BMT-də islahatlar başlayır...
08.04.2026 [09:56]
Təşkilatın 40 min mandatı yenidən nəzərdən keçiriləcək
“BMT - 80” təşəbbüsü çərçivəsində Birləşmiş Millətlər Təşkilatı sisteminin islahatı yeni bir mərhələyə qədəm qoyur - problemlərin “diaqnozundan” praktik dəyişikliklərin həyata keçirilməsinə keçid prosesi başlayır. Baş Assambleyanın prezidenti Annalena Berbok bu barədə açıqlamanı aprelin 6-da Nyu-Yorkda Baş Assambleyanın qeyri-rəsmi iclasında çıxış edərkən verib. Onun sözlərinə görə, təşəbbüsün başlanmasından bir il sonra artıq əhəmiyyətli irəliləyişlər müşahidə olunur. Xüsusilə, mandatların yaradılması, tətbiqi və nəzərdən keçirilməsi ilə bağlı ötən həftə əsas qətnamənin qəbul edilməsi əhəmiyyətli bir addım olub.
BMT mandatlarının bəziləri köhnəlib
BMT-nin mövcud olduğu 80 ildən çox müddət ərzində 40 mindən çox mandat yaradılıb. Lakin bunlardan bəziləri köhnəlib, təkrarlanıb və ya istifadə edilmir. “Bu, sadəcə inzibati islahatla bağlı deyil, BMT resurslarının müasir prioritetlərə və ehtiyaclara uyğunlaşdırılmasını təmin etməklə əlaqəlidir”, - deyən Berbok üzv dövlətlərə bu prosesdə fəal iştiraklarına görə minnətdarlığını bildirib. O, həmçinin xatırladıb ki, mandat icmalı üzrə xüsusi işçi qrupunun iki həmsədri tezliklə təyin olunacaq və 1 may 2026-cı il tarixinə qədər işlərini bərpa edəcəklər. Baş Assambleya sədrinin sözlərinə görə, mandatların nəzərdən keçirilməsi prosesi artıq BMT sistemində səylərin təkrarlanmasını aradan qaldırır və onların təsnifatını müəyyən edir, daha dərin struktur və proqram islahatlarına yol açır.
Tədbirdə, həmçinin BMT Qadınları və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) birləşdirilməsi ehtimalı, eləcə də texnologiyanın inkişafı və məlumatların istifadəsi ilə bağlı məsələlər müzakirə edilib. Berbok vurğulayıb ki, “BMT-80” təşəbbüsü ilə bağlı qarşıdan gələn hərtərəfli hesabat islahatlara əlavə təkan verə, həm onların tempini sürətləndirə, həm də əsas məzmununu təkmilləşdirə bilər. O, təşkilata üzv dövlətləri prosesdə fəal və konstruktiv iştiraklarını davam etdirməyə çağırıb.
Beynəlxalq güclərin inhisarında olan təşkilat
Ümumiyyətlə, BMT strukturlarında islahatların aparılması məsələsi uzun müddətdir ki, dünya ölkələrinin gündəmindədir. Xüsusilə, beynəlxalq müstəvidə mövcud qlobal problemlər BMT Təhlükəsizlik Şurasında yeniliklərin edilməsini ciddi zərurətə çevirib. Bu zərurəti BMT-nin Baş katibi Antonio Quterreş də etiraf edib. Baş katib rəhbərlik etdiyi təşkilatın modernləşdirilməsinə davam edən təkanların bir hissəsi olaraq, BMT-nin effektiv, qənaətcil və xidmət etdiyi insanlara cavabdeh olmasını təmin etmək məqsədilə islahatlara üstünlük verdiyini deyib. O, həmçinin Baş Assambleya sədrinin rəhbərliyi altında əldə edilmiş irəliləyişlə bağlı bütün üzv dövlətlərlə yaxından və müntəzəm olaraq məsləhətləşmələr apararaq irəliyə doğru istiqamət götürmək və konkret təkliflər təqdim etməyi öhdəsinə götürüb. Quterreş əlavə edib: “Mənim məqsədim səlahiyyətlərimə aid olan sahələrdə mümkün qədər tez hərəkət etmək və üzv dövlətləri özlərindən asılı olan bir çox qərarları nəzərdən keçirməyə çağırmaqdır. Hazırda BMT-nin fəaliyyətinə ehtiyac böyükdür və məqsəd aydındır: insanlara xidmət edən və XXI əsrə uyğunlaşdırılmış daha güclü və daha effektiv Birləşmiş Millətlər Təşkilatı formalaşdırmaq”.
