İrəvan məcburdur!
10.02.2022 [23:11]
Nurlan QƏLƏNDƏRLİ
Cənubi Qafqazda postmünaqişə reallıqları ilə bağlı davamlı müzakirələr aparılır. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması da aktual müzakirələrin, diplomatik proseslərin mühüm tərkib hissəsini təşkil edir. Bakı və İrəvan tərəfindən verilən mesajlar, regionda maraqları olan müxtəlif ölkələrin və beynəlxalq təşkilatların bəyanatları yeni mərhələdə müzakirə predmetinin “münaqişə qalıqları” deyil, müharibəsonrası gerçəkliklər və çağırışlar olduğunu təsdiqləyir. Elə Moskva, Soçi və Brüssel görüşünün yekunları da sülh müqaviləsinin imzalanması məsələsinin əsas gündəm mövzusunu təşkil etdiyini göstərir. Prezident İlham Əliyevin, Fransa Prezidentinin, Avropa İttifaqı Şurasının Prezidentinin və Ermənistanın baş nazirinin iştirakı ilə videoformatda keçirilən görüşdə ifadə edilən mövqelər, həmçinin Şarl Mişel və Emmanuel Makronun birgə bəyanatında əksini tapan məqamlar bu baxımdan xüsusi qeyd edilməlidir. Bu reallıqların ifadə etdiyi daha bir gerçəklik sülh gündəliyinin, bölgədə postmüharibə dövrünə dair yanaşma və fəaliyyətlərin məhz Azərbaycanın geosiyasi iradəsi və haqlı mövqeyi əsasında müəyyənləşdirildiyidir.
Paşinyan anonsu verdi - Ermənistan reallıqları qəbul edib
Fakt budur ki, Azərbaycan müharibənin bitməsi - yeni mərhələnin başlanması reallığını qəbul etdirib, yeni strateji yanaşmaların ortaya qoyulmasını zərurətə çevirib. Ona görə də, hətta 44 günlük müharibədən sonra münaqişənin guya hələ də mövcud olması ilə bağlı süni gündəm və görüntü yaratmağa çalışan, siyasi və informasiya təxribatları törədən xarici mərkəzlər də bu cəhdlərdən imtina etmək məcburiyyətində qalıblar. Elə İrəvanın açıqlamaları, bəyanatları, yanaşması və mövqeyi də bu baxımdan istisna deyil. Erməni KİV-in məlumatına görə, baş nazir Nikol Paşinyan parlamentdə “Hökumət saatı” zamanı deyib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlıdır və buna hazırdır. O vurğulayıb ki, Azərbaycanla sülh müqaviləsi imzalamaq, Türkiyə ilə münasibətləri normallaşdırmaq hər zaman Ermənistan hökumətlərinin hədəfi olub. “Qarabağa dair danışıqlar prosesinin son məqsədi sülh sazişinin imzalanması olub”,-deyən Paşinyanın sözlərinə görə, İrəvan bu məqsədə çatmaq üçün danışıqlara ehtiyac olduğunu anlayır.
Beynəlxalq ictimaiyyət Azərbaycanın mövqeyində...
Bir zamanlar sülh müqaviləsinin imzalanmasını gündəmə belə gətirmək istəməyən, bu məsələdən yayınmağa çalışan, qondarma status məsələsindən danışan və uydurma “Dağlıq Qarabağ” ifadəsindən istifadə edən erməni baş nazir indi tamamilə fərqli mövqe sərgiləyir. Onun leksikonunda nə “status”, nə də Qarabağ sözünün əvvəlinə yamaq edilmiş “Dağlıq” anlayışı var. Paşinyan son məqsəddən və sülh sazişinin imzalanmasından danışır. Görünən budur ki, Azərbaycanın “münaqişə bitib, “Dağlıq Qarabağ” məfhumu yoxdur” tezisi beynəlxalq miqyasda - bütün səviyyələrdə siyasi-hüquqi müstəvidə qəbul edilib. Mişel və Makronun birgə bəyanatında da “Dağlıq Qarabağ münaqişəsi ifadəsinin yer almaması, bir müddət əvvəl Rusiya Prezidentinin münaqişənin bitməsi barədə fikirləri də bu reallığın ifadəsidir.
Bütün bunlar bir daha təsdiq edir ki, “Dağlıq Qarabağ” adlı xüsusi inzibati ərazi vahidi və əlahiddə idarəetmə subyekti yoxdur. Qarabağ aranlı-dağlı Azərbaycanın ərazisidir. Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa edərək regional təhlükəsizliyə və beynəlxalq əməkdaşlığa xidmət edən yeni geostrateji reallıq yaradıb. Ona görə də nə status, nə də status-kvo mövcuddur, bundan sonra da ola bilməz. Qondarma status məsələsi, sadəcə olaraq, Ermənistanın və bəzi regional qüvvələrin süni siyasi gündəm yaratmaq və diqqəti əsas strateji məsələlərdən yayındırmaq üçün faydasız manipulyasiya aləti idi.
Əvvəlcə sülhə, sonra sülh müqaviləsinə məcburetmə...
44 günlük Vətən müharibəsinə qədərki zaman müddətində Azərbaycan dövləti BMT-nin Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş “Sülhə məcburetmə” əməliyyatı keçirməklə öz hərbi gücü vasitəsilə ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olacağını qətiyyətlə bəyan edirdi. İşğalçı Ermənistan və bəzi geosiyasi güc mərkəzləri isə bunun yolverilməz olduğunu və mümkün olmayacağını söyləyirdilər. Nəticədə nə oldu?! Azərbaycan 44 gün ərzində torpaqlarını işğaldan azad etməyə müvəffəq oldu. Eyni zamanda, postkonflikt mərhələsində məğlub Ermənistanın hərbi-siyasi rəhbərliyi və revanşist dairələr sülh müqaviləsinin imzalanmayacağını bildirir, qondarma məsələləri ortaya atırdılar. Azərbaycan öz hərbi qələbəsini siyasi müstəvidə möhkəmləndirərək və dərin strateji diplomatiya həyata keçirməklə bütün separatçı və dağıdıcı iddiaları tamamilə darmadağın etdi. Paşinyanın sülh müqaviləsinə hazırlıqla bağlı sonuncu fikirləri göstərir ki, “Sülhə məcburetmə” əməliyyatını 44 gün ərzində uğurla həyata keçirməklə ərazi bütövlüyünün bərpasına nail olan Azərbaycan hazırkı etapda Ermənistana sülh müqaviləsi imzalamaqdan başqa çıxış yolu buraxmayıb!
Beləliklə, şərtləri qalib və haqlı Azərbaycan diktə edir. Bakının geostrateji pressinqi nəticə verir, İrəvan isə sülh müqaviləsinə imza atacaq!
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00

