1 əsrlik mübahisə yenidən qızışır
25.07.2025 [09:12]
Tailand - Kamboca sərhədində gərginlik
Cənub Şərqi Asiyada yenidən vəziyyət gərginləşib. Kamboca ilə Tailand arasındakı mübahisəli ərazidə iki ölkənin hərbçiləri arasında atışma olub. Tailand ordusu atəşi ilk olaraq Kamboca əsgərlərinin başlatdığını açıqlayıb. Kamboca Müdafiə Nazirliyi də öz növbəsində açıqlama yayaraq, mübahisəli ərazidə sərhəd zonasında atışma olduğunu bildirib.
Qeyd edək ki, Tailand və Kamboca bir əsrdən artıqdır ki, 800 kilometrdən çox (500 mil) quru sərhədi boyunca bir neçə demarkasiya edilməmiş ərazilər üzərində suverenliklə bağlı mübahisə edir və bu da bir neçə toqquşmaya səbəb olub. İki tərəf Zümrüd üçbucağı kimi tanınan ərazi (Tayland, Kamboca və Laos sərhədlərinin kəsişdiyi yer) üzərində mübahisə edir.
Məbəd “savaşı”...
Vurğulandığı kimi, iki ölkə arasında tarixi torpaq problemi əsasən sərhəd mübahisələri və qədim məbədin aidiyyəti məsələsi üzərində fokuslanır. Problem xüsusilə Preah Vihear məbədi (Kamboca dilində “Prasat Preah Vihear”) ətrafında uzun illərdir davam edən mübahisə ilə tanınır. Qeyd edək ki, məbəd 11-ci əsrdə İnduizm inancına əsasən tikilib və Khmer imperiyası dövrünə aiddir. Məbəd dağlıq ərazidə yerləşir və Tailand-Kamboca sərhədinə çox yaxın mövqedədir. 1904-1907-ci illərdə fransızlar (Fransa koloniyası olaraq Kamboca) və siamlilər (bu günkü Tailand) sərhədləri müəyyən etməyə çalışan zaman hazırlanmış xəritədə Preah Vihear Kambocaya aid göstərilirdi.
1950-ci illərdə Banqkok Preah Vihear məbədi ərazisini ilhaq etdi. Kamboca 1959-cu ildə məsələni Beynəlxalq Ədalət Məhkəməsinə (ICJ) çıxardı. 1962-ci ildə məhkəmə Preah Vihear məbədinin Kambocaya aid olduğuna qərar verdi. Tailand bu qərara qarşı narazılıq bildirsə də, məbədi boşaltmağa məcbur oldu.
2008-ci ildə UNESCO Preah Vihear məbədini Dünya İrsi Siyahısına daxil etdi - bu da Tailandda millətçi reaksiyaya səbəb oldu. Sərhəd boyunca ordular yerləşdirildi, çoxsaylı silahlı toqquşmalar baş verdi. 2011-ci ildə hərbi gərginlik daha da artdı, mülki əhali ərazidən təxliyə edildi, itkilər baş verdi. Kamboca yenidən Beynəlxalq Ədalət Məhkəsinə müraciət etdi - 2013-cü ildə məhkəmə məbəd ətrafındakı yüksək ərazinin də Kambocaya aid olduğu açıq şəkildə tanınmalı, Tailandın oradan çəkilməli olduğunu bəyan edib. Son illər siyasi dialoq və regional əməkdaşlıq vasitəsilə tərəflər arasında gərginlik azalmışdı. Hər iki ölkə ASEAN üzvü olaraq mübahisənin diplomatik yollarla həllinə üstünlük verdiyini bildirirdi. Lakin sərhəd məsələsində xəritə və hüquqi interpretasiya fərqlilikləri hələ də müəyyən dərəcədə qalmaqdadır.
Təyyarələr qalxır, yollar bombalanır...
Son günlərdə yenidən başlanan gərginlik nəticəsində Kamboca ilə həmsərhəd olan Tailandın dörd əyalətinin hakimiyyət orqanları sakinlərin təxliyəsini elan edib. Eləcə də sərhəd toqquşmaları fonunda bütün nəzarət-buraxılış məntəqələri bağlanıb. Bu barədə “Reuters” agentliyi Tailandın kontr-admiralı Surasant Kongsiriyə istinadən yazıb. Onun sözlərinə görə, 24 iyul səhər saatlarında Kamboca Tailand istiqamətində pilotsuz uçuş aparatları buraxıb və Tailand döyüşçülərinə qumbaralar ilə hücum edib, bu səbəbdən ölkənin Silahlı Qüvvələri cavab atəşi açmağa məcbur olub. Tailandın Surin əyalətinin səlahiyyətliləri Kambocanın bir kəndi artilleriya atəşinə tutması nəticəsində iki yerli sakinin həlak olduğunu da bildirib. Tailand ordusu Kamboca əsgərlərinin atəş açdığını, iki Tailand əsgərinin yaralandığını yayıblar. Eyni zamanda, Kamboca Müdafiə Nazirliyinin sözçüsü Tailand qoşunlarının səbəbsiz müdaxilə etdiyini və Kamboca qüvvələrinin özünümüdafiə üçün cavab verdiyini bildirib.
Məlumata görə, toqquşmalar başlayandan sonra Tailand ordusuna məxsus F-16 qırıcısı Kambocadakı hədəflərə hücum edib. Tailand ordusunun məlumatına görə, hərbi hədəf vurulub. Öz növbəsində Kamboca Müdafiə Nazirliyi döyüş təyyarələrinin yola iki bomba atdığını bildirib.
Qeyd edək ki, bu ilin may ayında qısamüddətli atışmada Kamboca əsgəri öldürülmüşdü. Ötən həftə isə Tailand Kambocanı mübahisəli əraziyə mina yerləşdirməkdə və üç əsgəri yaralamaqda ittiham edib. Kamboca iddiaları rədd edərək, əsgərlərin razılaşdırılmış marşrutlardan azdığını bildirib. Sərhəddəki qarşıdurmalar isə Tailandın iyulun 23-də Kambocadakı səfirini geri çağırması və Kambocanın Banqkokdakı səfirini geri çağırması ilə başlayıb.
SADİQ
Xəbər lenti
Hamısına baxGündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25

