Burkina-Faso Fransa ilə diplomatik əlaqələrə xitam verir
02.07.2026 [10:23]
Yelisey Sarayı növbəti qalmaqalla üz-üzə
Hazırda dünya siyasətində izlənilən proseslərdən biri də Afrikada, dənizaşırı ərazilərdə yerli icmaların müstəmləkəçiliyə qarşı geniş etirazlarının güclənməsidir. Uzun illər ərzində müstəmləkəçilikdən əziyyət çəkən xalqlar ayağa qalxaraq azad, müstəqil yaşamaq, sərvətlərinin sahibi olmaq, milli kimliklərini qorumaq uğrunda iradələrini ortaya qoyurlar.
Bunu Fransa ilə bu ölkənin keçmiş və hazırkı müstəmləkələri arasında baş verənlər də aydın gəkildə təsdiqləyir. Deyə bilərik ki, Yelisey Sarayının təxminən 500 ili əhatə edən və ən irticaçı mahiyyəti ilə fərqlənən müstəmləkəçilik tarixi özünün qürub dövrünü yaşamaqdadır. Belə ki, Afrikada, dənizaşırı ərazilərdə getdikcə daha çox ölkədə “Rədd ol, Fransa!” şüarları səsləndirilir və bu ölkənin mövcudluğuna son qoyulur. Paralel şəkildə, müxtəlif vaxtlarda Fransanın müstəmləkəçilik siyasətindən azad olan ölkələr də Yelisey Sarayına qarşı kəskin iddialar irəli sürərək rəsmi Parisdən zamanında törətdiyi müstəmləkə cinayətlərinə görə üzr istəməsini və təzminatlar ödəməsini tələb edirlər.
Hökumət kommünike yaydı...
Yelisey Sarayı ilə Burkina-Faso arasında baş verənlər də bu qəbildəndir. Uzun müddət idi ki, Parislə Uaqaduqu arasında narazılıqlar yaşanırdı. Hazırda isə vəziyyət diplomatik qalmaqal səviyyəsinədək gərginləşib. Belə ki, Burkina-Faso hökuməti iyunun 26-dan etibarən Fransa ilə diplomatik münasibətlərin kəsilməsi barədə qərar qəbul edib. Hökumətin yaydığı kommünikedə bu qərarın iki ölkə arasında münasibətlərin vəziyyətinin hərtərəfli qiymətləndirilməsindən sonra qəbul olunduğu bildirilir. Sənəddə qeyd edilir ki, tərəflər arasında qarşılıqlı hörmət, etimad, daxili işlərə qarışmamaq və dövlət suverenliyinə hörmət prinsiplərinə əsaslanan münasibətlərin inkişafı üçün zəruri şərtlər artıq mövcud deyil.
Burkina-Faso hökuməti Fransanın həyata keçirdiyi siyasətin ölkənin maraqlarına zidd olduğunu iddia edir. Kommünikedə Parisin “neokolonial meyillər nümayiş etdirdiyi”, həmçinin Sahel regionunda fəaliyyət göstərən təxribatçı və terrorçu şəbəkələri dəstəklədiyi irəli sürülür. Bundan əlavə, Fransa mediasının və rəsmilərinin Burkina-Faso ilə bağlı məlumatları qərəzli şəkildə təqdim etdiyi və bunun ölkənin beynəlxalq aləmdə nüfuzuna xələl gətirmək məqsədi daşıdığı vurğulanır.
Bəyanatda bildirilir ki, Burkina-Faso müstəqil xarici siyasət kursunu davam etdirmək, beynəlxalq tərəfdaşlıqları şaxələndirmək, Cənub-Cənub əməkdaşlığını genişləndirmək, bütün dövlətlərlə balanslaşdırılmış münasibətlər qurmaq, eləcə də sülhün, təhlükəsizliyin və dayanıqlı inkişafın təşviqinə töhfə vermək əzmindədir.
Eyni zamanda, Burkina-Faso hakimiyyəti Parisə ölkədəki səfirliyini bağlamaq üçün yeddi gün vaxt verib. “Le Monde” qəzetinin məlumatına görə, Fransa səfiri Burkina-Fasodan 2023-cü ilin yanvarında çıxıb və həmin vaxtdan bəri onun vəzifələrini müvəqqəti işlər vəkili icra edib.
Burkina-Fasonun Fransa ilə diplomatik əlaqələri kəsmək qərarı Avropa Parlamentinin qətnaməsi ilə əlaqələndirilir. Bir neçə gün bundan əvvəl qəbul olunan qətnamədə Burkina-Fasoda fundamental vətəndaş azadlıqlarının məhdudlaşdırılması pislənilib. Qətnamə ilə bağlı səsvermədən sonra, Avropa İttifaqının nümayəndəsi Burkina-Faso Xarici İşlər Nazirliyinə çağırılıb və ona kəskin etiraz bildirilib, iyunun 27-də isə hökumət Fransa ilə diplomatik əlaqələri kəsdiyini bəyan edinb.
