Putin Minsk qrupunu “dəfn etdi”
27.10.2021 [10:16]
- Heç kimə ehtiyac yoxdur
Sülh danışıqları Azərbaycanla Ermənistan arasında aparılacaq
Rusiya Prezidenti Vladimir Putin Valday Diskussiya Klubundakı çıxışı zamanı II Qarabağ müharibəsi ilə bağlı məqamlara toxunub. Rusiya lideri Ermənistan ilə Azərbaycan arasındakı sərhədlərin müəyyənləşdirilməsi məsələsinin sovet dövrünün xəritələri əsasında həll edilə biləcəyini diqqətə çatdırıb. O, qeyd edib ki, Rusiyanın iştirakı olmadan burada heç nə etmək mümkün deyil: “İki tərəf və Rusiyadan başqa heç kim lazım deyil. Burada çox sadə, praqmatik şeylər var. Çünki Rusiya ordusunun Baş Qərargahında SSRİ respublikaları arasındakı sərhədlərin haradan keçdiyini göstərən xəritələr var”.
Təbii ki, Rusiya dövlət başçısının bu açıqlaması ortaya bir sıra mühüm nüansları çıxarır. Belə ki, Putinin bu sözləri birbaşa Rusiyanın da üzvü olduğu və keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi rol oynayan ATƏT-in Minsk qrupuna ünvanlanmış mesajdır. Qeyd edilməldir ki, postmüharibə dövründə yenidən danışıqlar prosesində aktiv yer almağa can atan Minsk üçlüyünün vasitəçiliyinin artıq bir işə yaramadığı onlara izah olunmuşdu. Bununla belə, Ermənistanın baş naziri Paşinyanı “ümidləndirmək” üçün danışıqların bu formata istiqamətləndirilməsinə çalışan digər iki dövlət heç nə əldə edə bilmədi. Son olaraq isə, Rusiya prezidenti Minsk qrupunun fəaliyyətinə “qiymətini” verdi.
“Yeni Azərbaycan”a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşir də Vladimir Putinin Valday Diskussiya Klubundakı çıxışında yer alan məqamların böyük maraq kəsb etdiyini, bununla belə, həmin çıxışda bəzi məqamlarla razılaşmağın mümkünsüzlüyünü diqqətə çatdırıb. Belə ki, Rusiya Prezidenti silahlı qarşıdurmanın dayandırılmasında Ermənistan baş nazirinin “xidməti” olduğunu bildirsə də, bu belə deyil: “Silahlı qarşıdurmalar məhz cənab İlham Əliyevin müdrikliyi ilə dayandırıldı. Burada Paşinyan hansısa “müdriklik” göstərəcək halda deyildi. Ermənistanın baş naziri Azərbaycanın yaratdığı üstünlüklərin qarşısında, məcburi şəkildə kapitulyasiya sənədinə imza atdı. Görünür, cənab Putin məsələni kifayət qədər yumşaq tərzdə ifadə edərək, Rusiya-Ermənistan münasibətlərini nəzərə alıb ki, bu da başadüşüləndir. Bunu bütün dünya bilir ki, hərbi əməliyyatların dayandırılması Prezident İlham Əliyevin iradəsi ilə baş verdi”.
V.Putinin Rusiya Baş qərargahında SSRİ dövründən qalan və Azərbaycan-Ermənistan sərhədlərini göstərən xəritələrin mövcudluğuna toxunması isə, müəyyən mənada Azərbaycanın mövqeyi ilə paralellik təşkil edir. Millət vəkilinin fikrincə, Azərbaycan dövləti də sərhədlərin demarkasiyasının SSRİ dövrünün xəritələrinə uyğun aparılmasını istəyir. Buna etiraz edən tərəf isə yenə də Ermənistandır. “Prezident Putinin bu danışıqlarda kənar subyektlərin iştirakına ehtiyacın olmadığını bildirməsi də mühüm məsələdir. Problem Azərbaycan ilə Ermənistan arasında həll olunmalıdır. Putin hesab edir ki, ölkəsinin cənub sərhədlərində vəziyyətin tənzimlənməsində Rusiyanın iştirakı da vacibdir. Fikrimcə, bu, çox ciddi bir mesajdır. O deməkdir ki, bundan sonrakı mərhələdə ATƏT-in Minsk qrupunun hər hansı bir mövqeyinə və ya müdaxiləsinə ehtiyac qalmır. Onsuz da ATƏT-in Minsk qrupu ötən illər ərzində yalnız səmərəsiz fəaliyyəti ilə yadda qalmışdı. Keçirilən görüşlər yalnız dekorativ xarakter daşıyıb, heç bir nəticəyə səbəb olmayıb. Azərbaycan dövləti bununla bağlı öz mövqeyini dəfələrlə bildirib. Nəticədə ATƏT-in vasitəçilik missiyası fiaskoya uğradı və Azərbaycan öz iradəsi əsasında problemi həll etdi”, - deyən E.Mirbəşirin fikrincə, qarşıdakı mərhələdə ATƏT platformasında postmünaqişə dövrü ilə bağlı müzakirə predmeti yoxdur. ATƏT-in Minsk qrupunun məqsədi isə məsələni yenidən dalana salmaqdır: “ABŞ və Fransa münaqişənin guya davam etməsi görüntüsü yaratmaq istəyir. Rusiyanın vasitəçiliyi onların geosiyasi maraqları ilə ziddiyyət təşkil edir. Paşinyanı da bu istiqamətdə yönləndirməyə çalışırlar. Son dövrlərə qədər davam edən bəzi təxribatların da əsasında bu amil dayanır. Onlar anlamalıdırlar ki, vəziyyət dəyişib. Azərbaycan işğal altındakı torpaqlarını öz hərbi, iqtisadi, siyasi resursları hesabına azad edib”.
P.Sadayoğlu
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34

