İordaniya Haşimilər Krallığının Nümayəndələr Palatasının sədri Milli Məclisdə olub
22.06.2026 [15:29]
İyunun 22-də ölkəmizdə rəsmi səfərdə olan İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Əl-Qadinin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisə gəlib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Nümayəndələr Palatasının sədri əvvəlcə Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Ulu Öndər Heydər Əliyevin adını daşıyan xatirə zalına gələn qonaqlar burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlara baxıblar.
Nümayəndələr Palatasının sədri Mazen Torki Əl-Qadi buradakı Xatirə kitabına ürək sözlərini yazıb.
Geniş tərkibdə görüşdə Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, bu gün Azərbaycanın qazandığı uğurlar Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir. Milli Məclisin sədri iki dost və qardaş ölkələr olan Azərbaycan ilə İordaniya arasında ikitərəfli münasibətlərin yüksək səviyyəyə çatdığını, bu sahədə ölkə başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin mühüm rol oynadığını vurğulayıb.
Bildirilib ki, ölkələrimiz arasında BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək də məmnunluq doğurur.
Sədr ölkələrimiz arasında parlamentlərarası əlaqələrin mövcud səviyyəsini yüksək dəyərləndirib, bu münasibətlərin dərinləşməsində qarşılıqlı səfərlərin rolunu və parlament dostluq qruplarının fəaliyyətini vurğulayıb. O, İordaniya parlamentinin Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin işində yaxından iştirakından məmnunluğunu bildirib.
İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Əl-Qadi Azərbaycana səfərə dəvətə və görüşə görə təşəkkürünü bildirib. Prezident İlham Əliyevlə görüşünə dair təəssüratlarını bölüşən qonaq iki ölkə arasındakı münasibətlərin dövlət başçılarımızın təşəbbüsləri və səyləri ilə inkişaf etdiyini vurğulayıb. Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının əhəmiyyətindən danışan Mazen Torki Əl-Qadi bu tədbirin mühüm məsələlərin müzakirəsində vacib platforma olduğunu diqqətə çatdırıb.
Nümayəndələr Palatasının sədri parlamentlər arasında əlaqələrin inkişafı, qanunvericilik sahəsində təcrübə mübadiləsi, investisiyaların təşviqi, humanitar, gənclərlə iş sahələrində əməkdaşlıq və digər mövzularda fikirlərini açıqlayıb. O, bu səfərin və Azərbaycan parlamentinin sədri ilə görüşünün parlamentlər arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkan olduğunu vurğulayıb.
Söhbət zamanı, həmçinin parlamentlərin komitələri və dostluq qrupları arasında əməkdaşlıq imkanlarına diqqət yetirilib. O cümlədən beynəlxalq parlament təşkilatlarında qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