Fransa diplomatlarının cəsusluq fəaliyyətinə kəskin etiraz
Qərbi Afrikada yerləşən Burkina-Fasonun (1984-cü ilədək Yuxarı Volta adlandırılıb - red.) fransızlar tərəfindən işğalına XIX əsrin sonlarından başlanıb. Burada uzun sürən döyüşlərdən sonra 1897-ci ildə Fransanın protektoratlığı tanınıb. Yelisey Sarayı Burkina-Fasoda müxtəlif idarəçilik quruluşları yaratmaqla öz mövcudluğunun ömrünü uzatmağa çalışıb. Lakin zaman-zaman idarəetmə formaları dəyişsə də, müstəmləkəçilik siyasətinin irticaçı mahiyyəti dəyişməyib. Sümürməçilik, sərvətlərin talanması, yerli əhalinin ucuz işçi qüvvəsi kimi istismar olunması, icmaların milli-mənəvi dəyərlərinin getdikcə daha eybəcər formada aşağılanması bu siyasətin xarakterik cəhətləri idi. Ölkə əhalisi bu kimi eybəcərliklərlə barışmayaraq azadlıq mübarizəsinə başlayıblar və bu mübarizə 5 avqust 1960-cı ildə Yuxarı Voltanın müstəqil dövlət elan edilməsi ilə nəticələnib.
Lakin uzun illər ötməsinə baxmayaraq, Yelisey Sarayı neokolonializm siyasətinə əl atmaqla, xüsusilə də iqtisadi təzyiqləri artırmaqla Burkina-Fasoda yenə də öz təsirlərini saxlamağa çalışır ki, bu da böyük narazılıqla qarşılanır. Xatırladaq ki, Parislə Uaqaduqu arasında budəfəki diplomatik qalmaqal ilk belə hadisə deyil. Bir qədər bundan əvvəl Burkina-Faso Xarici İşlər Nazirliyinin üç fransız diplomatı ölkədə təxribatçı fəaliyyətinə görə “persona non-grata” elan etməsi yaddaşlardan silinməyib. Cəsusluq fəaliyyətinə görə üç fransız diplomat 48 saat ərzində Burkina-Fasodan qovuldu. Bu, əlbəttə ki, dünyaya demokratiya dərsi keçməyə çalışan Fransa üçün böyük biabırçılıq idi.
Burkina-Faso Fransanın müstəmləkə mirasını silməyə davam edir
Ümumiyyətlə, Burkina-Faso Fransanın müstəmləkə mirasının bütün izlərini silməyə qərar verib. Ötın il ölkə prezidenti İbrahim Traore Fransa müstəmləkəçiliyinin “mirası” olan hakimlərin parik geyməsi üslubunu qadağan edib. Bildirilir ki, bu qadağa qitəni əhatə edən daha geniş mədəni intibahı əks etdirən simvolik addımdır. Prezidentin bəhs olunan qadağası ölkənin məhkəmə sisteminin, yerli və pan-Afrika mediasının müstəmləkəsizləşdirilməsində bir mərhələ hesab edilir. Burkina-Faso iki qonşusu, Mali və Niger kimi Fransanın müstəmləkə mirasını silməyə davam edir. Qitədə suveren liderlərin hakimiyyətə gəlməsi ilə getdikcə daha çox ölkənin müstəmləkə irsinə yenidən baxılır və fransız adları daşıyan prospektlərin, ictimai yerlərin və müəssisələrin adları dəyişdirilir.
Xatırladaq ki, 2022-ci ilin sentyabrında hakimiyyətə gələndən kapitan İbrahim Traore ölkənin suverenliyini öz idarəçilik prinsipinə çevirib. O, 1961-ci ildə Fransa ilə bağlanmış hərbi müqaviləni pisləyib və fransız qoşunlarının çıxarılmasını tələb edib. Niger, Burkina-Faso və Mali keçmiş müstəmləkəçi dövlət olan Fransanın onlardan sui-istifadə etmək üçün yaratdığı Cedeao təşkilatının təsirinə qarşı mübarizə apararaq, Sahel Dövlətləri Alyansını (AES) yaradıblar.
Rəsmi Parisin gecikən cavabı
Hələlik Burkina-Faso hökumətinin son diplomatik gedişinə rəsmi Parisdən konkret cavab gəlməyib. Burkina-Faso hökumətinin Fransa ilə diplomatik münasibətləri kəsdiyini elan etməsinin üstündən bir neçə gün vaxt keçməsinə rəğmən, Yelisey Sarayı “mümkün cavab tədbirlərini nəzərdən keçirdiyini” bildirməklə kifayətlənib. Bu tədbirlərin nədən ibarət olacağı barədə isə məlumat verilmir.
“Fransa Burkina-Fasonun diplomatik münasibətləri kəsmək barədə birtərəfli qərarından təəssüflənir. Bu addım Burkinabe hakimiyyətinin normal fəaliyyət kursundan kənara çıxdığını göstərir. Hazırda lazımi cavab tədbirləri nəzərdən keçirilir”, - deyə Fransa Xarici İşlər Nnazirliyinin məlumatında bildirilib.
Fransa XİN, həmçinin Burkina-Fasoda dövlət qulluqçularının və fransız icmasının təhlükəsizliyinin xüsusi diqqət mərkəzində olduğuna dair təminat verib və onları çox ayıq-sayıq olmağa çağırıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10