BMT Təhlükəsizlik Şurası 1945-ci ildə yaradılıb. Quruma 5 daimi üzv - ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və 10 qeyri-daimi üzv daxildir. BMT daxilində islahatlardan və təşkilatın beynəlxalq hadisələrə, proseslərə effektiv təsir mexanizmlərinin yaradılmasından bəhs olunarkən bir sıra məqamlara nəzər salmaq lazımdır. Bunlar, ilk növbədə, BMT Nizamnaməsində və Təhlükəsizlik Şurasının strukturunda dəyişikliklərin edilməsidir. Qeyd etdiyimiz kimi, ötən dövr ərzində dünyada baş verən hadisələr BMT-də islahatların zəruri olduğunu bir daha təsdiqləyir. Çünki təşkilat faktiki olaraq hegemon güc mərkəzlərinin geosiyasi inhisarındadır. Xüsusilə də Təhlükəsizlik Şurasında yer alan daimi üzvlər istədikləri vaxt hansısa qərara veto qoya bilirlər. Onlar veto hüququndan istifadə edərək subyektiv şəkildə öz maraqlarına uyğun olmayan məsələlərin qəbulunu əngəlləyirlər. Burada beynəlxalq hüququn subyekti, BMT-nin üzvü olan digər müstəqil dövlətlərin rəyləri, mövqeləri, demək olar ki, nəzərə alınmır. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasında hərbi-siyasi və strateji-təhlükəsizlik məsələləri ilə əlaqədar qərar qəbul edərkən ikili standartlara yol verilir. Bu barədə kifayət qədər nümunə var. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin dərhal icra edilməsi, sülhə məcburetmə mexanizmlərinin tətbiqi ilə əlaqədar Bosniya və Herseqovina, Yuqoslaviya, Liviya və digər presedentlər mövcuddur.
“Dünya beşdən böyükdür” çağırışına Azərbaycandan dəstək
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasında islahatların aparılması təklifi ilə ilk olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. BMT Baş Assambleyasının tribunasından “Dünya beşdən böyükdür!”, - deyən Ərdoğan bu yöndə təşəbbüslərini müxtəlif platformalarda da səsləndirib. Türkiyə Prezidentinin fikrincə, BMT Təhlükəsizlik Şurasının inklüziv islahatı təcili ehtiyacdır. “Beş ölkə arasında bəşəriyyətin taleyini tələyə salan hazırkı nizam davamlı deyil”, - deyə Rəcəb Tayyib Ərdoğan bəyan edib. Nəzərə almaq lazımdır ki, üzv ölkələrin iştirakçılığı və beynəlxalq hüququn təmin olunması ilə dünyada sülh və iqtisadi rifah naminə əməkdaşlıq BMT-nin əsas missiyalarından biridir və məhz sadalanan meyarlar qlobal səviyyədə uzunmüddətli təhlükəsizliyin əsasını təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin yenidən işlənməsini təklif edib. İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının üzvü olan ölkələrin də bu qurumda daimi təmsilçiliyinin vacibliyini vurğulayıb.
Artıq dünyanın bir çox dövlətləri BMT-də islahatların aparılmasının zəruriliyini açıq şəkildə vurğulayırlar. Çünki BMT-nin dünyada nüfuzunu qorumaq naminə islahatların alternativi yoxdur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34
Sosial
15 Aprel 17:13
İqtisadiyyat
15 Aprel 17:12
Dünya
15 Aprel 17:12
İqtisadiyyat
15 Aprel 16:59
Sosial
15 Aprel 16:53
Sosial
15 Aprel 16:50
YAP xəbərləri
15 Aprel 16:33
YAP xəbərləri
15 Aprel 16:13
Xəbər lenti
15 Aprel 16:06
Siyasət
15 Aprel 16:06
YAP xəbərləri
15 Aprel 15:54
Dünya
15 Aprel 15:43
Dünya
15 Aprel 15:29

