18-ci paket təsdiqləndi
19.07.2025 [09:16]
Rusiyaya qarşı yeni sanksiyalarda nələr var?
Avropa İttifaqına (Aİ) üzv ölkələr Rusiyaya qarşı 18-ci sanksiyalar paketini qəbul ediblər. Qeyd edək ki, 18-ci sanksiyalar paketi Slovakiyanın razılıq verməməsi səbəbindən indiyədək qəbul edilməmişdi. Slovakiya sanksiyalara razılıq vermək üçün Avropa Komissiyasının Rusiya qazına idxal qadağası planı nəticəsində iqtisadi zərər yaranacağı təqdirdə, bunun kompensasiya olunmasına dair vəd tələb edirdi. Avropa Komissiyası bu tələblərin yerinə yetirildiyini açıqlasa da, Slovakiyanın Baş naziri Robert Fitso bu vədləri kifayət qədər inandırıcı saymamışdı. O, bəyan etmişdi ki, ölkəsi üçün istisna maddəsinin tətbiqi ən doğru yol olardı. Bu istisna Slovakiyaya Rusiyanın “Qazprom” şirkəti ilə imzaladığı mövcud müqaviləni 2034-cü ilədək qüvvədə saxlamağa imkan verməlidir.
Slovakiya güzəştlər qarşılığında razılıq verib
Daxili müzakirələrdən sonra Slovakiya yeni sanksiyaların təsdiqlənməsinə “yaşıl işıq” yandırdı. İyulun 17-də ölkənin Baş naziri Robert Fitso “Facebook” sosial şəbəkəsində yayılmış videomüraciətində “Mən Avropa İttifaqındakı nümayəndələrimizə 18-ci sanksiyalar paketinə yol açmaq üçün təlimat verirəm”, - deyə bəyan edib. Fitso qeyd edib ki, Rusiyaya qarşı yeni sanksiyaları bloklamağa davam etmək Avropa Komissiyası ilə enerji resursları üzrə danışıqlar kontekstində əks-məhsuldar addım olar.
Xarici KİV-lərin yazdığına görə, Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalarının qəbul edilməsini ləngidən Slovakiya “güzəştlər”dən sonra buna razılıq verib. Bildirilir ki, Slovakiyanın vetosu sanksiyalar paketinin qəbul edilməsini ləngidirdi, lakin sonradan Bratislavanı əmin ediblər ki, Rusiya qazının idxalına tam qadağa planı yeni sanksiyalar paketinə uyğun şəkildə həyata keçirilərsə, o, ağır iqtisadi və maliyyə nəticələrindən narahat olmaya bilər. KİV-lərin məlumatına əsasən, Slovakiyanın Baş naziri Robert Fitso planın qarşısını ala bilməyəcək, çünki onunla bağlı qərarlar sanksiyalardan fərqli olaraq səs çoxluğu ilə qəbul edilir.
Kaya Kallas məmnun görünür
Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas isə “X” sosial şəbəkəsindəki hesabında Rusiyaya qarşı ən sərt sanksiyalardan birini təsdiqləndiyini yazıb: “Biz Kremlin hərbi büdcəsini azaltmağa davam edirik, kölgə donanmasının daha 105 gəmisini, onların köməkçi vasitələrini siyahıya daxil edir və Rusiya banklarının maliyyələşməyə çıxışını məhdudlaşdırırıq”. Onun sözlərinə görə, sanksiya siyahısına Rusiyanın “Şimal axını” qaz kəmərləri və Hindistandakı “Rosneft” neft emalı zavodu daxil edilib. “Şimal axını” qaz kəmərləri qadağan ediləcək. Biz Rusiya hərbi sənayesinə, sanksiyalardan yan keçməyə imkan verən Çin banklarına getdikcə daha çox təzyiq göstəririk və pilotsuz uçuş aparatlarında istifadə olunan texnologiyaların ixracına mane oluruq”, - deyə Kallas bildirib.
