“Dronlar divarı” yaradılır
17.10.2025 [09:57]
“Ramştayn” formatının 31-ci toplantısında vacib qərarlar qəbul olunub
Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (“Ramştayn” formatı) son- 31-ci toplantısında Kiyevə müttəfiqləri tərəfindən dəstəklə bağlı yeni qərarlar qəbul edilib. Toplantıda bu ölkədə “Dronlar divarı”nın yaradılması, konkret olaraq daha çox pilotsuz uçuş aparatları istehsalı və s. məsələlər müzakirə olunub.
PURL təşəbbüsü nədir?
NATO-nun Baş katibi Mark Rutte görüşdən sonra bəyan edib ki, alyansa üzv ölkələrin yarıdan çoxu ABŞ-dan Ukrayna üçün silah alınmasını nəzərdə tutan Prioritetləşdirilmiş Ukrayna Tələblər Siyahısı (Prioritized Ukraine Requirements List, PURL) proqramına qoşulmağa hazır olduqlarını bildiriblər: “Yalnız ABŞ-ın verə biləcəyi silah növləri var və onların alternativi yoxdur. Bu, PURL təşəbbüsü deyilən təşəbbüsdür. Biz iclasa başlayanda altı NATO ölkəsi bu təşəbbüsdə iştirak edirdi, lakin görüşdən sonra alyans ölkələrinin yarıdan çoxu ona qoşulmağa hazırdır”. O qeyd edib ki, ümumilikdə 19 NATO ölkəsi ABŞ-dan və ya ikitərəfli qaydada alınan yeni silahları Ukraynaya tədarük etmək niyyətini vurğulayıb.
Ukraynanın müdafiə naziri Denis Şmıqal da “Ramştayn” formatında Ukraynanın müdafiəsi məsələlərinə dair Təmas Qrupunun 31-ci iclasında tərəfdaşlar qarşısında çıxışında səslənən prioritetləri açıqlayıb. Müdafiə naziri bəyan edib ki, tərəfdaşlar qarşısında çıxışı zamanı o, üç əsas prioritet üzərində dayanıb. Bu, PURL təşəbbüsü - Amerika istehsalı təchizatın məqsədyönlü maliyyələşdirmə vasitəsilə Ukraynanı kritik ehtiyac duyulan silahlarla təmin etməyə imkan verən ABŞ-NATO təşəbbüsüdür: “Biz təşəkkür edirik və yeni dövlətlərin qoşulmasını alqışlayırıq. Bu il üçün PURL hərəkət planı tam şəkildə həyata keçirilməlidir. Biz vaxtında çatdırılmaların təmin edilməsi üçün davamlı koordinasiyaya və maliyyələşdirməyə güvənirik. Gələn il PURL ehtiyacları 12 milyard dollardan 20 milyard dollara çatacaq”.
2026-cı ilə qədər 20 milyon dron istehsalı...
Onun sözlərinə görə, Ukrayna 2026-cı ilə qədər 20 milyon dron istehsal edə bilər. Bu planın tərəfdaşlardan əlavə maliyyə cəlb etməsi ilə reallaşması mümkündür. Nazir, həmçinin bildirib ki, Almaniya ilə müdafiə sahəsində əməkdaşlıq və Ukrayna briqadalarının Polşada təlimi ilə bağlı mühüm memorandumlar imzalanıb. Bundan əlavə, “Ramştayn” formatı çərçivəsində Nordiç-Baltikyanı təlim təşəbbüsü üzrə anlaşma memorandumu imzalanıb. Sənədə əsasən, ölkələr Kiyevə hərbi kadrların hazırlanmasında və bölmələrin komplektləşdirilməsində dəstək verəcəklər ki, bu da NATO-nun müasir standartlarına cavab verən briqadaların formalaşdırılmasına imkan verəcək. “Toplantıda digər mühüm məqam Nordiç-Baltik Təşəbbüsü haqqında memorandumun imzalanmasıdır. Bu təşəbbüs Ukraynanın müdafiə qabiliyyətini gücləndirəcək və ədalətli sülhün yaxınlaşmasına kömək edəcək”, - deyə Şmıqal söyləyib. Qeyd edək ki, qarşı tərəfdən sazişi Norveçin müdafiə naziri Tore Sandvik imzalayıb. Təşəbbüsə Danimarka, Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç, Polşa və İsveç də qoşulub.
Pentaqon rəhbərindən xəbərdarlıq
Pentaqon rəhbəri Pit Heqset isə toplantıda ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında və avropalı müttəfiqləri ilə birlikdə Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün hər cür səy göstəriləcəyini bəyan edib. “Münaqişə qısa müddətdə bitməsə, ABŞ tərəfdaşları ilə birlikdə Rusiyanın davamlı təcavüzünün bədəlini ödəməsi üçün lazımi tədbirlər görəcək”, - deyə Heqset vurğulayıb. O bildirib ki, Tramp sülhün uzaq göründüyü ən çətin vəziyyətlərdə belə sülh üçün imkanlar yaratmağa qadirdir.
Xatırladaq ki, dünyanın onlarla ölkəsinin iştirak etdiyi “Ramştayn” platforması Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun müntəzəm görüşlərinin adıdır. İlk görüş 2022-ci ildə Almaniyada yerləşən ABŞ-ın “Ramştayn” hərbi bazasında keçirilib və adını da oradan alıb. Bu iclasların məqsədi Ukraynaya Rusiyaya qarşı müharibədə hərbi yardımın koordinasiyası, müdafiə ehtiyaclarının müzakirəsi, silah tədarükü, hərbçilərin təlimi və uzunmüddətli dəstəklə bağlı məsələlərin həllidir. “Ramştayn” iştirakçıları NATO ölkələri, Avropa İttifaqı dövlətləri və Ukraynanın digər tərəfdaşlarıdır. Bu görüşlər tanklar, hava hücumundan müdafiə sistemləri, artilleriya və digər silah növlərinin verilməsi ilə bağlı qərarların qəbul olunduğu əsas platformaya çevrilib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22

