Ermənistanın dövlətçilik problemi
27.01.2022 [11:04]
İrəvan niyə “error” verir?
Nurlan QƏLƏNDƏRLİ
Baş verən hadisələr məğlub ölkədə dövlətçilik ənənələrinin formalaşmadığını və siyasi sistemin təşəkkül tapmadığını göstərir
Armen Sarkisyanın istefası Ermənistanda yeni müzakirələrə yol açıb. Əslində, köhnə məsələlər yenidən aktuallaşıb desək, daha doğru olar. Söhbət bu ölkənin 30 illik formal “müstəqillik tarixi”nə malik olsa da, dövlətçilik ənənəsi formalaşdıra bilməməsindən gedir. Elə erməni siyasətçilər, ekspertlər bu məsələ ətrafında qızğın müzakirə aparırlar. Etiraf olunur ki, tez-tez təkrarlanan siyasi böhran, ictimai-siyasi xaos məhz dövlətçilik ənənələrinin olmamasından, o cümlədən siyasi sistemin təşəkkül tapmamasından irəli gəlir.
Siyasi mühit xaos və ziddiyyətdən qidalanır
Haqlıdırlar: fakt budur ki, tarixi saxtalaşdırmağa çalışan - “qədim xalq” olduğunu iddia edən, “böyük Ermənistan” xülyası ilə yaşayan, siyasi-ideoloji virusa yoluxmuş ermənilərin bu gün baş verənlərin fonunda heç normal siyasi sistemə malik olmadıqları da ortaya çıxır. Siyasi mühit isə xaos və ziddiyyətdən qidalanır. Diqqət yetirək: ölkədə prezidentin baş nazir tərəfindən devrilmiş revanşistlərin (Sarkisyan-Koçaryan cinayətkar cütlüyü-red.) adamı olduğu deyilir, prezident ilə baş nazir arasında “səlahiyyət müharibəsi” başlayır, şiddətlənir, Baş Qərargah rəisi çevriliş niyyəti - planı açıqlayır və prezident buna dəstək verir, daha sonra xəyanətdə ittiham olunur və s. Bundan sonra baş nazirlə prezident arasında səlahiyyətlərin qeyri-rəsmi bölüşdürülməsi barədə gizli danışıqlar aparılır, növbədənkənar parlament seçkilərinin ardından sövdələşmə pozulur, tərəflər arasında münasibətlər yenidən gərginləşir. Prezident istefa ərizəsini xaricdə yazır və “ölkə formaca prezident respublikasıdır, amma məzmunca yox”,- deyə vurğulayır. Bu hadisədən sonra dərhal konstitusiya islahatları barədə müzakirələrin başlanması, əvvəlcə idarəetmə formasının dəyişdirilməsi barədə bəyanatlar verən Paşinyanın daha sonra mətbuat konfransında “Mənim şəxsi fikrim budur ki, dövlət idarəetmə sistemi dəyişməməlidir”, - deməsi xaos və böhranın növbəti təzahürüdür. Baş nazirin parlament sistemindən yarı-prezident idarəetmə formasına keçməyin tərəfdarı olmadığını diqqətə çatdırması isə hansı siyasi yolla getməyin Ermənistanın özünə belə aydın, müəyyən olmadığını göstərir.
Asılılıq sindromu - forpostluq xəstəliyi
İndi Ermənistanda həm iqtidar cəbhəsində, həm də müxalifət düşərgəsində yer alan siyasilər fərqli fikirlər səsləndirsələr də, söz və bəyanatların siyasi tərcüməsi bir reallığı ifadə edir: Ermənistan dövlət statusu daşısa və müstəqil subyekt kimi səciyyələndirilsə də, bu, kağız üzərindədir. Çünki bu ölkədə nə cəmiyyətin, nə də siyasilərin təfəkküründə müstəqillik ideyası var. Xüsusilə, siyasi qruplaşmalar hansısa xarici geopolitik mərkəzlərə bağlı olduqlarını bəyan etməklə özlərini təsdiq etməyə, önə çıxarmağa və siyasi xal qazanmağa çalışırlar. Yəni fikirlərin, siyasi-ideoloji çağırışların cazibə qüvvəsi qismində müstəqil dövləti - Ermənistan adlı ölkəni deyil, xarici mərkəzləri göstərirlər. Bu, dövlətçilik ənənələri formalaşmamış Ermənistanın siyasi asılılıq sindromundan, xroniki hal almış forpostluq xəstəliyindən əziyyət çəkdiyini göstərir.
Köksüz sistem dəyişdirilsə də, reallıq dəyişmir
Yeri gəlmişkən, tezis tirajlamaqla və təhlil deyil, təbliğat aparmaqla məşğul olan bəzi erməni ekspertlər bu vəziyyəti sadəcə olaraq siyasi xaos - böhran kimi dəyərləndirməyə çalışırlar. Bir növ, ictimai rəyə “pisin yaxşısı”nı təqdim etməyə cəhd göstərirlər. Çünki yaxşı bilirlər ki, hadisələr, əslində, Ermənistanda “dövlətçilik ənənələrinə malik olmaq” mifini növbəti dəfə darmadağın edir. Amma reallıqla barışmaq məcburiyyətindədirlər. Reallıq isə budur ki, məğlub ölkədə cərəyan edən proseslər təkcə hakimiyyətdaxili mübarizə, yaxud iqtidar içərisində qruplaşmaların toqquşması deyil. Bu, bütün siyasi düşərgələrin içində olduğu uydurma dövlətin böhranıdır.
Bir sözlə, Ermənistan “error” verir. Görünən budur ki, idarərtmə formasının necə - ölkənin parlamentli, prezidentli, yaxud yarı-prezidentli respublika olmasından asılı olmayaraq, ölkədə dövlət əxlaqı, dövlətçilik ənənəsi və siyasi mədəniyyət yoxdur. Kökü olmayan sistem dəfələrlə dəyişdirilsə də, reallıq dəyişmir!
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29