Qeyd edək ki, Rusiyaya qarşı yeni sanksiya paketi çərçivəsində Avropa İttifaqı sanksiyalardan yan keçməyə görə daha 26 şirkəti məhdudlaşdırıcı tədbirlər siyahısına daxil edib. Bu barədə “Euroactiv” nəşri Aİ Şurasındakı mənbəyə istinadən məlumat yayıb. Onlardan 11 şirkət Rusiya xaricində yerləşir: Çində 7, Honkonqda 3 və Türkiyədə 4 şirkət, həmçinin Hindistanda Rusiyaya məxsus neft emalı zavodu buraya daxildir. Bu şirkətlər Rusiyanın hərbi-sənaye kompleksi üçün tədarük həyata keçirməkdə şübhəli bilinir.
Aİ hesab edir ki, bu, Moskvanın ikili təyinatlı texnologiyalara çıxışını məhdudlaşdırmağa imkan verəcək. Yeni paketə Rusiyanın “kölgə donanması”nın daha 105 gəmisinin daxil edilməsi ilə qadağan edilmiş gəmilərin sayı 400-ü keçir. Sanksiya paketi Rusiyanın 22 bankı ilə əməliyyatlara da qadağa qoyur. Beləliklə, yeni sanksiyalar paketi fiziki və hüquqi şəxslərin siyahısının genişləndirilməsini, Rusiya neftini daşıyan tankerlərə və bir sıra banklara qarşı məhdudiyyətləri, həmçinin ikili təyinatlı mal və texnologiyalara qarşı yeni ixrac məhdudiyyətlərini nəzərdə tutur.
19-cu sanksiyalar paketi üzərində iş başlayıb
May ayında təsdiqlənmiş 17-ci sanksiya paketinə isə “kölgə donanması”ndan olan 189 gəmi daxil edilmişdi. Paketə “hibrid təhdidlərlə mübarizə və insan hüquqlarının müdafiəsi” tədbirləri də daxildir. Bundan başqa, bu sanksiyalar Rusiyanın davam edən müharibəsinin xərclərini də artırmağı hədəfləyib - bu, həm də Aİ-nin Ukraynaya davamlı və sarsılmaz dəstəyinin bariz siqnalı kimi xarakterizə olunur. Paketdə fiziki və hüquqi şəxslərin sanksiya siyahısı da genişləndirilib. Paketə, həmçinin Rusiyanın hərbi-sənaye kompleksinə birbaşa və ya dolayı dəstək verən və ya sanksiyalardan yayınmada iştirak edən 31 yeni şirkət də daxil edilib. Fərdi sanksiyalar üzrə siyahıya isə daha 75 şəxsin adı əlavə olub. Belə ki, Rusiya Müdafiə Nazirliyinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunları, 27-ci Mərkəzi Elmi-Tədqiqat İnstitutu və 33-cü Mərkəzi Tədqiqat və Sınaq İnstitutu da sanksiyaların hədəfi sırasındadır. Bütün bunların ardınca, 18-ci sanksiyaların paketinin təsdiqlənməsi Rusiyaya ciddi zərbə ola bilər.
Nəzərə alaq ki, 18-ci sanksiyalar paketi təsdiqləndikdən dərhal sonra Avropa İttifaqı növbəti məhdudlaşdırıcı tədbirlər paketi üzərində işləməyə başlayıb. Bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna bildirib. O, Rusiyaya qarşı 19-cu sanksiyalar paketi üzərində işin başladığını təsdiqləyib və Avropa İttifaqının “yarımçıq tədbirlərlə kifayətlənməyəcəyini” bəyan edib. Avropa İttifaq hesab edir ki, Rusiyanın işğalçı siyasətini dayandırmaq üçün sanksiyaları daha da gücləndirmək lazımdır.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 Yanvar 23:31
Xəbər lenti
21 Yanvar 23:11
İqtisadiyyat
21 Yanvar 22:41
Dünya
21 Yanvar 22:26
Xəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21

