermənistan və eləcə də Rusiya ilə Azərbaycan arasında münasibətlərdə baş verən gərginliklər məhz bununla əlaqədardır. Yəni Ermənistan və Azərbaycan tərəfi süni şəkildə gərginlik yaradaraq Zəngəzur dəhlizi məsələsində Moskvadan soruşmamağa çalışır. Məncə, ABŞ-ın Türkiyədəki səfiri sadəcə olaraq artıq razılaşdırılmış məsələləri dilə gətirib”, - deyə Zatulin yekunlaşdırıb.
Belə iddialar “siyasi qabaqdangəlmişlik”dən uzağa gedə bilməz. Daima ermənipərəst mövqedən çıxış edən Zatulin prosesə amerikalı diplomatın açıqlaması üzərindən daxil olmaq şanslarını araşdırır. Çünki Zatulin də yaxşı bilir ki, Azərbaycan hər zaman özünün milli maraqlarına istinad edir, özünün mənafeyini əsas götürür. Zəngəzur dəhlizi layihəsi də Bakının təşəbbüsü ilə irəli sürülüb və bu təşəbbüsün reallaşması Ermənistanın fərqli xarici güclərindən, o cümlədən də, Moskvanın orbitindən uzaqlaşmasına gətirib çıxaracaq. Bu isə heç kimə, hətta Zatulinə belə sərf etmir - çünki belə olan halda, Cənubi Qafqaz strateji bölgə olaraq özünü güc mərkəzi kimi təsdiqləyəcək, Azərbaycan isə bu güc mərkəzinin lideri kimi qlobal gündəmi müəyyənləşdirəcək.
Avropa tələsir...
Zəngəzur dəhlizi ilə bağlı ABŞ və Rusiya ilə paralel Avropanın da maraqlarına diqqət yetirmək olar. Təsadüfi deyildi ki, yaxın keçmişə qədər Avropa da dəhlizə “nəzarət”lə bağlı təkliflər irəli sürürdü. Hətta Fransa özünün bir neçə “müstəqil” şirkətinin bu missiyanı üstlənmə imkanlarını irəli sürmüşdü. Həmin dövrdə də Azərbaycan buna qətiyyətlə etiraz etmiş, prosesin axarının məhz Bakının iradəsi əsasında müəyyənləşdiyini növbəti dəfə ortaya qoymuşdu.
İndiki halda, Avropa İttifaqı, dolayısı ilə Fransa çox narahatdır. Əbu-Dabi görüşünün ardından Paşinyanın Brüssel-Paris marşrutu üzrə hərəkəti də bunu təsdiqləyir. Bəlli olduğu kimi, erməni baş nazirdən tələb olunan izahatlardan biri və bəlkə də birincisi Zəngəzur dəhlizi ilə bağlı olub. Bu isə onu göstərir ki, Aİ də hələ ki, “nələrəsə” ümid edir və ya Zəngəzur dəhlizinin açılmasından “pay” umur.
Bu da təsadüfi deyil. Diqqət yetirsək, Zəngəzur dəhlizi ABŞ ilə müqayisədə Avropa üçün daha strateji anlam kəsb edir. İstər yükdaşımalarında, istərsə də digər ticarət mübadilələrində ən qısa yolun seçilməsi Avropaya iqtisadi baxımdan da böyük mənfəət vəd edir. Bir neçə ay öncə Almaniya prezidenti Frank-Valter Ştaynmayer Bakıda keçirilən mətbuat konfransındakı çıxışında bildirmişdi ki, Azərbaycan inkişaf edərək mühüm məkana çevrilib və buradan olduqca vacib ticarət yolları keçir, öz növbəsində həmin amil dünyanın birləşməsinə əsas ola bilər: “Biz iqtisadi-ticari münasibətlərimiz haqqında danışdıq. Yalnız Mərkəzi Asiya ilə deyil, həm də Uzaq Şərqlə, o cümlədən Cənub-Qərbi Asiya və Çinlə Almaniyanın ticarət əlaqələrində ölkənizin rolu var. Bilirik ki, hazırkı mövcud yolların imkanları məhduddur. Ölkənizdən keçən yollar, həmçinin Orta Dəhlizin rolu alman iqtisadiyyatı üçün vacibdir, yaxşı perspektivdir və bu, daha maraqlı olacaq”.
Türkiyə və Suriya vasitəsilə Yaxın Şərq perspektivi...
Bəli, yeni nizamın ən təhlükəsiz marşrutu sayılan Zəngəzur dəhlizi regionda perspektivi yüksək görülən əməkdaşlıq platformaları formalaşdırır. Nəzərə alsaq ki, Suriya-Türkiyə-Azərbaycan əməkdaşlığı da gündəmdədir, bu mənada da Zəngəzur dəhlizi yeni ötürücü məsuliyyət üstlənə bilər. Başqa sözlə, dəhliz Avropa ilə Asiyanı birləşdirməklə yanaşı, Yaxın Şərq regionunun da adıçəkilən qütlblərlə əlaqəsini genişləndirəcək. Türkiyə vasitəsilə təkcə Avropaya deyil, eləcə də Yaxın Şərqə çıxış imkanı qazanacaq layihə tərəfdaşları bu üstünlükdən də yararlanmış olacaqlar. Nəticə etibarı ilə, Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm bir komponenti halına gələcək Zəngəzur dəhlizinin reallaşması dünya üçün yeni iqtisadi reallıqlar vəd edir. Ona nəzarət isə Bakının iradəsindən kənar mümkün deyil...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

