Yeni Kaledoniyanın müstəqilliyinə qarşı 3 saziş...
05.09.2025 [10:58]
BTQ hesab edir ki, Bujival sazişi Fransanın müstəmləkəçi strategiyasının növbəti mərhələsidir
Özünü demokratiyanın beşiyi kimi təqdim etməyə çalışan Fransanın əslində, tarixən müxtəlif xalqlara qarşı müstəmləkəçilik siyasəti həyata keçirdiyi bütün dünyaya məlumdur. Bu müstəmləkəçilik siyasətindən müxtəlif xalqlar hələ də əziyyət çəkir. Fransa bir sıra xalqları hələ də öz müstəmləkəsi altında saxlayır. Hazırda Fransa Afrikada, Karib adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı bəzi ərazilərdə müstəmləkəçilik siyasətini davam etdirir.
Təəssüf ki, beynəlxalq ictimaiyyət rəsmi Parisin bu siyasətinə qarşı adekvat reaksiya vermir. Lakin Azərbaycan bu məsələdə prinsipial mövqe nümayiş etdirir və Fransanın müxtəlif xalqlara qarşı repressiv siyasətinə etiraz səsini ucaldır. Eyni zamanda, müstəmləkəçiliyə qarşı aparılan mübarizəyə siyasi və mənəvi dəstək verilir. Bakı Təşəbbüs Qrupunun (BTQ) yaradılması da bu məqsədə xidmət edir. Belə ki, Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının 2023-cü il iyulun 5-6-da Bakıda keçirilmiş nazirlər toplantısı çərçivəsində baş tutan tədbirin nəticəsi olaraq yaradılıb. Bakı Təşəbbüs Qrupu Fransanın bu siyasətinə qarşı müxtəlif yerli və beynəlxalq səviyyəli tədbirlər keçirir. Həmin tədbirlərdə fransız müstəmləkəsindən əziyyət çəkən xalqların nümayəndələri də fəal iştirak edirlər.
BTQ bəyanat verib
Xatırladaq ki, iyul ayında on günlük müzakirələrin nəticəsi olaraq Fransada Yeni Kaledoniya ilə bağlı razılaşma imzalanıb. Razılaşmada Yeni Kaledoniyanın müstəqillik tərəfdarları və əleyhdarları iştirak ediblər. Sənəddə Fransa daxilində xüsusi statusa malik Yeni Kaledoniya Dövlətinin yaradılması nəzərdə tutulur. Bu status kaledoniyalılara ikili vətəndaşlıq - Fransa və Kaledoniya vətəndaşı olmaq imkanı verir və onların kimliyini tanımaqla yanaşı, Fransa ilə əlaqəni də saxlayır. Yeri gəlmişkən, bugünlərdə Bakı Təşəbbüs Qrupu Yeni Kaledoniya ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, Fransanın Yeni Kaledoniyaya qarşı apardığı kolonial siyasət Matinyon (1988), Numea (1998) və Bujival (2025) sazişlərində öz əksini tapıb. Məqsəd sonradan məskunlaşan fransızların maraqlarını qorumaq, müstəmləkəçiliyə nəzarəti davam etdirmək və kanak xalqının haqqı olan müstəqillik arzularını yox etmək olub.
Yeni Kaledoniya Sakit okeanın cənubunda yerləşir. Əhalinin təxminən 40 faizini təşkil edən yerli kanaklar öz müqəddəratını təyin etmək uğrunda mübarizə aparırlar. “2025-ci il iyulun 12-də imzalanan Bujival Sazişi dekolonizasiya istiqamətində atılan addım yox, neokolonial siyasətdir. Yeni Kaledoniya hökumətində siyasi təmsilçilik və iqtisadi bərabərsizlik, xüsusilə də Yeni Kaledoniya iqtisadiyyatının dayağı olan nikel sənayesi ətrafında gərginliklər artarkən Fransa bu prosesləri, Kanakinin dekolonizasiya prosesini ertələyir. Bu isə BMT-nin 1514 saylı qətnaməsində əks olunan dekolonizasiya prinsiplərinə ziddir”,-deyə bəyanatda vurğulanır.
