İstanbulda növbəti görüş
22.07.2025 [09:28]
Rusiya və Ukrayna bu dəfə anlaşacaq?
Yaxın zamanda Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə İstanbul danışıqlarının üçüncü raundu baş tuta bilər. Qeyd edək ki, Rusiya və Türkiyə KİV-ləri müxtəlif diplomatik mənbələrə istinadən xəbər verir ki, bu həftə ərzində - 23 və ya 24 iyul tarixlərində İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında növbəti görüşün keçirilməsi gözlənilir. Hər iki ölkənin nümayəndə heyətlərinin tərkibi barədə hələ dəqiq məlumat verilməyib. İddialara görə, Ukrayna tərəfi Rusiyaya yaxın günlərdə İstanbulda növbəti dəfə görüşməyi təklif edib. Kremlin təklifi qəbul etdiyi bildirilir. Xatırladaq ki, İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin son görüşü iyunun 2-də baş tutmuşdu. Bu görüşdə hər iki tərəf bir sıra məsələləri müzakirə etməklə yanaşı, müharibəni dayandırmaq və dayanıqlı atəşkəsi təmin etmək üçün bir-birinə özlərinin şərtlərini ehtiva edən memorandum təqdim etmişdilər. İstanbul danışıqlarının birinci və ikinci raundunda qarşılıqlı silahlı hücumların səngiməsi istiqamətində heç bir ciddi nəticə əldə olunmayıb. Əksinə, cəbhədəki vəziyyət əvvəlki dövrlərə nisbətən daha da kəskinləşib.
Arxa fonda danışıqlar davam edir...
Məsələ ilə bağlı politoloq Asəf Nərimanlı “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, münaqişə tərəfləri arasında təmaslar var, amma danışıqlar prosesi dalana dirənib. “Rusiya ilə Ukrayna arasında qarşılıqlı silahlı hücumların kəskinləşdiyi bir zamanda münaqişə tərəflərinin yenidən bir masa arxasına gəlməsi ehtimalı zəif görünür. Demək olar ki, Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi dalana dirənib. Bunun əsas səbəblərindən biri Moskvanın maksimalist tələblər irəli sürməsidir. Məhz bu səbəbdən son zamanlar Tramp administrasiyası Rusiyaya qarşı ritorikalarını sərtləşdirib. Lakin Ağ Ev Moskvaya qəzəbli olsa da, yenə də Kreml ilə təmasları davam etdirir. Trampın Putinə 50 gün vaxt verməsi Rusiyanın Ukrayna ilə yenidən danışıqlar masası arxasına gəlməsi üçün münasib şərait yaradır. Yəni Kremlə şans verir. ABŞ-ın hazırkı administrasiyasının Ukrayna ilə bağlı strateji siyasi xətti əsasən bu ölkədə müharibəyə son verməkdir. Tramp bunu qarşısına məqsəd kimi qoyub. Ukrayna cəbhəsində döyüşlərin daha da şiddətlənməsinə, eləcə də Vaşinqton-Moskva münasibətlərində vəziyyətin gərgin qalmasına baxmayaraq, Rusiya, Ukrayna və ABŞ arasında arxa fonda təmaslar davam edir,” - deyə A.Nərimanlı bildirib.
Tərəflər üçün məqbul məkan...
A.Nərimanlı hesab edir ki, İstanbul həm Ukrayna, həm Rusiya, həm də ABŞ üçün daha məqbul görüş yeridir: “Danışıqların növbəti raundu, sözsüz ki, yenə də İstanbulda baş tutacaq. Bunu bir neçə kontekstdə qiymətləndirmək olar. Birincisi, Türkiyə bu münaqişədə neytral bir mövqe tutub və dəfələrlə münaqişə tərəflərini müharibəni dayandırmağa və məsələləri yalnız danışıqlar yolu ilə həll etməyə çağırıb. İkincisi, Ankara müharibənin ilk günlərindən bəri Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin təşkilində vasitəçilik etməyə hazır olduğunu bəyan edir. Üçüncüsü, həm Kiyev, həm də Moskva Türkiyənin danışıqlarda vasitəçilik etməsində maraqlıdır. Xüsusilə, Moskva növbəti İstanbul danışıqlarında vaxtilə - 2022-ci ildə İstanbulda qəbul edilən protokolun yenidən nəzərə alınmasını və qarşı tərəf ilə anlaşmaların bu protokol çərçivəsində razılaşdırılmasını istəyir. Dördüncüsü isə Türkiyə ABŞ-ın hərbi-strateji müttəfiqidir. Bütün bu aspektlər baxımından, İstanbul hər üç ölkə üçün daha məqbul hesab olunur”.
“Əgər İstanbulda danışıqların növbəti raundu keçirilərsə, ola bilər ki, bu görüşdə Moskva öz maksimalist tələblərindən müəyyən qədər geri çəkilsin, amma danışıqlar masasında ciddi bir dəyişiklik baş verməyəcək. Tərəflərin atəşkəs məsələsində ümumi razılaşmaya gəlməsi ehtimalı yoxdur,” - deyə A.Nərimanlı vurğulayıb.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17

