“Sarı Jiletlilər” yenidən meydana qayıdır
30.08.2025 [09:35]
Makron təşviş içərisində
Sosial-iqtisadi problemlər içərisində boğulan Fransanı yaxın günlərdə genişmiqyaslı etiraz dalğası gözləyir. “Sarı Jiletlilər” hərəkatı yenidən siyasi səhnəyə qayıdır. Makron hakimiyyəti təşviş içərisinə düşüb. Belə ki, Fransada sentyabrın 10-da keçirilməsi planlaşdırılan böyük etiraz aksiyasından əvvəl sarı jiletlilər öz şəbəkələrini yenidən aktivləşdiriblər. Hərəkatın tanınmış simalarından biri olan Jerom Rodrige öz sosial şəbəkə hesabında qeyd edib ki, Fransada 10 sentyabr yeni bir xalq hərəkatının başlanğıcı kimi gözlənilir. “Bu, bir doğuluş deyil, bu, bir qəzəbin yenidən doğulmasıdır”, - deyə fransalı fəal əlavə edib ki, artıq ilk addımlar atılıb, avqustun 24-də Valence-Sud ödəniş məntəqəsinin açılması ilə başlayan hərəkatlar, rəsmi olmasa da, 2018-ci ilin ruhunu daşıyır. “Bir dəfə sarı jiletli oldunsa, həmişə sarı jiletlisən”, - deyə o vurğulayıb. “Sarı Jiletlilər” hərəkatının əsas çağırışı sentyabrın 10-da ölkə üzrə tam blokada yaratmaqdır: bank kartlarının istifadəsindən imtina, yol kəsişmələrinin tutulması və ictimai həyatın iflic edilməsi hərəkatın prinsipial hədəfləri hesab olunur. Artıq “Facebook” və “Telegram” üzərindən 20-dən çox şəhərdə ümumi yığıncaqlar təşkil olunub. Hesabatlarda vurğulanır ki, iştirakçılar əsasən əvvəlki sarı jiletlilər olub. İnsanlar bunun sistemə qarşı bir qəzəb dalğası, əvvəlki qəzəbin hələ də yerində və indi bəlkə də daha dərin olduğunu deyirlər.
Sol cəbhə nümayişlərə müdaxilə etmək istəyir
Bir sıra müxalif partiyalar, eləcə də sol mövqeyi ilə tanınan “Əyilməz Fransa” (La France insoumise-LFİ) partiyasının lideri Jan-Lük Melanşon “Sarı Jiletlilər” hərəkatının “Hər şeyi bloklayaq” çağırışını dəstəklədiyini bəyan edib. Lakin Melanşonun bu dəstəyi hərəkatın fəalları tərəfindən birmənalı qarşılanmayıb - onlar müxalif partiyaların hərəkatın işlərinə qarışmalarını istəmirlər. Fəallar hesab edirlər ki, sol partiyalar hərəkatı ələ keçirmək istəyirlər və belə olan təqdirdə kütləvi nümayişlərin təşkili qeyri-mümkün olacaq - hərəkatın siyasi müdaxilə ilə zəifləyəcəyindən narahatlıq keçirirlər. Bildirilir ki, əgər bu, həmkarlar ittifaqının aksiyasına çevrilərsə, təsiri məhdud olacaq. Əgər xalq hərəkatı şəklini alarsa, bu, uzunmüddətli dalğa ola bilər.
Etirazlar bu səbəbdən başlayır
Məsələ ilə bağlı politoloq Zaur İbrahimov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Fransada sosial-iqtisadi problemlərin geniş vüsət alması illərlə aparılan yalnış iqtisadi idarəetmənin nəticəsidir. “Makron hakimiyyətinin bütün iqtisadi-sosial tədbirləri yalnız oliqarxiyanın maraqlarına xidmət edib. Makron hakimiyyətə gələndə vəd vermişdi ki, o, orta və aşağı təbəqənin rifahını təmin edəcək islahatlar həyata keçiricək Lakin Fransa prezidenti öz vədini yerinə yetirmək əvəzinə iri sahibkarların maraqlarını təmin etməyə üstünlük verdi. Son illərdə Fransada kifayət qədər korrupsiya halları ortaya çıxıb, cinayətkarlıq artıb və sosial narazılıq daha da güclənib. Qarşıdakı illərdə ölkədə sosial-iqtisadi vəziyyətin daha da ağırlaşacağı gözlənilir. Bu isə Makron hakimiyyəti daxil olmaqla Avropa inteqrasiyasını dəstəkləyən bütün siyasi qüvvələrin xalq arasında etimadının azalmasına gətirib çıxaracaq. Böyük ehtimalla, yaxın zamanda Parisdə və ölkənin digər şəhərlərində kütləvi etiraz aksiyaların keçirilməsinin şahidi olacağıq,” - deyə Z.İbrahimov vurğulayıb.
Makrona etimad yoxdur
“Bu yaxınlarda baş nazir Fransua Bayru ölkə parlamentinə 44 milyard avro dəyərində qənaət tədbirlər planı təqdim edib və yaxın zamanda bu plan ətrafında ciddi müzakirələr aparılacaq. Halbuki bu plan ölkədə sosial-iqtisadi problemlərin həllinə çıxış yolu deyil. Demək olar ki, Fransada sosial-iqtisadi böhran davamlı xarakter alıb və sadə vətəndaşlar iqtisadi çətinliklər içərisində boğulurlar. Hazırda Makron hakimiyyəti və Bayru hökuməti tərəfindən həyata keçirilən tədbirlərin ölkə iqtisadiyyatının bərpasına yol açacağı inandırıcı görünmür. Bu səbəbdən həm Makron hakimiyyəti, həm də Bayru hökuməti xalqın inamını itirib - nə orta, nə də aşağı təbəqə hər ikisinə etimad etmir. Son rəy sorğularına görə, respondentlərin 67 faizi Makronun istefasını, 80 faizi isə Bayru hökumətinin buraxılmasını istəyir”, - deyə Z.İbrahimov əlavə edib.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26

