Türkiyənin Yaxın Şərqdə mövqeləri güclənir
26.07.2025 [10:30]
Rəsmi Dəməşq Türkiyəni təhlükəsizlik təminatçısı kimi qəbul edir
Suriyada Əsəd rejimi devrildikdən sonra ölkə hələ də qeyri-sabitlik şəraitindədir. Yeni hakimiyyət indiyədək daxili sabitliyi təmin edə bilməyib. Ona görə də, rəsmi Dəməşq regionda böyük güc sahibi olan Türkiyəyə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, o cümlədən İŞİD terrorçuları ilə mübarizədə dəstək xahişi ilə müraciət ediblər. Bu barədə iyulun 23-də Türkiyənin Milli Müdafiə Nazirliyindəki mənbələr məlumat verib. Müdafiə Nazirliyi Türkiyənin Suriyanın müdafiə potensialına töhfə verməyə davam etdiyini qeyd edib: “Ankara Suriyanın yeni hökuməti ilə sıx əlaqədədir. Suriya hərbçilərinin təlimi, həmçinin orduya məsləhət və texniki dəstək göstərilməsinə dair addımlar atılır”.
Hərbi əməkdaşlıq sazişi imzalana bilər
Türkiyə Müdafiə Nazirliyi qonşu ölkənin siyasi birliyi və ərazi bütövlüyünün Türkiyə üçün prioritet olaraq qaldığını vurğulayıb. “Ankara regionda davamlı sülh və sabitliyin təmininə töhfə verməyə davam edəcək”, - deyə Müdafiə Nazirliyindəki mənbələr əmin ediblər. Vurğulanıb ki, Türkiyə Suriyada, o cümlədən qonşu ölkənin şərq və şimal-şərq bölgələrində baş verən prosesləri diqqətlə izləyir.
“Hürriyyət” qəzeti isə yazır ki, Türkiyə və Suriya hərtərəfli hərbi əməkdaşlıq müqaviləsi imzalayacaq. Qəzet bu sənədin nə vaxt imzalanmasının nəzərdə tutulduğunu açıqlamayıb. Yazıda Ankara və Dəməşqin İsraildən Suriyanın təhlükəsizliyinə təhdidlər fonunda bu mühüm addımı atdığı qeyd edilir. “Hürriyət” xatırladır ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bundan əvvəl ölkəsinin Suriyada sabitliyi pozmaq və onu parçalamaq planlarına imkan verməyəcəyini bəyan etmişdi. Nəşr həmçinin qeyd edir ki, Suriyanın yeni hakimiyyət orqanları terrorla mübarizədə kömək üçün Türkiyəyə üz tutub.
Əslində, Suriya Türkiyədən dəstək istəyən ilk dövlət deyil. İllər öncə Liviyanın qanuni hökuməti də rəsmi Ankaradan dəstək istəyib və tərəflər arasında imzalanmış sənədə əsasən türk ordusu həmin ölkədə mühüm əməliyyatlar həyata keçirib. Müəyyən imperialist güclər Türkiyənin Liviyada varlığına əngəl olmağa çalışsalar da, buna nail ola bilmədilər.
Vaşinqtonun mövqeyi nədir?
İndi də Suriyada xaos yaratmağa, pozuculuq fəaliyyəti ilə məşğul olmağa çalışan qruplar var. Onlar bu yolla Suriyanı zəif salmağa, mərkəzi hakimiyyəti devirməyə, nəticədə Suriyanın parçalanmasına zəmin hazırlamağa səy göstərirlər. Türkiyənin xarici işlər naziri Hakan Fidan belə qüvvələrə xəbərdarlıq edərək deyib ki, ölkəsinin təhlükəsizliyinə təhdid olarsa, Türkiyə müdaxilə edəcək: “Xaosdan muxtariyyət, müstəqillik çıxarmağa çalışan və bunun üçün də hər şeyi yandırıb yıxmağa hazır olan bir perspektivdə olmayın”. H.Fidan diplomatiya yolu ilə danışılacaq çox şey olduğunu da vurğulayıb: “Zorakılıqdan istifadə edərək bölgədə sabitliyi pozsanız, biz bunu öz milli təhlükəsizliyimizə birbaşa təhdid olaraq qəbul edib müdaxilə edərik”.
Türkiyənin Suriyaya mümkün müdafiə dəstəyi ilə bağlı ABŞ-ın Ankaradakı səfiri Tom Barrak deyib ki, Vaşinqtonun Suriya ilə Türkiyə arasında müdafiə sazişinin bağlanması imkanı ilə bağlı heç bir mövqeyi yoxdur: “ABŞ qonşu ölkələrə nə etməli olduqlarını göstərməkdə maraqlı deyil”. Bu, Türkiyənin perspektivdə Suriyada təhlükəsizliyini qorumaq üçün əsas da sayıla bilər.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Züriyə Qarayeva deyib ki, Suriya hökumətinin Türkiyədən rəsmi şəkildə hərbi və texniki dəstək istəməsi regionda təhlükəsizlik və diplomatik dinamikanın yeni mərhələyə keçdiyini göstərir. Dəməşqin bu addımı xüsusilə İŞİD və digər radikal silahlı qrupların yaratdığı təhdidlərin fonunda atılıb. Bu çərçivədə Türkiyə Milli Müdafiə Nazirliyi Suriyanın ərazi bütövlüyünü və siyasi birliyini dəstəklədiyini vurğulayaraq, terror təşkilatlarına qarşı mübarizədə konkret əməkdaşlıq mexanizmlərinin qurulduğunu bəyan edib.
Politoloq: Türkiyənin dəstəyi bölgədə sabitliyi gücləndirəcək
Onun sözlərinə görə, son dövrlərdə İsrailin, xüsusilə Suveyda bölgəsindəki hərbi fəaliyyəti və druz icması ilə mərkəzi hakimiyyət arasında artan gərginlik Suriyanın daxili sabitliyini daha da kövrəkləşdirib. Məhz bu fonda Ankara ilə Dəməşq arasında təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsi praktiki zərurət kimi dəyərləndirilir. Türkiyə tərəfi Suriyanın müdafiə qabiliyyətinin artırılması məqsədilə təlim, texniki məsləhət və digər dəstək vasitələrinin göstərilməsinə hazır olduğunu bildirib. “Bu cür əməkdaşlıq təkcə iki dövlət arasında ikitərəfli münasibətlərin normallaşması deyil, həm də bölgədə daha genişmiqyaslı sabitlik amilinin tərkib hissəsi kimi dəyərləndirilə bilər. Ankara üçün bu, həm sərhəd təhlükəsizliyinin təminatı, həm də terror təhlükəsinin mənbəyində neytrallaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Suriya üçün isə bu dəstək daxildə sabitlik yaratmaq və beynəlxalq təcriddən çıxış üçün yeni bir fürsət ola bilər”,-deyə politoloq vurğulayıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49