Matinyon Sazişi: yerinə yetirilməmiş vəd
Qeyd olunur ki, 1988-ci ildə Fransanın kolonial siyasətinə qarşı kanakların uzun illər davam edən müqavimətindən sonra Matinyon Sazişi imzalanıb. Saziş 10 il sonra referendumun keçirilməsini vəd edirdi. Lakin Fransa bu müddəti sonradan məskunlaşan fransızların gücünü möhkəmləndirmək üçün istifadə etdi. Metropoliyadan (materik Fransa) köçün təşviq edilməsi və xüsusilə nikel sənayesi üzərində iqtisadi nəzarətin artırılması kanak xalqının sayını tədricən azalmasına ciddi təsir göstərdi. Vəd edilən referendum isə heç vaxt keçirilmədi və onun əvəzinə Numea Sazişi imzalandı. Bu manevr Fransanın əsl niyyətini üzə çıxardı. Matinyon Sazişi dekolonizasiyaya deyil, kolonial nəzarəti möhkəmləndirməyə xidmət etmiş oldu.
1998-ci ildə imzalanmış Numea Sazişi isə 2018-2022-ci illər arasında üç müstəqillik referendumunu nəzərdə tutaraq Yeni Kaledoniyanın dekolonizasiya olunması üçün yeni fürsət kimi təqdim edilirdi. Lakin Fransa bu proseslərə öz maraqları naminə təsir göstərdi. Seçki şərtləri, xüsusilə seçici siyahılarının genişləndirilməsi, sonradan məskunlaşan fransızlara səsvermə hüququnun verilməsi kanakların təsirini zəiflətdi. Ən böyük etirazlar 2021-ci ildə COVID-19-un kanak icmasına dağıdıcı təsiri ilə başladı. Belə ki, referendumu təxirə salmaq çağırışlarına baxmayaraq, Fransa səsverməni keçirdi. Kanakların kütləvi boykotu ilə nəticələnən referendumun nəticəsi Fransanın tərkibində qalmaq istiqamətində oldu. Lakin bu nəticə yerli kanak xalqı tərəfindən qeyri-legitim hesab edildi. Beləliklə, “dekolonizasiya” adı altında təqdim olunan Numea Sazişi, əslində, demokratik prosesi manipulyasiya etmək və kolonial status-kvonu saxlamaq üçün alətə çevrildi.
Bujival Sazişi müstəqilliyə yeni maneədir
BTQ hesab edir ki, Bujival sazişi Fransanın müstəmləkəçi strategiyasının növbəti mərhələsini təşkil edir. Fransa dekolonizasiya prosesini başlatmaq əvəzinə, uydurulmuş Yeni Kaledoniya dövləti modelini irəli sürür. Beləliklə, seçici korpusunu daha da genişləndirərək kanakların seçki gücünü azaldır. Bu layihə Yeni Kaledoniyanı Fransanın tərkibində saxlamaq və kanakları öz vətənlərində sayca azlıq təşkil etmək cəhdi kimi dəyərləndirilir. Yeni Kaledoniyanın ən böyük müstəqillik tərəfdarı koalisiyası olan FLNKS-in hökuməti dialoqa çağırmasına baxmayaraq, Fransa dəvətə məhəl qoymur.
Təşkilatın bəyanatında bildirilir ki, üç sazişi müqayisə edərkən aydın bir sxem ortaya çıxır: “Hər üç saziş Fransa tərəfindən dekolonizasiyanı təxirə salmaq və ya manipulyasiya etmək üçün istifadə olunub. Matinyon Sazişi keçirilməmiş referendum vədi ilə mövcud kolonial siyasəti gücləndirdi. Numea Sazişi referendum çərçivəsi təqdim etsə də, seçki manipulyasiyası və Fransanın müdaxiləsi ilə zəiflədi. Nəticədə 2021-ci ilin boykot olunan referendumuna gətirib çıxardı. Nəhayət, Bujival Sazişi kanakların siyasi gücünü sarsıdan və Fransanın nəzarətini institusional şəkildə möhkəmləndirən bir model təklif edir. Nəticə eyni olaraq qalır. Fransa BMT tərəfindən tanınmış dekolonizasiya hüququnu görməzdən gəlir, FLNKS ilə danışıqlardan yayınır. Bu isə neokolonial siyasət kimi qiymətləndirilir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

