Təxribatları qabaqlayan mesaj - Politoloqdan SENSASİON YAZI
28.08.2025 [16:07]
Ötən illər ərzində yığılmış təcrübəni və Prezident İlham Əliyevin siyasətçi kimi şəxsi keyfiyyətlərini nəzərə alaraq tərəddüd etmədən hamımız deyə bilərik ki, dövlət başçısının siyasi ritorikasında rast gəldiyimiz bütün fikirlərin konkret məqsəd və təyinatı var. Təsadüfi və ya hər-hansı bir hadisənin təsiri altında heç bir fikir səsləndirilmir. Yalnız müəyyən müddət keçəndən sonra və bəzi hadisələrə bilavasitə özümüz şahidlik edəndən sonra biz Prezident tərəfindən zamanında verilmiş bu və ya digər konkret mesajın əsl səbəb, təyinat və məqsədini anlaya bilirik.
Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibəsi də mühüm siyasi mesajlar ilə kifayət qədər zəngindir. Bəli, “informasiya maşını” durmadan çalışır, müsahibənin mətni tirajlanır, televiziya kanallarında verilişlər çəkilir, ekspert və politoloqlarımız isə öz şərhlərini verirlər. Ümumiyyətlə qeyd olunmalıdır ki, 44 günlük müharibə bizim mətbuatımızı çevikliyə alışdırıb və bu hal olduqca təqdirəlayiqdir. Bütün bunlara rəğmən nəzarətsiz sosial şəbəkələrin iş alqoritmi sayəsində biz dəfələrlə ona şahidlik etmişik ki, verilən mesajların siyasi vurğuları təhrif olunur və ictimaiyyətin diqqəti yanlış vurğuların üzərinə fokuslanır. Şübhəsiz ki, qərəzli və yanlış interpretasiyaların yayılması məsələsində psevdodemokrat, demaqoq və siyasi şoumenlər qabaqcıl mövqeyə malikdirlər.
Bu mənada Prezident İlham Əliyev tərəfindən sözügedən müsahibədə diqqət edəcəyimiz fikirlərin səsləndirilməsi heç də təsadüfi deyil: “2020-ci il müharibəsi bizim qələbəmizlə başa çatsa da, Azərbaycanda hələ də intiqam tələb edən insanlar var idi. Amma mən o vaxt xalqımıza müraciət edərək demişdim ki, biz intiqamı döyüş meydanında aldıq. Biz onların bizə etdiklərini etməyəcəyik, çünki onların bizə qarşı törətdikləri müharibə cinayətləri idi.” Bəli, bu mesajın da öz konkret ünvan və ya ünvanları var.
Əlbəttə ki, qlobal dəyişikliklər fonunda beynəlxalq nüfuzu artan və müstəqil siyasət aparacaq qədər gücə sahib olan ölkənin düşmənləri də olacaq. Sözügedən təsbit siyasi aksiomdur. Odur ki, Azərbaycanın və ümumiyyətlə bütün regionun inkişafında maraqlı olmayan dövlətlər üçün ölkəmizdə yaşanan siyasi sabitliyin pozulması hər zaman geostrateji məqsəd olacaqdır. Coğrafiyamızdan qaça bilmədiyimiz kimi, bu cür reallıqları da inkar edə bilmərik. Məhz elə buna görə də xalq və cəmiyyət olaraq həmrəyliyimizi hər zaman qorumalı, habelə istənilən təxribatlara hazır olmalıyıq. Odur ki, ölkəmizə düşmən gözü ilə baxan dövlətlər daim daxili təxribatlara yol açan mövzuların axtarışında olacaqlar. Məhz mövcud kontekstdə onların bu çirkin işlərində maşa kimi istifadə olunan bizim radikallarımız yada düşür. Onların adı “təklif”, “inkişaf”, “rifah”, “birlik”, “həmrəylik” kimi məfhumlar ilə bir arada qeyd olunmur. Təəssüf ki, radikal təfəkkür yalnız “ixtilaf”, “qalmaqal”, “deqradasiya”, “iğtişaş” və digər bu kimi anlayışlar ilə yanaşı yada salınır.
Ucuz demaqogiyanın əsas silahı emosional manipulyasiyalardır. Məhz buna görə də böyük ehtimal ilə təxribat xarakterli situasiyaların yaradılması üçün daim xalqın emosional duyğularından istifadə ediləcəkdir. Adekvatlıq, rasionallıq və perspektivliyini itirmiş radikal siyasətin tək ümidi emosional gərginlik fonunda manipulyasiyalar aparılmasıdır. Əslində heç də bizə çox uzaq olmayan keçmişdə buna dəfələrlə şahidlik etmişdik. Ancaq məkrli niyyətlilər cəmiyyətimizdə yaşanan həmrəyliyin qarşısında hər zaman məyus olub. Buna rəğmən onlar siyasətdən getməyib, əksinə daha böyük xainliklərə cılız imzalarını atıblar. Odur ki, Prezident İlham Əliyevin sözügedən mesajını nəzərə alaraq, böyük ehtimal ki, kuratorları tərəfindən yazılmış təlimat vərəqəsi əsasında bizim yaramazlarımızın növbəti informasiya təxribatlarının əsas mövzusu məhz “birgəyaşayış” məsələsi olacaqdır.
Prezident İlham Əliyev “biz intiqamı döyüş meydanında aldıq” ifadəsini səsləndirməklə əslində məsələ ilə bağlı dövlətin rəsmi mövqeyini bildirmiş və bununla da gələcəkdə mövcud istiqamətdə aparıla biləcək bütün qərəzli təxribatların qarşısını almış oldu. Yaramazların kuratorları unutmasınlar ki, hətta Avropada multikulturalizm ideyası böhran dövrünü yaşayan zaman belə bizim dövlətimiz bütün dünyada birgəyaşayışı tərənnüm edən multikultural dəyərləri təbliğ edirdi. Demək, dövlət başçısı növbəti dəfə öz xəbərdarlığını etdi.
Asif Adil,
Politoloq
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

